Modern.az

Bu ölkədə də koronavirus aşkarlandı

Bu ölkədə də koronavirus aşkarlandı

5 Aprel 2020, 16:34

Dünyanın daha bir ərazisində koronavirusa yoluxma qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu gün kiçik ada dövləti olan Müqəddəs Pyer və Mikelonda 1 nəfərdə COVİD-19 virusu aşkarlanıb.

 

Qeyd edək ki, bununla da koronavirus pandemiyası qeydə alınan dövlət və regionların sayı 208-ə çatıb.

 

Bu saata olan son məlumata əsasən dünyada 1,217,717 nəfər virusa yoluxub. Onlardan 65,831-i həyatını itirib, 253,698-i isə sağalıb.

 

T.İSMAYIL

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!