Modern.az

Bakıda çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürülüb

Bakıda çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürülüb

5 Aprel 2020, 11:04

Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi 17 ünvanında çoxmərtəbəli yaşayış binasında baş verən yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat daxil olub.

 

Qeyd edək ki, Bakıda Xətai rayonu, S.Vəzirov  küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

 

Dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu