Arxiv
7 Aprel 2020, 17:07 | AKTUAL
“8103”dən gələn SMS-ləri dəyişdirən şəxs həbs edilib

"Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi" vasitəsi olan “8103” qısa nömrəsindən gələn razılıq SMS-in tarixini xüsusi kompüter proqramları vasitəsi ilə saxtalaşdıraraq karantin rejimi qaydalarını kobud sürətdə pozan şəxs saxlanılıb. Keçirilən tədbir nəticəsində Sumqayıt şəhər sakini Nail Yaqubov tutularaq məsuliyyətə cəlb edilib.


DİN-dən Modern.az-a verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, o, aprelin 5-də özünə məxsus mobil nömrədən ərzaq almaq üçün “8103” xidmətinə SMS göndərib. Həmin SMS-in cavabı olaraq N.Yaqubova saat 13:30-dan 15:30-dək yaşayış yerini tərk etməyə icazə verilib.  Axşam saatlarında o, həmin SMS-in saatını proqram vasitəsi ilə dəyişərək xüsusi karantin qaydalarının tələblərini pozaraq yenidən küçəyə çıxıb. Həmçinin N.Yaqubov tarixini dəyişdiyi SMS-in şəklini sosial şəbəkələrdə və “Whatsapp” qruplarında yayaraq tanışlarını da eyni üsulla xüsusi karantin rejimi qaydalarını pozmağa çağırıb.

Etdiyi qanunsuz əmələ görə Nail Yaqubov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə təqsirli  bilinərək inzibati  qaydada məhkəmənin qərarı ilə 25 sutka  həbs  edilib.

Daxili İşlər Nazirliyi bir daha vətəndaşlardan koronavirus pandemiyası ilə mübarizədə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminə əməl etməyi tələb edir. Əks halda qaydaları pozan şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulan qaydada ciddi cəza tədbirləri görüləcək.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qəbələ və Oğuza dolu yağır - Faktiki hava 6 İyun 2020, 17:06 Rəsmi Tbilisi: “Gürcülərlə azərbaycanlılar arasında nifaq salmaq istəyirlər” 6 İyun 2020, 16:58 “Taliban” 38 əfqan əsgərini azad etdi 6 İyun 2020, 16:49 Deputat: "İnsan haqlarından danışan Avropa Şurası Ermənistanın pozucu siyasətinə göz yumur" 6 İyun 2020, 16:40 Ermənilər Zəngəzurdan Qarabağa 3-cü yol çəkir – XƏRİTƏ 6 İyun 2020, 16:32 Gürcüstanda azərbaycanlı polis öldü 6 İyun 2020, 16:25 “Vətəndaşların fəaliyyət istiqaməti NK-nın qərarı ilə təsdiqlənməsə və icazəsi aktivləşdirilsə, cərimələnə bilərlər” - RƏSMİ 6 İyun 2020, 16:17 Mirtağı Əsədov Gürcüstanın DTX-nə çağrıldı 6 İyun 2020, 16:08 Dalana dirənən Ermənistan rəhbərliyi vəziyyətdən çıxış yolu axtarır - Fərid Şəfiyev 6 İyun 2020, 16:00 Gəncədə narkotacir saxlanıldı   6 İyun 2020, 15:52 Amerikada yaşamaq şansı verən “Green Card”a kimlər müraciət edə bilər? - VİDEO 6 İyun 2020, 15:45 Azərbaycanda deputatın yaxın qohumu koronavirusdan öldü 6 İyun 2020, 15:38 Avropa Şurasının ikibaşlı ermənipərəst siyasət aparması bizdə təəcüb və təəsüf hissi yaratdı - Vahid Əhmədov 6 İyun 2020, 15:30 Polisin bu addımı müsbət qarşılandı - FOTO 6 İyun 2020, 15:23 Kamran Bayramov: "AŞPA-nın qərəzli mövqe Azərbaycanın deyil, təşkilatın özünün nüfuzuna xələl gətirir" 6 İyun 2020, 15:15 Bələdiyyə sədri kəndin mərkəzinə su çəkdi 6 İyun 2020, 15:07 Polis jurnalistin xəstə anasına yardım etdi 6 İyun 2020, 15:00 Yardımlı və Bərdədə 7 tondan çox çətənə kolu məhv edildi 6 İyun 2020, 14:53 ÜST maskaların istifadəsinə dair təlimatını YENİLƏDİ 6 İyun 2020, 14:45 Azərbaycanda koronaviruslu xəstələrin dəhşətli görüntüsü - VİDEO 6 İyun 2020, 14:36 Ulvi Quliyev: “AŞPA bəyan etdiyi prinsiplərin əksinə fəaliyyət göstərməklə özünü iflasa sürükləyir” 6 İyun 2020, 14:27 Avropa Şurası ermənipərəst qüvvələrin sifarişlərini yerinə yetirməklə məşğuldur 6 İyun 2020, 14:18 Ədalət və insanlıq dərsi! - MUSA URUD YAZDI 6 İyun 2020, 14:10 Faktiki HAVA 6 İyun 2020, 14:03 Bakının kimsəsiz və səssiz küçələri - FOTOLAR 6 İyun 2020, 14:00 Azərbaycan nefti 43 dolları ÖTDÜ 6 İyun 2020, 13:57 ABŞ Almaniyadakı hərbiçilərinin sayını azaldacaq   6 İyun 2020, 13:50 Sabahın hava PROQNOZU 6 İyun 2020, 13:45 Bakı sakinlərinə XƏBƏRDARLIQ 6 İyun 2020, 13:37 Müstəqil Azərbaycanda elan edilmiş ilk fövqəladə vəziyyət, komendant saatı: 90-cı ildən üzü bəri... - Yaxın TARİX 6 İyun 2020, 13:29 Gültəkin Hacıbəyli Siyavuş Novruzovu dəstəklədi 6 İyun 2020, 13:22 Hamiləlik və laktasiya zamanı viruslu xəstəliklərə qarşı həssaslıq artır 6 İyun 2020, 13:13 İcazəsiz hərəkət edən avtomobillər aşkarlandı - DYP 6 İyun 2020, 13:04 BANM Tələbə və Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfranslarını onlayn keçirir 6 İyun 2020, 12:54 Bakıda evdən çıxmaq qadağasının ilk günündə polis qadının həyatını xilas etdi - VİDEO 6 İyun 2020, 12:45