Modern.az

Türkiyədə koronavirusdan daha 76 nəfər öldü

Türkiyədə koronavirusdan daha 76 nəfər öldü

Dünya

4 Aprel 2020, 22:53

Türkiyədə yenı növ koronovirusdan (COVID-19) ölənlərin sayı artıb.

 

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu gün COVID-19-a yoluxan daha 76 nəfər ölüb.

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində bildirib ki, son 24 saatda 19 664 şübhəli koronavirus testindən keçib, onlardan 3113-nün cavabı pozitiv çıxıb.

Qeyd edək ki, Türkiyədə yeni növ koronavirusdan indiyədək 501 nəfər ölüb, 23 934 nəfər bu infeksiyaya yoluxub. Onlardan 1311 nəfərinin vəziyyəti ağırdır, 786-sı isə müalicə olunub. Nazir "Twitter" səhifəsində, həmçinin qeyd edib ki, Türkiyədə indiyə qədər 161 380 nəfər testdən keçib və müalicə olunan xəstələr arasında irəliləyiş var.


Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu