Arxiv
6 Aprel 2020, 08:28 | MƏDƏNİYYƏT
Xan kimi qürurlu xalq artisti

Deyir ki, - “Elə vaxtlarım olub ki, evə çörək, özümə siqaret almağa pulum olmayıb. Əziyyət çəkmişəm, içimdə qovrulmuşam, amma ruhdan düşməmişəm”...

Öz prinsipləri ilə yaşayan insandır: Heç vaxt heç kimin xətrinə dəyməz, arzu olunmadığı yerə getməz, bir də ki, qadın rolunu oynamaz. Səsi aktyorlar arasında nadir səslərdən biri- bas baritondur. Xarakterli adamdır. Özünəməxsus xüsusiyyətləri ilə seçilir. Yaratdığı obrazların hamısını ürəklə ifa edib. Bəlkə də bu səbəbdəndir ki, ürək əməliyyatı da keçirib...

1953-cü ildə Bakının Balaxanı kəndində dünyaya gəlib. Bu kənddə böyüyüb boya-baş çatıb. 1974-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyorluğu” fakültəsini bitirib. 1976-ci ilin yanvar ayından H.Ərəblinski adına Sumqayıt Dövlət musiqili-dram teatrının truppasına qəbul olunaraq iyirmi il orada çalışıb. Sonra beş il Bakı Bələdiyyə Teatrında işləyib. 2005-ci ildən Azərbaycan Dövlət Milli Dram Teatrının aktyorudur. 2002-ci ildə əməkdar artist, 2019-cu ildə xalq artisti fəxri adlarına layiq görülüb...

...Ömür-gün yoldaşı Nina xanım bir müddət bundan öncə vəfat edib. İki övladı var. Oğlu Fərhad SOCAR-ın mətbuat xidmətində çalışır, həm də rejissordur. Qızı Rəhilə xanım isə ailəsi ilə birlikdə qardaş Türkiyədə yaşayır...

Teatr səhnəsində ifa etdiyi rolların sayı-hesabı çoxdan itsə də, indiyədək qırx beşə yaxın film və teleserialda çəkilib. Yaddaqalan rolları çoxdur. “Arvadım mənim, uşaqlarım mənim” adlı filmdə Şamil, “İsmayıl bəyin mücrüsü”ndə Ata, “Qorxma, mən səninləyəm”də Məmməd, “Atları yəhərləyin”də Qurd Kərim, “Alman klinikasına şəxsi səfər”də Qafarov, “Yük”də aktyor, “Sonuncu döyüş”də Polis mayoru və sairə…

Deyir ki,- “Yeni gələn aktyorlara bir töfsiyəm var. Sənəti özlərindən çox sevsinlər. Bir-iki rol oynayandan sonra özlərini sənətkar kimi qələmə verməsinlər. Aktyor illərlə teatrın tozunu uda-uda, zaman-zaman yetişib sənətkar olur”...

Bəli, haqqında söhbət açdığım Kazım Abdullayev sənətkardır. Adil İsgəndərov kimi böyük aktyorlardan dərs alıb. Bu zirvəyə yetişmək üçün uzun illər yol gəlib. Teatrda Cavad xanın, İbrahim xanın, sənədli filmlərdə Kəlbəli xanın, Cavanşir xanın obrazlarını canlandırıb. Hərəsindən bir keyfiyyət əxz edib. Nəticə göz qabağındadır, xan kimi məğrur, qürurlu, ağayanə insandır...

Aprelin 6-ı xalq artisti Kazım Abdullayevin növbəti ad günüdür, 67 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, Ona möhkəm can sağlığı, firəvan həyat, yaradıcılıq uğurları arzulayıram.

Yeni yaşınız mübarək!


Elman Eldaroğlu

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan korripsiya ilə mübarizədə MDB ölkələri arasında liderdir 5 İyun 2020, 16:03 Nazir 2 milyon dollarlıq konfet aldığı üçün işdən çıxarıldı 5 İyun 2020, 15:58 Dərbənddə 6 Azərbaycan vətəndaşında koronavirus tapılıb 5 İyun 2020, 15:52 Azərbaycanda hakimlər oyuna tibbi maska ilə çıxacaq 5 İyun 2020, 15:46 Azərbaycan rejissoru Kann kinofestivalına yol açdı 5 İyun 2020, 15:40 “Azyaşlı uşağa baxan ana işləyirsə, ona müavinət verilsin!” - Komitə sədri 5 İyun 2020, 15:34 Komitə sədri dövlət büdcəsi ilə bağlı maraqlı TƏKLİFLƏR irəli sürdü 5 İyun 2020, 15:28 Heydər Əliyev Fondu fermerlərə yardım etdi - Fotolar+Video 5 İyun 2020, 15:22 Dövlət qurumlarında iş saatı başa çatdı 5 İyun 2020, 15:16 Narıncı yarış maşını - Vahid Qazi 5 İyun 2020, 15:10 Pərvin Kərimzadə: Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edək!   5 İyun 2020, 15:04 Naxçıvanın bu qəsəbəsinə şəhər statusu verilir 5 İyun 2020, 14:58 Azay Quliyev Milli Məclisdə seçicilərinin problemlərini qaldırıb 5 İyun 2020, 14:52 Təhsil Nazirliyindən yay imtahanlarının ləğvi ilə bağlı AÇIQLAMA 5 İyun 2020, 14:46 Neft 41 dolları keçdi 5 İyun 2020, 14:40 Ərdoğan küçəyə çıxma qadağasını LƏĞV ETDİ 5 İyun 2020, 14:34 Tələbələrin təhsil haqqı ilə bağlı RƏSMİ AÇIQLAMA 5 İyun 2020, 14:28 Dollar yeni həftəyə bu məzənnə ilə başlayacaq 5 İyun 2020, 14:22 Dövlət Sərhəd Xidməti: Ermə­nistan Qazax və Ağstafada yeni döyüş möv­qeyi əldə etməyib 5 İyun 2020, 14:16 Komitə sədri  seçiciləri qəbul etdi - FOTO 5 İyun 2020, 14:10 Naqif Həmzəyev: Ermənistanın gələcəyi Azərbaycanın ərazi bütövlüyünün bərpasından asılıdır   5 İyun 2020, 14:04 Bu gün Beynəlxalq Ətraf Mühit Günüdür 5 İyun 2020, 13:58 Milli Məclisin növbəti iclasının tarixi AÇIQLANDI 5 İyun 2020, 13:53 Deputat Rabitə Nazirliyini “VURDU” 5 İyun 2020, 13:48 Çimərliklərə getməyin! - XƏBƏRDARLIQ 5 İyun 2020, 13:46 At ətini mal əti kimi satanlar tutuldu - FOTOLAR 5 İyun 2020, 13:42 “Vətəndaşı narazı salan hakim məsuliyyətə cəlb edilməlidir” - Siyavuş Novruzov 5 İyun 2020, 13:37 “Məhkəmə-Hüquq Şurası haqqında” qanun dəyişdirilir 5 İyun 2020, 13:32 "Azəriqaz"dan smart-kart sayğacları olanlara xəbərdarlıq - Qazsız qala bilərsiniz 5 İyun 2020, 13:31 Qənirə Paşayevadan etiraz: “Burada hansısa şəffaflıqdan danışa bilmərik” 5 İyun 2020, 13:27 Vətəndaşlar zibil atmağa da gedə bilməzlər - DAXİLİ İŞLƏR NAZİRLİYİ 5 İyun 2020, 13:27 İcra başçısı iki məmurla bağlı prokurorluğa şikayət etdi 5 İyun 2020, 13:25 “Biz onların bəzisi ilə razıyıq, bəzisi ilə qəti razı deyilik” - Samir Şərifov 5 İyun 2020, 13:20 "Azərsu" həftəsonu xüsusi rejimdə işləyəcək 5 İyun 2020, 13:20 Tərcüməçi Həmzəli İlyas vəfat edib 5 İyun 2020, 13:17