Modern.az

General Qazax cəbhəsindəki vəziyyəti yerində YOXLADI

General Qazax cəbhəsindəki vəziyyəti yerində YOXLADI

9 Aprel 2020, 16:37

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev 7-9 aprel tarixlərində “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrində xidməti-döyüş fəaliyyətinin təşkilini yox-layıb.

DSX-dan Modern.az-a verilən məlumata görə, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən verilmiş tapşırıqların icra vəziyyəti öyrənilib, təmas xəttində döyüş mövqelərində xidmətdə olan sərhədçilərlə görüşülüb, xidməti və yaşayış şəraitlərinə baxış keçirilib.

“Qazax” əlahiddə sərhəd diviziyasının xidməti-döyüş fəaliyyətinin təşkili və düşmən təxribatlarının qarşısının alınması, zəruri sərhəd mü-hafizə və müdafiə infrastrukturunun yaradılması üzrə görülən tədbirlər nəzərdən keçirilib, hərbi hissə və bölmələrin döyüş hazırlığının yük-səldilməsi, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlü-kəsizliyinin təmin edilməsi istiqamətində zəruri göstərişlər verilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?