Arxiv
7 Aprel 2020, 10:24 | MƏDƏNİYYƏT
Habil Əliyevin internetdə olmayan MÜSAHİBƏSİ: “Evlənəndə ağlım kəsməyib...” - MARAQLI

Modern.az saytı tanınmış jurnalist Səfurə Çərkəzqızının məşhur kamança ifaçısı, Xalq artisti Habil Əliyevlə illər öncə qələmə aldığı müsahibəsini təqdim edir. İndiyədək internet mediada yayımlanmayan müsahibədə mərhum sənətkar maraqlı məqamlara toxunub, gənclik illərindəki sevgisindən bəhs edib.

***

Sevgi kamanı

Zafatcıl, məzəli insan olduğunu çoxdan bilirdim. Bu dəfə də,  onu belə gördüm. Mənimlə qapının astanasındaca  zarafata başladı. Bütün söhbətimiz boyu səsimizdən-sözümüzdən yumor əskilmədi. Bəlkə də, hər şeyi zarafata salmaq təkcə onun xarakteri deyil, həm də “siyasətidir”. Çünki bu yolla “sərf eləməyən” suallardan ehmalca yayındı.  Özünün dediyi kimi əgər, vaxtında kamança ağlını “oğurlamasaydı”, yəqin, Xalq artisti Habil Əliyevdən  məşhur diplomat  çıxardı...

- Hələ deyin görək, məni hansı sorğu-suala tutacaqsız?

- Sevgidən danışacağıq, hazırsız? 

- Əlbəttə, bu oldu əla! Sevgi...mən onu hələ indi-indi başa düşürəm. Söz vermişəm ki, indən belə sevəcəm (qəh-qəhə çəkir, sonra yavaş-yavaş  ciddi görkəm alır). Bilirsiz, eşq,məhəbbət tamam başqa aləmdi. Mən inanmıram ki, kiminsə canında belə şeylər  olmasın. Desəm ki, heç sevməmişəm, bu, lap ağ yalan olar. Amma mənim ağlımı kamança oğurlayıb. Yavər Kələntərlinin yubileyiydi, məni də, yoldaşımı da dəvət eləmişdi. Dedi, kamança yadından çıxmasın haa! Dedim, elə şey yoxdu, ancaq birini gətirə bilərəm: ya arvadı, ya kamançanı. İndi hansını istəyirsən seç.


- Bəs özünüz hansını seçərdiz?

Bir az tərədüd edir.


- Bəlkə, xanımınızın yanında sizi çətinə salıram?

-Yox, niyə ki? Mən həmişə demişəm, kamança mənim beşinci övladımdı. Ona olan eşqim də hamısından güclüdü. Bütün övladlarımın boya-başa, ərsəyə çatmasında mənimlə bərabər onun da əməyi olub. (Köksünü ötürür) Daha qocalmışam...


- Necə başa düşək; gah deyirsiz təzə-təzə sevmək istəyirəm, gah da qocalıqdan danışırsız?

- Elə əsas məsələ də budu. Adam qocaldıqca canında eşq yaranır. Ağdaşda bir həkim varıydı, 17 yaşında bir qıza bənd olmuşdu. Özü isə 66 yaşındaydı. Necə vurulmuşdusa, şeir yazmağa başlamışdı.


- Sizi  şair olmaq təhlükəsi gözləmir?

- Hələ ki yox. Arvad qoyur ki, gözümü açım...


Bizimçün çay süfrəsi hazırlayan Şərqiyyə xanıma göz vurub ürəkdən gülür. Şərqiyyə xanımsa yumşaq,  əsl qadın təbəssümüylə ona cavab verir. Mən də bu an növbəti sualımçün “fakt” oğurlayıram.


- Deyəsən, aranızda əməlli-başlı sevgi olub?

- Özü də müsibət! Tələbələrlə görüşüm varıydı, biri sual verdi ki, Habil müəllim, necə oldu ki, kamança çalmağa başladız? Cavab verdim ki, uşaq olmuşam, qanmamışam. Elə bizim bu xanımla da evlənəndə ağlım kəsməyib. Başımın dumanlı vaxtına düşüb. İstəyirəm səhvimi düzəldəm. Evdə məsələ qaldırmışam ki, gərək ayrılaq, azad olaq. Görürəm, arvadın da ürəyincədi.


Şərqiyyə xanım dodağında bayaqkı gülüş bizi süzüb mətbəxə keçir.


- Amma nəvə-nəticələrimiz qoymurlar. Əşşi, adam birinin üzünü nə qədər görər axı? İndi sevməyə özgə bir adam tapsam, 80-90 yaşımda toy eləyə bilərəm.

Ürəyim toy istəyir. Elə xoşum gəlir... Gəlin ağ fata geyinib oturur bəyin yanında. Bəy də ki özünü çəkib qoyur dağın başına, bəh-bəh... Biz yazıq elə şey görmüşük?


- Bəs sizin toyunuz necə olub?


- Rayonda evlənmişik. Şərqiyyənin başına qırmızı kəlağayı atıb maşında gizlədə-gizlədə gətirmişdilər.


Bu arada Şərqiyyə xanım bizi çay süfrəsinə dəvət eləyir, sonra özü də söhbətə qoşulur:


- Toyumuz olanda mənim 17 yaşım vardı, tələbəydim. Məni bir toyda görüb bəyənmişdi. 


- Həə, o vaxtlar kənd toylarında kaman çalırdım. Nəysə, gözüm birdən buna sataşdı. Suyuşirin gəldi.


Şərqüiyyə xanım: - Onda səkkizinci sinifdəydim. Sonra 4 il nişanlı qaldıq.


- Sizə vurulduğunu nədən bilmişdiz, özü demişdi?


- Yox, yan-yörədən eşidirdim. Dağa-yaylağa getmişdik. Evində qaldığımız ləzgi qadın bir gün mənə dedi ki, o kamançaçalan oğlan buralarda yaman hərlənir. Deyəsən, sənə gözü düşüb. Uşaqdım, elə də məhəl qoymadım. Dağdan qayıdandan sonra, günlərin bir günü,  səhər-səhər dərsə gedirdim, gördüm, iki qadın bizə gəlir. Fikirləşdim ki, yəqin, evdəkilərlə nəsə işləri var, ağlıma başqa bir şey gəlmədi, getdim dərsə.


- Gələnlər elçiymiş?

- Həə, dərsdən gəldim, gördüm ki, pıçhapıçdı. Dedilər, sənə elçiliyə gəliblər.


- Siz nə dediz?

- Heç nə. O vaxt kimiydi mənim fikrimi öyrənən? Məsləhətdi, getməlisən, vəssalam. Amma sonra şərt qoydum ki, oğlan gərək oxuya.  


Habil müəllim: - Mən yazıq da bu şərtdən sonra  girdim “uçilişə”.


- Deməli, sizin Habil Əliyev kimi tanınmağınızda Şərqiyyə xanımın da rolu olub.


- Həə, yoxsa, Allah bilir kənddə-kəsəkdə qalıb küllənirdim.


- O vaxt mənə bir məktub yazmışdı...


- Yazmamışdım, bir rəssama yazdırmışdım. Özüm nə bilirdim, nə də yazam? Məktubun adı da beləydi: “İlk məktub”.


- Doğrudan, yazdığınız ilk məktubuydu?

 (Gülür)


- Şərqiyyəyə həə.


- Deməli, başqa xanımlara da yazmısız...


- Yox,  məktub yazmaqla aram o qədər də saz olmayıb.


- O vaxt bacısı məktəbdə oxuyurdu. Gəlirdi ki, bəs Habil sənə məktub göndərib. Mən də almırdım. Yazıq qızı da qovurdum. Həmin məktubları gəlin gedəndən sonra özü mənə verib.


- Habil müəllim, Şərqiyyə xanımla evlənəndən sonra vurulduğunuz başqa xanım olub?


- Olub.  Amma hiss elətdirməmişəm o xanıma. Lazım deyil axı.


- Bəs sizə vurulanlar?


- O qədər olub! Ən çox da gənc qızlar. Eləsi olub, evə zəng eləyib ki, sizə şeir yazmışam.


- Sonra?

- Heç nə. O uşaqdı, ağlı kəsmir, mənə nə olub? Gərək, hər kəsin hərəkəti onun yaşına, səviyyəsinə uyğun olsun.


- Yox, düz demirsən axı,  ay Habil. Vurulmaq yaşa-zada baxmır. 60-70 yaşında da sevmək olar. Düz demirəm, qızım? Səndə olmayıbsa, o demək deyil ki,  bu qeyri-mümkündü. .


- Mən nə deyirəm, Allah başıma gətirsin (gülür).


- O xanımlardan məktub almısız?


- O qədər. Amma cızhacız yansam da, cavab yazmırdım.


- Niyə?


- Qorxurdum ki, əllərə düşər. Həm də evdə komandir vardı axı.


- Şöhrətinə, adına, sanına görə özünü çox qoruyub. Hərəkətlərinə qadağalar qoyub.


- Belə çıxır ki, şöhrət də insanın istəklərini boğur, azadlığını alır, necə fikirləşirsiz?


- Bəs necə..!


- Şöhrətə görə peşman deyilsiz?


- Yox, niyə ki? Kamançasız mənim bir günüm də olmasın. Məni onun qədər duyan yoxdu. Deyə bilmədiklərimi həmişə kamança deyib. O, mənim ən etibarlı vəkilimdi.


- Şərqiyyə xanım, onu kamançaya qısqanmırsız?

- Cavan vaxtları bir az qısqanırdım. Təzə evlənmişdik, dərsdən gəlirdim ki, çalır. Bir dəqiqə də olsun, kamançadan ayrılmırdı. Mən də qalırdım tək-tənha. Bir dəfə dözmədim, dedim, bu nədi, bütün günü çalırsan? Dillənib mənə bir kəlmə də demədi. Sonra səhvimi anladım. Yavaş-yavaş alışdım.


- Bəs kamança sizi xanımınızdan uzaqlaşdırmır ki?

- Mən çalanda ,əstəğfürullah, heç Allah da yadıma düşmür. O ki qaldı arvad-uşaq...

 

 1998-ci il

Səfurə Çərkəzqızı,
“Sevdalılar”


Redaksiyadan: Habil Əliyev 28 may 1927-ci ildə Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub.

1952-ci ildə Bakıya gəlib Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsinə daxil olub. Görkəmli tarzən Qurban Pirimovdan və məşhur müğənni Xan Şuşinskidən muğam sənətinin sirlərini öyrənib.

H.Əliyev “Segah”, “Bayatı-Qacar”, “Bəstənigar”, “Bayatı-Şiraz”, “Rahab”, “Bayatı-Kürd”, “Cahargah”, “Rast”, “Zabul” muğamlarına yeni kamança həyatı verib.

Kaman ustası keçmiş SSRİ respublikalarında və eləcə də dünyanın bir çox ölkələrində Türkiyə, Amerika, Almaniya, İngiltərə, Fransa, Hindistan, Pakistan, İran, Misir, İsveçrə, Hollandiya, Tunis, Yaponiya, Suriya, Mozambik və s. qastrol səfərlərində olub, ABŞ, Fransa, Yaponiya, İtaliya və Yunanıstanda Azərbaycan muğamlarından və xalq mahnılarından ibarət kompakt diskləri də buraxılıb.

1978-ci ildə Azərbaycan SSR xalq artisti fəxri adına layiq görülüb. Dəfələrlə müxtəlif orden və medallarla, döş nişanları və fəxri fərmanlarla təltif olunub.

8 sentyabr 2015-ci ildə vəfat edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Maska ilə bağlı kifayət qədər ehtiyatlarımız var 3 İyun 2020, 19:38 Metroda xuliqanlıq edən 5 nəfərə cinayət işi AÇILDI 3 İyun 2020, 19:37 Test nəticəsi pozitiv olanlar xəstəxanalara yerləşdirilir - TƏBİB sədri 3 İyun 2020, 19:36 Azərbaycanda yeni QADAĞALAR 3 İyun 2020, 19:32 3 gün ərzində küçəyə çıxma qadağası tətbiq ediləcək 3 İyun 2020, 19:27 Fəvvarələr meydanındakı görüntülər bizdə təəssüf doğurur - Ramin Bayramlı 3 İyun 2020, 19:20 Pandemiyanın ikinci mərhələsindəyik - RƏSMİ 3 İyun 2020, 19:17 Azərbaycanda ŞOK - bir gündə 325 YOLUXMA 3 İyun 2020, 19:11 Azərbaycanda karantin rejimi yenidən SƏRTLƏŞDİRİLİR 3 İyun 2020, 19:04 Operativ Qərargahda brifinq keçirilir - Canlı 3 İyun 2020, 19:03 Tərtər Olimpiya İdman Kompleksinin açılışı oldu - YENİLƏNİB 3 İyun 2020, 18:55 Prezident Ağcabədidə daha bir AÇILIŞDA 3 İyun 2020, 18:51 İlham Əliyev avtomobil yolunu yenidənqurmadan sonra istifadəyə verdi - YENİLƏNİB 3 İyun 2020, 18:46 Prezident icra başçısına İRAD BİLDİRDİ 3 İyun 2020, 18:40 Nazirlik yoxlama apardı - 2785 obyektdə nöqsan aşkarlandı: “Araz market”, “Dokta Aptek”, “Bazar Store”... 3 İyun 2020, 18:33 UNEC-in tələbələrinə imtahan sessiyasında əlavə güzəştlər olunub 3 İyun 2020, 18:21 Ali məktəblərə və kolleclərə sənəd qəbulunun vaxtı uzadıldı 3 İyun 2020, 18:14 Bərdədə su kanalına atılan heyvan leşləri məhv edildi 3 İyun 2020, 18:12 ABŞ Çin təyyarələrinin uçuşuna qadağa qoyacaq 3 İyun 2020, 18:11 Artıq “NNTV Kids” ilə dünyanın ən populyar uşaq kanallarını izləmək olar   3 İyun 2020, 18:10 Bu hakimlər barədə ən sərt tədbirlər görüləcək 3 İyun 2020, 18:07 Azərbaycan hərbçiləri Moskvada hərbi paradda iştirak edəcəklər 3 İyun 2020, 18:03 Prezident taxıl zavodunun açılışını etdi 3 İyun 2020, 18:00 Ağcabədinin içməli su təchizatı və kanalizasiya sistemləri istismara verildi 3 İyun 2020, 17:55 İlham Əliyev “ASAN xidmət” mərkəzinin AÇILIŞINDA 3 İyun 2020, 17:50 DİN və Baş Prokurorluqdan Sabunçudakı qətllə bağlı AÇIQLAMA 3 İyun 2020, 17:44 İlham Əliyev taxıl biçininə başlanması mərasimində iştirak etdi 3 İyun 2020, 17:44 Ermənistan ordusu Qarabağda itki verdi: Ölən və yaralananlar var 3 İyun 2020, 17:42 26 Qazaxıstan vətəndaşı öz ölkəsinə yola salındı 3 İyun 2020, 17:39 Prezident Ağcabədiyə gedib 3 İyun 2020, 17:36 Sabahın teledərs CƏDVƏLİ 3 İyun 2020, 17:33 Ermənistanda “Kalaşnikov” avtomatları istehsal olunacaq 3 İyun 2020, 17:26 Koronavirusa yoluxan jurnalist: “İnanmayanlara demək istəyirəm ki…” - MÜSAHİBƏ 3 İyun 2020, 17:20 Yer kürəsinin ən təmiz ərazisi açıqlandı 3 İyun 2020, 17:16 Ramiz Mehdiyev yeni təyinat etdi 3 İyun 2020, 17:10