Ermənistanda daha 28 koronavirusa yoluxma faktı təsdiq olunub.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, aprelin 8-i üçün koronavirusa yoluxanların sayı 881 nəfərə çatıb. Onlardan 114-ü sağalıb, 9-u isə ölüb. Sonuncu ölən şəxsin 93 yaşı olub və o həm də onkoloji xəstəlikdən əziyyət çəkirdi.
Daha 8 pasientin vəziyyətinin kritik olduğu vurğulanır.