Koronavirus pandemiyasının yarandığı Çinin Uhan şəhərində bütün giriş-çıxışlar bərpa edilib.
Modern.az xəbər verir ki, artıq hərəkət məhdudiyyəti aradan qalxıb və həyat adi axarına düşüb.
Məlumata görə, artıq əhalinin şəhəri tərk etməsinə icazə verilir.
Qeyd edək ki, COVİD-19 virusundan dolayı 23 yanvardan etibarən şəhərdə fövqəladə vəziyyət elan edilmiş, Uhan ətraf aləmdən tamamilə təcrid olunmuşdu.