Modern.az

Çində 3 dəqiqəliyə həyat dayandı - VİDEO

Çində 3 dəqiqəliyə həyat dayandı - VİDEO

Dünya

4 Aprel 2020, 17:50

Çində koronavirusa görə həyatını itirənlər, xüsusilə bu pandemiya ilə savaşda vəfat edən tibb işçiləri 3 dəqiqəlik sükutla yad edilib.

 

Modern.az xəbər verir ki, Çinin bütün böyük şəhərlərində yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə 6:00) virusa yoluxan 81.639 nəfərdən həyatını itirən 3.326 insanın xatirəsi anılıb.

 

Epidemiyanın mərkəzi sayılan Uhan şəhərində isə mənzərə daha ağır idi.

 

Xatırladaq ki, Uhan şəhəri 23 yanvarda virusun yayılmasının qarşısının alınması məqsədi ilə karantinə alınmışdı.

Hazırda insanların şəhərə giriş-çıxışına sərt qaydalar əsasında icazə verilsə də, Çərşənbə günü şəhərdəki karantin rəsmi şəkildə qaldırılacaq.

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü