Modern.az

Hacıqabulda bir qrup yaşlı kimsəsiz şəxslərə ərzaq verildi - FOTO

Hacıqabulda bir qrup yaşlı kimsəsiz şəxslərə ərzaq verildi - FOTO

4 Aprel 2020, 13:08

Hacıqabul rayon İcra Hakimiyyəti tərəfindən bir qrup yaşlı kimsəsiz şəxslərə ərzaq yardımı edilib.

 

Modern.az xəbər verir ki, yaşı 65-dən yuxarı kimsəsiz və xəstə olan sakinlərə İcra Hakimiyyəti tərəfindən ərzaq yardımı edilib. Onlarla profilaktik söhbət aparılan,  karantin müddətində evlərindən kənara çıxmalarının qadağan olunduğu bir daha onların nəzərinə çatdırılıb. Həmin şəxslər göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

 

Rayon ərazisində epidemioloji durum İcra Hakimiyyəti tərəfindən daimi nəzarət altında saxlanılır, sanitariya-gigiyena norma və qaydalarına riayət edilməsinə ciddi nəzarət edilir və təxirəsalınmaz profilaktik tədbirlər davam etdirilir. Xüsusi ayrılmış mobil qruplar tərəfindən şəhər, qəsəbə və kəndlərdə əhali arasında maarifləndirmə işləri aparılmaqla insanların evdən kənara çıxmamaları, xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması istiqamətində işlər ciddi qaydada aparılır.

 

İnfeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə şəhərin giriş və çıxış hissələrində xüsusi karantin postları quraşdırılıb.  Xüsusi karantin rejimi dövründə polis postlarından fiziki şəxslərin və nəqliyyat vasitələrinin buraxılışı məhdudlaşdırılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir