Modern.az

Ombudsmanın təklif etdiyi 10 məhbus da əfv olunub

Ombudsmanın təklif etdiyi 10 məhbus da əfv olunub

Aktual

7 Aprel 2020, 11:00

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 06 aprel 2020-ci il tarixdə “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb. Dünyada koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin ölkə Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların sağlamlıq vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınaraq və humanizm prinsiplərinə əsaslanaraq,176 məhkum cəzasının çəkilməmiş hissəsindən azad edilib".

 

Bu barədə Modern.az-a Ombudsman Aparatından daxil olan məlumatda deyilir.

 

Bildirlib ki, Ombudsman tərəfindən verilən müraciətlər də nəzərə alınıb:

 

"Qeyd olunmalıdır ki, bu əfv sərəncamı ilə 10 məhkum Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında Konstitusiya Qanununun 1.7-ci maddəsinə əsasən Ombudsman tərəfindən verilən müraciətlər nəzərə alınmaqla azadlığa buraxılıb. Ümumilikdə müstəqillik dövründə Azərbaycanda 66 əfv sərəncamı imzalanıb, 11 amnistiya aktı qəbul edilib".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı