Arxiv
4 Aprel 2020, 10:45 | AKTUAL
İmmuniteti gücləndirən qidalar - SİYAHI
Orqanizmin bakteriya və viruslara, eləcə də COVID-19 xəstəliyinə qarşı davamlı olması üçün immun sisteminin güclü olması olduqca vacibdir. Güclü immun sistemi hüceyrələri, orqanizmə daxil olan mikroorqanizmləri asanlıqla fərqləndirir və dərhal müvafiq cavab reaksiyası formalaşdıraraq onları məhv edir. Araşdırmalar göstərir ki, immunitet sisteminin güclü olması əhəmiyyətli dərəcədə qida rasionundakı makro və mikro elementlərin normasından, eləcə də bağırsaq florasının funksiyasından asılıdır. Belə ki, qidadan alınan zülallar, karbohidratlar və yağlar qan, limfa düyünləri və mədə-bağırsaq sisteminin immun hüceyrələrinə təsir göstərir.

 

Modern.az Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan gündəlik istifadə etdiyimiz qidalarla bağlı məsləhətləri oxucuların diqqətinə çatdırır.

 

Belə ki, günlük qida rasionunu bu məhsullarla zəngin etməklə immun sistemini gücləndirən qidaları sizə təqdim edirik:

 
  • C Vitamini: Sitrus meyvələri, yaşıl və qırmızı bibər, qara qarağat, kivi, çiyələk, brokkoli, cəfəri, ananas, Brüssel kələmi, gül kələm, manqo,noxud, pomidor
  • D Vitamini: Tuna və qızıl balıq kimi yağlı balıqlar, mal qaraciyəri, pendir, yumurta sarısı, bəzi göbələklər
  • A Vitamini: Treska balığı qaraciyər yağı, yumurta, sarı və narıncı meyvə və tərəvəzlər, brokoli, ispanaq, tünd yaşıl və lifli tərəvəzlər
  • E Vitamin: Bitki yağları (buğda toxumu, günəbaxan, zəfəran, qarğıdalı və soya yağları), gərzəkli meyvələr (badam, fıstıq), günəbaxan toxumları, ispanaq və brokoli kimi yaşıl yarpaqlı tərəvəzlər
  • B6 Vitamini: Tuna balığı, qızıl balıq, banan, paxlalılar, mal əti, gərzəkli meyvələr, quş əti, tam taxıl, noxud
  • B12 Vitamini: Qaraciyər, az yağlı süd, toyuğun döş əti, yumurta, mal əti, tuna balığı, qızıl balıq, ala balıq
  • Fol turşusu: Yaşıl yarpaqlı tərəvəzlər, qurudulmuş lobya və noxud, sitrus meyvə və şirələri
  • Sink: Heyvan mənşəli proteinlər sinklə zəngindir. Mal və quzu əti, balıqla müqayisədə daha çox sink ehtiva edir. Gərzəkli meyvələr, tam taxıl, paxlalılar və maya göbələkləri də sinklə zəngindir.
  • Dəmir: Qurudulmuş lobya, quru meyvələr, yumurta (xüsusilə sarısı), yulaf, qaraciyər, qabıqlı dəniz məhsulları, quş və mal əti, qızıl balıq, tuna balığı, tam taxıllı bitkilər
  • Mis: Qabıqlı dəniz məhsulları, taxıllı bitkilər, lobya, gərzəkli meyvələr (badam, fıstıq, qoz), kartof, heyvan içalatı (qaraciyər, böyrək), göyərtilər, qurudulmuş meyvələr (gavalı, qaysı), kakao, qara bibər, maya
  • Selen: Bitki mənşəli məhsullar, balıq, qabıqlı dəniz məhsulları, qırmızı ət, yumurta, taxıl, toyuq əti, qaraciyər, sarımsaq

Probiotiklərin və prebiotiklərin insanın qidalanma rasionuna daxil edilməsi bağırsaq florası üçün əhəmiyyətlidir. Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatının tərifinə görə probiotiklər “lazımi miqdarda qəbul edildikdə orqanizmin sağlamlığına əhəmiyyətli dərəcədə təsir göstərən canlı mikroorqanizmlərdir”. Prebiotiklər isə bağırsaqda mövcud olan bir və ya bir neçə bakteriya növlərinin böyüməsini və ya fəaliyyətini seçici şəkildə stimullaşdıran qida maddələridir. Bunlar çiy tərəvəz və meyvə (pomidor, qulançar, giləmeyvə, sarımsaq, soğan, yaşıl tərəvəzlər, paxlalılar, həmçinin yulaf, kətan toxumu, buğda) turşu, süd və süd məhsulları (qatıq, kefir və s.) şəklində istehlak edilə bilər. Bitki mənşəli bir çox lifli məhsullar (alma, banan, portağal, çiyələk, moruq, yerkökü, kartof, çuğundur və brokkoli) həzm olunmadan yoğun bağırsağa keçir və bağırsaqda yaşayan mikroorqanizmlər tərəfindən həzm edilir ki, bu da dolayı yolla immun sisteminin güclənməsinə gətirib çıxarır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Goranboy və Qazaxda mərmilər aşkarlandı - FOTO 28 Yanvar 2021, 03:33 “Real Madrid”in vəziyyəti pisləşir 28 Yanvar 2021, 02:45 “Barselona” İspaniya Kubokunun 1/4 finalına yüksəldi 28 Yanvar 2021, 02:22 Azərbaycanlı Kubada vəfat edib 28 Yanvar 2021, 01:01 Bayden bu iki ölkəyə silah satışını dayandırdı 28 Yanvar 2021, 00:56 Kann Film Festivalı yenidən təxirə salındı 28 Yanvar 2021, 00:51 Baş həkim işdən çıxdı - FOTO 28 Yanvar 2021, 00:44 Türkiyə Super Kubokunun qalibi məlum oldu 28 Yanvar 2021, 00:35 Britaniyanın ardınca ABŞ-dan Azərbaycana ZƏFƏR TƏBRİKİ 28 Yanvar 2021, 00:22 Tehran Mənsimov Şuşa əməliyyatından danışdı 28 Yanvar 2021, 00:06 AŞPA-da azərbaycanlı deputatdan erməni həmkarına irad: “Şuşi yox, Şuşa” 27 Yanvar 2021, 23:51 AŞPA QHT-lərə məhdudiyyətlərlə bağlı qətnamə qəbul etdi 27 Yanvar 2021, 23:43 Rusiya ABŞ-a nota verdi 27 Yanvar 2021, 23:28 FED-dən uçot dərəcəsi ilə bağlı qərar 27 Yanvar 2021, 23:14 Ərdoğan amerikalı milyarderlə kosmik əməkdaşlığı müzakirə etdi 27 Yanvar 2021, 23:01 Misir Hava Yollarının yeni rəhbəri müsahibə zamanı öldü - FOTO 27 Yanvar 2021, 22:50 Naftalan sakini ayağını laqonda ilə kəsdi 27 Yanvar 2021, 22:36 Dilçilik İnstitutunun "Qaynar xətt"i yenidən işə başlayır 27 Yanvar 2021, 22:24 Səməd Seyidov AŞPA-nın yeni prezidenti ilə görüşdü - FOTO 27 Yanvar 2021, 22:13 Bakıda ata və oğlunu maşın vurdu 27 Yanvar 2021, 22:02 “Növbəti pandemiya on dəfə daha ağır ola bilər” - Bill Qeyts 27 Yanvar 2021, 21:49 Universitet tələbəsi dəm qazından öldü 27 Yanvar 2021, 21:34 Azay Quliyev Azərbaycanın “altılıq platforması” təşəbbüsündən danışdı - VİDEO 27 Yanvar 2021, 21:27 “WhatsApp”da virus yayılır 27 Yanvar 2021, 21:15 “Aeroflot” Moskva-Bakı reyslərini ləğv edəcək 27 Yanvar 2021, 21:04 Vəkillər Kollegiyasına yeni üzvlər qəbul edildi - SİYAHI 27 Yanvar 2021, 20:53 Ermənilər Qubadlıda qəbiristanlığı belə dağıdıb - FOTO 27 Yanvar 2021, 20:41 Naxçıvan dəhlizi bu tarixdə müzakirəyə çıxarılacaq 27 Yanvar 2021, 20:28 “Ermənistan Azərbaycan və Türkiyə əməkdaşlığından faydalana bilər” - Hikmət Hacıyev 27 Yanvar 2021, 20:15 Dəniz quldurlarının öldürdüyü Fərman İsmayılov dəfn olundu - FOTO 27 Yanvar 2021, 20:02 Rza Diqqəti Natəvanın məqbərəsində törədilən vandalizmlə bağlı paylaşım etdi - FOTO 27 Yanvar 2021, 19:46 Anar Kərimov Fransanın dövlət katibi ilə görüşüb - FOTO 27 Yanvar 2021, 19:38 Azərbaycanda yeni xalça fabriki fəaliyyətə başlayacaq 27 Yanvar 2021, 19:30 Qusarda Vəkil Bürosu yaradıldı 27 Yanvar 2021, 19:23 “Azərbaycan xalqına kiçik də olsa, siqnal verirdim ki...” - İlham Əliyev 27 Yanvar 2021, 19:15