Modern.az

Mərkəzi Bank bu bankları qalib elan etdi - SİYAHI  

Mərkəzi Bank bu bankları qalib elan etdi - SİYAHI  

7 Aprel 2020, 11:12

Mərkəzi Bank tərəfindən illik əsasda həyata keçirilən nağdsız ödənişlərin inkişafı üzrə müsabiqənin nəticələrini açıqlayıb.

 

2013-cü ildən başlayaraq Mərkəzi Bank Azərbaycan Banklar Assosiasiyası ilə birlikdə rəqəmsal ödənişlərin genişləndirilməsi, innovativ ödəniş həllərinin tətbiqi, elektron bankçılığın inkişafı istiqamətlərində müxtəlif nominasiyalar üzrə illik əsasda müsabiqə təşkil edir və müsabiqə çərçivəsində fərqlənmiş bankların mükafatlandırılması həyata keçirilir.

 

Mərkəzi Bnakın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, 2019-cu ildə Mərkəzi Bank tərəfindən elan edilmiş 6 nominasiya üzrə aşağıdakı banklar müsabiqə qalibi olublar:

 

“POS-terminallarda nağdsız ödənişlər üzrə lider bank” – “Premium Bank” ASC;

“Təmassız ödənişlər üzrə lider bank” – “Expressbank” ASC;

“İnternet bankçılıq xidməti üzrə lider bank” – “Paşa Bank” ASC;

“Mobil bankçılıq xidməti üzrə lider bank” – “Kapital Bank” ASC;

“Təmassız POS-terminal infrastrukturu üzrə lider bank” – “Paşa Bank” ASC;

“Elektron ticarət üzrə ödənişlərin qəbulunda lider bank” – “Unibank KB” ASC.

 

Mərkəzi Bankqalib bankları təbrik edir və bütün bankları COVİD-19 pandemiyası dövründə zəruriliyi daha da aktuallaşan elektron bankçılığın genişləndirilməsi, müştəri əməliyyatları üzrə kağız daşıyıcıların minimallaşdırılması, təmassız texnologiyaların tətbiqinin artırılması istiqamətində fəaliyyətlərində daha aktiv olmağa çağırır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub