Arxiv
7 Aprel 2020, 15:51 | AKTUAL
Covid-19 virusu və xərçəng xəstələri

Günay ƏHMƏDOVA,

onkoloq, tibb üzrə fəlsəfə doktoru,

ATU-nun Onkoloji Klinikası.

[email protected]

 

 

Dünyanı koronavirus infeksiyasının bürüdüyü, pandemiya elan olunduğu indiki günlərdə xərçəng xəstələrinin narahatlığı bir az da artıb.  Karantin rejimi ilə əlaqədar evdən çıxmaq imkanları məhdud olsa da, telefonla tez-tez soruşurlar:


- Həkim, orqanizmi koronavirusdan qorumaq, immuniteti yaxşılaşdırmaq üçün hansı dərmanları qəbul etməliyik?


Pasiyentlərimin və yaxınlarının sualına cavab olaraq bildirirəm ki, mütəxəssislər COVID-19-un xəstə və immun sistemi zəif olan insanlarda daha ağır nəticələr verə biləcəyi barədə həmfikirdirlər. Ona görə də, koronavirusa qarşı  mübarizə çərçivəsində hər gün televiziya ekranlarında, KİV-lərdə sadalanan qorunma amillərini diqqətdə saxlamaqla yanaşı hamının, xüsusilə də onkoloji xəstələrin düzgün qidalanması və immun sistemini gücləndirməsi olduqca vacibdir. 


Gəlin aydınlaşdıraq: immunitet nədir? İmmunitet – hər bir canlıda xəstəliklərə qarşı qorunma mexanizmi yaradan, patogenləri və şiş hüceyrələrini tanıyıb onları yox edən, orqanizmi xarici və zərərli maddələrdən qoruyan mexanizmlərin toplamıdır. İmmun sisteminin belə bir qabiliyyəti var ki, o, geniş spektrdə viruslardan parazitlərədək orqanizmə daxil olan, yaxud orqanizmlə təmasda olan bütün yad maddələrə qarşı seçim apara bilir, həmçinin həmin yad maddələri orqanizmin sağlam hüceyrə və toxumalarından ayırd edə bilir. İnsanda immun çatışmazlığı  bir sıra  xəstəliklərin meydana gəlməsi ilə, həyati təhlükəli infeksiyalarla nəticələnə bilər. Ona görə də, orqanizmi istənilən xəstəlikdən, o cümlədən koronavirus infeksiyasından qorumaq üçün immuniteti möhkəmləndirmək vacibdir.


1. Hər şeydən əvvəl qeyd edim ki, immuniteti gücləndirmək üçün sehrli bir dərman yoxdur. İmmuniteti gücləndirməyin ən təhlükəsiz və düzgün yolu təbii qidalar və gündəlik qida rasionunun  tənzimlənməsidir.  Bizim immun sistemimiz insanın qidalanmasından, orqanizmə hansı qidaların daxil olmasından çox asılıdır. Ona görə də, hər birimiz immunostimulyatorlar qəbul etmədən, məhz düzgün qidalanma vasitəsilə immun sistemini gücləndirə bilərik.


2. Əziz pasiyentlər, həmçinin sağlam insanlar! Əgər siz immunitetinizi güclü saxlamaq istəyirsinizsə, siqaret çəkməyin; alkoqol qəbul etməyin; çox aşağı kalorili pəhrizlər (dietalar) saxlamayın. Mexaniki işlənmiş qidalar qəbul etməyin, hər şeyin təbii olanını qəbul edin. Mövsümə uyğun meyvə və tərəvəz, hər gün bir ovuc quru meyvə (badam, qoz, fındıq) yeyin. Hər gün bir stəkan kefir, yaxud bir kasa (150 ml) qatıq için; bir yumurta yeyin. Qırmızı ətdən az istifadə edin. İmmuniteti gücləndirən vitaminləri təbii qaynaqlardan almağa çalışın. Xüsusilə tərkibində A, B, C, E, D vitaminləri olan, çeşidli mineral tərkibli qidalar qəbul etməyə çalışın.


3. İmmunitet üçün vacib əhəmiyyət daşıyan amillərdən biri D vitaminidir. İnsan orqanizmi virus və bakteriyaları öldürən antimikrob proteinlər sintez etmək üçün D vitamininə ehtiyac duyur. Orqanizmdə kifayət qədər D vitamini olmadıqda bədən viruslar və bakteriyalarla mübarizədə zəifləyir. Bu vitamin balıqda (xüsusilə somon balığı), yumurtada, süd məhsullarında boldur. Ən yaxşı D vitamini qaynağı isə günəşdır.


4. Çoxlu su için. Yarısından çoxu su olan insan orqanizminin daha yaxşı fəaliyyət göstərməsi və immuniteti gücləndirməsi üçün gündə azı 1,5-2 litr su içməyiniz məsləhətdir. 


5. Unutmayın ki, immuniteti güclü saxlamağın ən vacib yollarından biri düzgün yuxu rejimidir. Hər gün 6-8 saat qaranlıq otaqda, dərin yuxu rejimi immuniteti möhkəmləndirir. Araşdırmalar göstərib ki, gündəlik 7 saat yatanlara nisbətən 6 saat yatan insanlarda soyuqda xəstələnmə ehtimalı 4,2 dəfə daha yüksəkdir. 5 saat yatanlarda bu risk daha çoxdur. Yuxunuz pozulmasın deyə günün sonunda, yəni axşamlar kofeinli qidalardan uzaq durun, kofeinli içkilər qəbul etməyin.


