Arxiv
4 Aprel 2020, 12:06 | İQTİSADİYYAT
Koronavirus tələb edir: Əkinə yararlı torpaqlardan səmərəli istifadə olunsun

Koronavirus təhlükəsilə bağlı dünyada yaranmış vəziyyət əhalinin ərzaq təminatı ilə bağlı məsələləri aktuallaşdırır.

 

Qiymətlər ildırım sürətilə yüksələcək

 

Bu barədə Modern.az-a danışan Kənd təsərrüfatı nazirliyinin eksperti Nicat Nəsirli bildirib ki, bundan öncə də dünyada da, Azərbaycanda da əhalinin qida ilə təminatı risklərinin təhlili ən vacib məsələlər kimi irəli sürülürdü:

 

Hansı ölkələr ki, bu riskləri təhlil etmiş və hazırlıqlarını həyata keçirmişdi, onlar bu kritik dövrü nisbətən rahat keçirirlər. Amma hansı ölkələr ki, məsələni ciddiyə almadı, onlar problem yaşayacaqlar. Yenə idxaldan asılılıq artacaq, qidanın biri çatacaq, o biri çatmayacaq. Əgər əvvəllər bazarlarda mövsümü qiymət dəyişmələri olurdusa, artıq bu, ildırım sürətilə baş verəcək, istehlak bazarına nəzarəti əldə saxlamaq mümkünsüzləşəcək.

 

Təcili qərarlar qəbul olunmalıdır

 

Ekspertin sözlərinə görə, Azərbaycan o ölkələr sırasındadır ki, onun aqrar iqtisadi potensialı yüksəkdir:

 

Amma bu potensialdan kifayət qədər istifadə olunmur. Bunun isə səbəbləri çoxdur. Buraya insan resursları, yeni dövrə adaptasiya, risklərin təhlili və s. kimi məsələlər daxildir. Biz o ölkə iqtisadiyyatlarına aidik ki, idxal amili çox mühümdür. Çünki qeyri-neft sektorunda əsas məhsullar üzrə idxaldan asılıyıq. Koronavirus dövrü bizim üçün bir sıra təhlükəli risklər ortaya çıxarır. Qida məhsullarını xaricdən alırıq. Həmin ölkələrin özündə də karantin rejimi, fövqəladə hal rejimi ağırlaşdırılsa, o zaman idxal-ixrac əməliyyatlarına necə təsir göstərəcəyi müəmmalıdır. Ona görə də çox təcili olaraq bununla bağlı operativ qərarların qəbuluna ehtiyac var. Hətta deyərdim ki, fövqəladə kənd təsərrüfatı proqramının qəbul olunması ən vacib məsələdir. Yəni əkinçilikdə boşluqlar nədir və hansı operativ tədbirlər görülməlidir, heyandarlıqda hansı boşluqlar var və hansı tədbirlər görülməlidir və s. Ən qısa zamanda hansı addımların atılması ilə bağlı müzakirələr aparılmalıdır.

 

Əkinə yararlı torpaqlardan daha səmərli istifadə edilməlidir

 

N.Nəsirli deyir ki, koronavirus dövrünün kənd təsərrüfatı proqramı hazırlanmalıdır:

 

- Biz starteji yol xəritəsi kimi addım-addım necə gedəcəyimizi əvvəlcədən görməliyik. Azərbacanda bu, dövlət səviyyəsində yerli potensialı gücləndirmək üçün atılmalıdır.

Birincisi, əkinə yararlı torpaqlardan daha səmərəli istifadə olunmalıdır. Hazırda əkin dövriyyəsində olan torpaqlarımız təxminən 2 milyon hektara yaxındır. Məsələ burasındadır ki, biz torpaqların əkilməsi zamanı səmərəli istifadə etmirik. Torpaqların melorativ vəziyyətinin yaxşılaşdırılması ilə bağlı təcili addımlar atılmalıdır ki, həm dövriyyəyə əlavə torpaqlar cəlb olunsun, həm də əkin altında olan torpaqların melorativ keyfiyyət göstəriciləri yüksəlsin ki, o məhsuldarlıq amillərinə təsir etsin.

 

Koronavirus yeniliklər təlqin edir

 

Ekspertin sözlərinə görə, koronavirusla bağlı kənd təsərrüfatına yeni istiqamətlər daxil edilməlidir:

 

Kənd təsərrüfatı elə bir fəaliyyət sahəsidir ki, burada kütləvilik var. Məsələn, üzüm bağındakı 1 hektarda işləməyə 120-130 nəfər cəlb olunur. Pambıqçılıqda bu, 200 nəfərə yaxındır. Yəni kənd təsərrüfatında əməktutumlu sahələr çoxdur. Amma koronavirus dövrü tələb edir ki,insanlar arasında məsafə saxlanılsın və təhlükəsizlik qaydalarına əməl olunsun. Ona görə də artıq bu sahələrin innovasiyalaşdırılması, avtomatlaşdırılması sürətləndirilməsi vacibdir. Məsələn, pambıqçılıq, baramaçılıq, tərəvəzçilik sahələrində daha çox əl əməyindən istifadə olunur, bunlar birmənalı şəkildə aradan qaldırılmalıdır. İnsanların kütləvi şəkildə sahələrdə işləməsinə yol vermək olmaz. 1-2 texnikanı sahəyə cəlb etməklə, innovasiyalara müarciət etməklə, insanların təhlükəsizliyini tam təmin edə bilərik. Nəzərə alsaq ki, kənd təsərrüfatı fəaliyyəti regionlarda baş verir və onların əmək vərdişləri şəhərdəkilərlə eyni deyil. Yəni şəhərdəkilər kimi gigiyena qaydalarına o qədər də diqqətlə yanaşmırlar. Ona görə də kənd təsərrüfatında bütün sahələr mexanikləşdirilməli və əl əməyinin sıradan çıxmasına nail olmalıyıq. Örtülü kənd təsərrüfatı istiqamətlərindən, istixanalardan istifadə olunmalıdır. O bitkilər ki, böyük areallarda əkilirdi və burada çoxsaylı insan əməyindən istifadə olunurdu, bunlar tədricən örtülü sahəyə keçilməlidir ki, həm xəstəliklərə, həm də insanların hərəkətinə nəzarət etmək mümkün olsun. Bu mənada bu istiqamətdə görüləcək işlər çoxdur və arzum ondan ibarətdir  ki, konkret olaraq tədbirlər planı ortaya qoyulsun. Düzdür, bu məqamlar Strateji Yol Xəritəsində və mühüm Dövlət Proqramlarında nəzərdə tutulub. Amma o proqramlar qəbul olunanda, biz koronavirusla tanış deyildik. Koronavirus insanlara yeni yaşayış tərzi,yeni yanaşmalar təlqin edir, yeni təsərrüfat dəyərləri meydana çıxarır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Moskvada COVİD-19  qurbanlarının sayı 3 minə çatır 6 İyun 2020, 01:01 Türkiyə ordusu şəhid verdi 6 İyun 2020, 00:45 Naməlum şəxs insanlara atəş açdı: ölən və yaralanan var 6 İyun 2020, 00:34 Həftə sonu iki halda yaşayış yerini tərk etməyə İCAZƏ VERİLİR 6 İyun 2020, 00:27 Bu şəhərlərdə ərzaq mağazaları və apteklər də BAĞLANDI 6 İyun 2020, 00:19 Həftə sonu küçəyə çıxmağın aqibəti -1 aylıq həbs, 5 min manatadək cərimə 6 İyun 2020, 00:13 Bu qurumlar HƏFTƏ SONLARI da işləyəcək 6 İyun 2020, 00:06 4 şəhərdə 2 günlük sərt karantin rejimi QÜVVƏYƏ MİNDİ 6 İyun 2020, 00:00 Bakıda hündürmərtəbəli binada yanğın başlayıb 5 İyun 2020, 23:54 Hesablama Palatasının dövlət büdcəsinin icrası ilə bağlı rəyi açıqlandı 5 İyun 2020, 23:40 Müşfiqlə Dilbərin məhəbbət TARİXÇƏSİ 5 İyun 2020, 23:35 İlin ikinci Ay tutulması müşahidə olunur 5 İyun 2020, 23:06 Gəncədə dayı bacısı oğlu tərəfindən bıçaqlandı 5 İyun 2020, 22:53 Türkiyədə 5,2 bal gücündə zəlzələ oldu 5 İyun 2020, 22:40 Fransada koronavirus qurbanlarının sayı 30 minə çatır 5 İyun 2020, 22:24 Daha bir ölkədə məhdudiyyətlər aradan qaldırılır 5 İyun 2020, 22:09 Göyçayda axtarışda olan kişinin meyiti tapılıb - FOTO 5 İyun 2020, 21:51 İtaliyada koronavirusdan ölənlərin sayı 33 774 nəfərə çatıb 5 İyun 2020, 21:37 Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı - FOTO 5 İyun 2020, 21:24 Türkiyədə son sutkada daha 18 nəfər koronavirusdan öldü 5 İyun 2020, 21:11 Küləkli hava koronavirusa yoluxmanı artıra bilər - RƏY 5 İyun 2020, 20:57 Azərbaycanın bölgələrinə dolu düşdü 5 İyun 2020, 20:43 Kürdəmirdə kişi keçmiş arvadını bıçaqladı 5 İyun 2020, 20:28 Britaniyada COVID-19 qurbanlarının sayı 40 mini keçib 5 İyun 2020, 20:16 Bakı evdəqalma qadağasına hazırlaşarkən - FOTOLAR 5 İyun 2020, 20:02 Türkiyədə cümə namazı futbol meydançasında qılındı - VİDEO 5 İyun 2020, 20:00 Nissan 2 milyon avtomobilini geri çağırdı 5 İyun 2020, 19:30 Karantin qaydalarını pozan futbolçular CƏRİMƏLƏNDİ 5 İyun 2020, 19:20 Ermənistanda 100-dək polis koronavirusa yoluxdu 5 İyun 2020, 19:11 Rusiyanın Xalq artisti vəfat etdi 5 İyun 2020, 19:02 ABŞ səfirliyi viza verilməsinin bərpası məsələsini şərh etdi 5 İyun 2020, 18:53 Azərbaycanda koronavirusdan sağalanların sayı 3871 nəfərə çatdı 5 İyun 2020, 18:44 Bakıda yük maşını yandı 5 İyun 2020, 18:35 Bu günədək aparılan testlərin sayı AÇIQLANDI 5 İyun 2020, 18:26 "Nar"ın müştəri xidmətləri fəaliyyətini davam etdirəcək 5 İyun 2020, 18:17