6. Hər gün heç olmazsa 20 dəqiqə bədən tərbiyəsi ilə məşğul olun. Açıq havada müntəzəm bədən tərbiyəsi həm zehni, həm də fiziki cəhətdən son dərəcə əhəmiyyətli olub, immuniteti gücləndirir. Sonra ilıq duş alın.


7. Bir məsələni də diqqətə çatdıraq ki, dünya miqyasında aparılmış tədqiqatlar stress səviyyəsi ilə immunitet arasında asılılıq olduğunu təsdiqləmişdir. Müşahidələrə görə, vərdiş etdikləri həyat tərzinin dəyişməsi (məktəblərin bağlanması, xarici ölkələrə səyahətlərin ləvğ olunması, karantin rejiminin tətbiqi və s.) bir qisim insanlarda stresslərə yol açıb. Stress isə immuniteti zəiflədən amillərdən biridir. Buna görə də, stressdən qorunun; internetdə yayımlanan hər informasiyaya uymayın; ancaq rəsmi qaynaqlardan məlumat alın; EVDƏQAL kampaniyasına dair xəbərdarlıqları nəzərə alaraq rahatlığınızı təmin edin.

Hamımız görürük ki, Azərbaycan dövləti öz vətəndaşlarını COVID-19 pandemiyasından qorumaq üçün bir sıra vacib tədbirlər həyata keçirir. Bu halda biz vətəndaşların borcu intizamlı olmaq, özünün və ətrafındakıların sağlamlığını qorumaqla koronavirusla mübarizədə dövlətimizə yardımçı olmaqdır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Moskvada COVİD-19  qurbanlarının sayı 3 minə çatır 6 İyun 2020, 01:01 Türkiyə ordusu şəhid verdi 6 İyun 2020, 00:45 Naməlum şəxs insanlara atəş açdı: ölən və yaralanan var 6 İyun 2020, 00:34 Həftə sonu iki halda yaşayış yerini tərk etməyə İCAZƏ VERİLİR 6 İyun 2020, 00:27 Bu şəhərlərdə ərzaq mağazaları və apteklər də BAĞLANDI 6 İyun 2020, 00:19 Həftə sonu küçəyə çıxmağın aqibəti -1 aylıq həbs, 5 min manatadək cərimə 6 İyun 2020, 00:13 Bu qurumlar HƏFTƏ SONLARI da işləyəcək 6 İyun 2020, 00:06 4 şəhərdə 2 günlük sərt karantin rejimi QÜVVƏYƏ MİNDİ 6 İyun 2020, 00:00 Bakıda hündürmərtəbəli binada yanğın başlayıb 5 İyun 2020, 23:54 Hesablama Palatasının dövlət büdcəsinin icrası ilə bağlı rəyi açıqlandı 5 İyun 2020, 23:40 Müşfiqlə Dilbərin məhəbbət TARİXÇƏSİ 5 İyun 2020, 23:35 İlin ikinci Ay tutulması müşahidə olunur 5 İyun 2020, 23:06 Gəncədə dayı bacısı oğlu tərəfindən bıçaqlandı 5 İyun 2020, 22:53 Türkiyədə 5,2 bal gücündə zəlzələ oldu 5 İyun 2020, 22:40 Fransada koronavirus qurbanlarının sayı 30 minə çatır 5 İyun 2020, 22:24 Daha bir ölkədə məhdudiyyətlər aradan qaldırılır 5 İyun 2020, 22:09 Göyçayda axtarışda olan kişinin meyiti tapılıb - FOTO 5 İyun 2020, 21:51 İtaliyada koronavirusdan ölənlərin sayı 33 774 nəfərə çatıb 5 İyun 2020, 21:37 Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı - FOTO 5 İyun 2020, 21:24 Türkiyədə son sutkada daha 18 nəfər koronavirusdan öldü 5 İyun 2020, 21:11 Küləkli hava koronavirusa yoluxmanı artıra bilər - RƏY 5 İyun 2020, 20:57 Azərbaycanın bölgələrinə dolu düşdü 5 İyun 2020, 20:43 Kürdəmirdə kişi keçmiş arvadını bıçaqladı 5 İyun 2020, 20:28 Britaniyada COVID-19 qurbanlarının sayı 40 mini keçib 5 İyun 2020, 20:16 Bakı evdəqalma qadağasına hazırlaşarkən - FOTOLAR 5 İyun 2020, 20:02 Türkiyədə cümə namazı futbol meydançasında qılındı - VİDEO 5 İyun 2020, 20:00 Nissan 2 milyon avtomobilini geri çağırdı 5 İyun 2020, 19:30 Karantin qaydalarını pozan futbolçular CƏRİMƏLƏNDİ 5 İyun 2020, 19:20 Ermənistanda 100-dək polis koronavirusa yoluxdu 5 İyun 2020, 19:11 Rusiyanın Xalq artisti vəfat etdi 5 İyun 2020, 19:02 ABŞ səfirliyi viza verilməsinin bərpası məsələsini şərh etdi 5 İyun 2020, 18:53 Azərbaycanda koronavirusdan sağalanların sayı 3871 nəfərə çatdı 5 İyun 2020, 18:44 Bakıda yük maşını yandı 5 İyun 2020, 18:35 Bu günədək aparılan testlərin sayı AÇIQLANDI 5 İyun 2020, 18:26 "Nar"ın müştəri xidmətləri fəaliyyətini davam etdirəcək 5 İyun 2020, 18:17