Arxiv
9 Aprel 2020, 18:00 | ANALİTİKA
Nazarbayev: Dünyaya güc göstərənlər bu ağır vəziyyətdən dərs almalıdırlar!

Modern.az saytı Qazaxıstanın birinci prezidenti, Türk dünyasının ağsaqqalı Nursultan Nazarbayevin “Egemen Qazaqstan” qəzetində çıxan “Biz birlikdə güclüyük” adlı məqaləsini təqdim edir....

 

Müstəqilliyimizin ilk illərində, elimizin  ən çətin və  böhranlı vaxtlarında mən bütün çətin və çıxılmaz məsələləri, problemləri vətəndaşlarımızla müzakirə edir, fikirlərimi  doğma xalqımla bölüşürdüm.  Bu gün bütün dünyanın və dövlətlərin narahat olduğu bir vaxtda, millətimizin sağlamlığının təhlükə ilə üzləşdiyi bir zamanda  hər kəsi səbrli və təmkinli olmağa çağırır və  yurduma ağ diləklərlə ürək sözlərimi çatdırmaq istəyirəm.

Gözlənilmədən gələn yaman xəstəlik – koronovirus dərdi  bütün insanlığa qənim kəsilib.  Artıq dünyada 1,4 milyon insan bu virusa yoluxub, on minlərlə insanın ömrü qırılıb. İndi bütün dünya ölkələri müasir texnoloqiya və elmi biliklərdən yararlanaraq birgə əməkdaşlıq edir, bu ağır mərəzin dərmanını tapmaq üçün bütün səylərini birləşdirib,  elmi axtarışlar aparırlar. 

Dünya ölkələri içərisində pandemiyayla mübarizəyə  ilk başlayan ölkələrdən biri də Qazaxıstan oldu. Qabaqlayıcı tədbirlər görməyə başladı. Ölkənin bütün əlaqədar orqanları  xüsusi hazırlığa gətirildi. Xarici ölkələrdə virusun  necə peyda olduğu, pandemiyanın  necə yayıldığı öyrənildi. Son nəticə olaraq biz öz  imkanlarımız daxilində  mümkün qədər bu bəlanın qarşısına sədd çəkməyə çalışdıq, indi koronovirusun  yayılma miqyasını gecə-gündüz nəzatrətdə saxlayırıq. Vəziyyətin stabilləməsi üçün hadisələri nisbətən nəzarətə götürə bilmişik və bu iş əzmlə davam etdirilir. İndi bizim əsas məqsədimiz  ümumixalq gücümüzü birləşdirib, hər yerdə bir-birimizə əl tutmağı bacarmaqdır.

Müstəqilliyimizin ilk günlərindən  ulu Abay atamızın müdrik kəlamı olan “Kimlə dost olsan, dostluq dostluq gətirər” fikrini hər zaman özümə  yoldaş bilmişəm, mən dünyanın bütün dövlətləri ilə dostluq siyasəti yürüdüb, birgə inam və bərabər  əməkdaşlığa üstünlük vermişəm. Azadlığımızın ilk illərində  bizə yaxın və uzaq olan ölkələrlə sülh və dostluq əlaqələri yaratmağa, dövlətlərarası sərhədləri müəyyən edən bütün məsələləri qətiyyətlə həll etməyə, eyni zamanda  beynəlxalq təşkilatlarla müxtəlif formada  münasibətlər qurub əməkdaşlığımızı genişləndirməyə çalışmağımın da  səbəbi bu olub.

Avrasiya İqtisadi İttifaqı, Şanxay Əməkdaşlıq Təşkilatı,  Asiyada Qarşılıqlı Əlaqə və Etimadyaratma Tədbirləri üzrə Təşkilatı qurub,  Avropada Əməkdaşlıq və Təhlükəsizlik Təşkilatının (ATƏT)  tarixi sammitini,  Astana İqtisadi Forumu və  Beynəlxalq EXPO sərgisini  Qazaxıstanda  keçirməklə dünyanın bütün ölkələri ilə dostluq və etibaralı əlaqələr yaradıb, iqtisadi əməkdaşlığımızı  dərinləşdirmişəm.  Həyat özü bir daha sübut etdi ki, siyasi maraqlarımız naminə  inteqrasiya və əməkdaşlıq üçün seçdiyimiz yol çox doğru yoldur.

Dünyanı təşvişə salan pandemiya  özü ilə yeni iqtisadi böhran gətirib.  Nəhəng müəssisələr öz işlərini dayandırıb, nəqliyyat əlaqələri kəsilib.  Neftin qiyməti düşüb. Sərhədlər bağlanıb, alış-veriş dayanıb.  Bütün bunlar  əvvəllər baş verməyən, indi  sonu görünməyən, ağıla gəlməyən  tənəzzülə apara bilər, işsizliyin artmasına səbəb ola bilər.

Bizim Vətənimiz Qazaxıstan yeraltı və yerüstü sərvətləri, eləcə də neftlə zəngin  olan ölkədir. Əgər siz xatırlayırsınızsa,  ötən illərdə mən dəfələrlə qeyd etmişəm: “Biz  neft və qazdan asılı ola bilmərik, bu asılılıqdan çıxmalıyıq”. 
Ona görə də müstəqilliyimizin ilk illərində  biz iqtisadiyyatımızın  difersifikasiyası ilə məşğul olduq. Bu məqsədə çatmaq üçün “Qazaxıstan -2050”  strategiyasıını yazdım. “İnnovasiya və Texnologiya sənayesinin inkişafı” proqramı çərçivəsində 1000 yeni müəssisə yaratdıq. Onun ardınca  dünya bazaralarında rəqabətədavamlı məhsullar istehsal etdik və ölkəmizə yeni texnologiyalar gətirdik. Bu islahatlar ölkəmizdə üçüncü texnologiya inqilabına yol açdı.

Regionlarımızda əvvəli-sonu görünməyən yeni dəmiryolları və avtomobil yolları salındı.

Məqsədəuyğun və sistemli  şəkildə aparılan islahatlar nəticəsində  kənd təsərrüfatı böyük vüsət aldı: Qazaxıstan  ət, süd və başqa ərzaq məhsulları ilə özünü təchiz etməklə bərabər, istehsal etdiyi ərzaq məhsulları ilə  həm də dünyanın bir çox ölkələrinə  taxıl eksport etməklə,  dünyanın 6 ölkəsi arasında lider dövlətlərdən birinə çevrildi. 

Bu islahatların həyata keçirilməsi üçün nə qədər güc və vəsait xərclədik, lakin zaman göstərdi ki,  ölkəmizi gələcək təhlükələrdən qorumaq üçün bu islahatları aparmaqla zamanın sınağından və sarsıntılarından  çıxdıq.

Bizim Konstitusiyamızın birinci bəndində yazılıb ki, “Qazaxıstan Respublikasının ən böyük xəzinəsi –insandır”.  Ona görə də  səhiyyə sahəsinin inkişafına  böyük diqqət ayrılıb.  “Sağlam Qazaxıstan”  proqramını qəbul etməklə, biz  ölkəmizdə yüzlərlə  müasir xəstəxanalar  tikib və poliklinikalar qurmuşuq. Paytaxtda ən yeni texnologiyalarla təchiz edilmiş,  böyük elmi-tibbi mərkəzlər yaratmaqla, “Bolaşak” proqramı çərçivəsində   dünyanın ən inkişaf etmiş ölkələrində təcrübə keçmiş mütəxəssislərimizi  həmin mərkəzlərə cəlb etmişik. Bu uzaqgörən siyasətimizin nəticəsidir ki, indi  bugünkü ağır və ekstremal  şəraitdə, millətin sağlamlığı böyük  təhlükə qarşısında olduğu bir vaxtda, bizim həkimlərimiz   infeksiyalı və digər xəstəliklərin  diaqnozunu təyin edib, müalicə və profilaktikasını yüksək peşəkarlıqla aparırlar.

Əlbəttə, çox qarışıq bir mənzərə yaranıb.  Bu bəla bütün dünya ölkələrinin çiyinlərinə ağır yük qoyub. Bizim xalqımızın çətin və ağır zamanlardakı   dözümü, iradəsi  və inamı ilə bu ağır yükün altından çıxıb, bəlanı dəf edəcəyik. Bunun üçün bizə gərək olan – maliyyə, maddi resurslar, texnika, ərzaq ehtiyatı – kimi hər şeyimiz vardır.  Buna görə də naraht olmağa heç bir əsas  yoxdur.

Adətən yurd içində təlatümlər olanda özlərinin çirkin  məqsədləri üçün istifadə edən, yalan məlumatlar yayaraq fəallaşmağa meyl göstərənlər də olur.  Mən öz xalqımızı belə araqarışdıranlardan uzaq durmağa çağırırıam.  Xalqının rifahı üçün  çalışan  əsl insan   haqlı olduğunu göstərməyə çalışmır, əməlini  mərhəmətli işlər görməklə göstərir. Qeybət yayıb, boş-boş danışmaqdansa  özünü formalaşdırmaq və maarifçiliklə məşğul olmaq zamanıdır.

Bu gün apardığımız döyüşü xalqımızın  böyük sərkərdəsi Baurcan Momışolunın  sözlərini xatırladır:  “Nizamsız el olmaz, nizamlı başı olan el  qul olmaz”. Özünüz gördünüz  ki,  bu pandemiyadan qonşumuz Çin dövləti ciddi və dəmir kimi  nizam-intizamla qurtuldu.

Hazırkı Qazaxıstan ötən əsrin  90-cı illərinin  Qazaxıstanı ilə müqayisə oluna bilməz. Biz o ağır illərimizdə belə heç kimə əl açmamaq üçün, ölkəmizin gələcəyi naminə  və yeni nəsil üçün, ötən illər ərzində Milli Fondumuzu yaratdıq və ölkənin qızıl -valyuta ehtiyatlarını artırdıq, hazırda 90 milyard ABŞ dolları  ehtiyatımız var. Əgər bu ehtiyatımızdan səmərəli və qənaətlə istifadə edəriksə, başımızın üstünü alan tarixin dərsi və  tarixin sınağından mətanətlə çıxa bilərik.

Elimizin prezidenti Qasım Comərd Kamaloğlu Tokayev xalqa müraciətində cəmiyyəti dövlətin atacağı addımlar  və edəcəyi yardımlar barədə məlumatlandırararq qeyd etdi ki,  cəmiyyətin sosial yardıma ehtiyacı olan qruplarına, sahibkarlara və  vətəndaşlara, kənd təsərrüfatı sahəsində çalışan adamlara yardımlar olunacaq. Əgər Qazaxıstanın məqsədyönlü milli iqtisadiyyatı və fondları olmasaydı, bu tədbirlərin heç birini görə bilməzdik. Bəli, həmin ehtiyatlarımızı necə gəldi dağıtmağa çağırış edənlər var idi. Lakin bizim tərəfimizdən göstərilən möhkəm iradə  həmin çağırışları rədd edə bildi.

İndi Hökümət və yerli icra orqanları rasional və qənaətlə  bu işləri görməyə başlamalıdırlar.  Hər bir nazirlik, hər bir vilayət, hər br şəhər rəhbərinin qarşısına  sistemli şəkildə, nizam-intizamla, plana uyğun və qətiyyətli şəkildə mobil üsullarla bu işləri yoluna qoymaq tapşırılıb.  Bu şərəfli işdə Nur Otan partiyasının üzvləri ilk sırada olmalıdırlar.

Dövlətimizin ən qiymətli mənəvi dəyəri insan ömrü olduğu üçün, hər bir adamın  özünün, qohumlarının, ata-anası və övladları, nəvə -nəticələrinin  sağlamlığını qorumaq, qayğısına qalmaq kimi böyük məsuliyyəti vardır. Çünki millətin sağlamlığı –dövlət təhlükəsizliyinin əsasını təşkil edir.

İnanıram ki, vətəndaşlarımız bu sınaq zamanında xalqımıza məxsus  nəcib xüsusiyyətləri üstün bilib böyüklərə hörmət, kiçiklərə qayğı ilə yanaşmağa çalışacaqlar.

İnsanın özünə inamı böyük qüvvədir.  Bu inam xasiyyətimizə sərtlik, bədənimizə güc, ürəyimizə təpər  verəcək.  Biz indi qayğıya çox ehtiyacı olan  yaşlı adamların, çoxuşaqlı anaların, aztəminatlı ailələrin, işləmək qabiliyyəti olmayanların yanında olmalıyıq.  Bu bizim nəsildən  nəsilə ötürülən mənəvi dəyərimizdir.

Bəli, indi insanlar yolayrıcında çaşıb qalıblar.  Baş verən bu nadir hadisə  indiki şəraitdə özü ilə problemlər gətirir, bu problemlər hər şeydən əvvəl  geosiyasətin, iqtisadiyyatın, ictimai həyatın dəyişməsinə və yeni dövlətlərarası əməkdaşlıqların yaranmasına zəmint yaradır. Hind xalqının böyük humanist mütəfəkkiri  İndira Qandi  deyirdi: “Əgər dünyanı dəyişmək istəyirsənsə- birinci özündən başla”. Bu yaxınlarda   dövlətlər bir-biri ilə olan sərhədləri bağlayaraq,  sanksiya “müharibələri” tətbiqinə başlamışdılar, indi isə bir-birinə yardım əlini uzadırlar.  Artıq belə münasibətlər qlobal dünyada baş verəcək köklü dəyişikliklərin başlanmasından xəbər verir.

Dünya tarixində çoxsaylı müharibələr olub, gərgin hadisələr və münaqişələr, onillərlə və hətta yüzillərlər davam edən  müharibələr olub. Milyonlarla insanı dünyadan aparan   epidemiyalar olub. Lakin insanlıq bunun hamısına qalib gəlib. Canımızın qəsdinə duran bu bəladan da qurtulacağıq. Dünyaya güc göstərən ölkələr bu ağır vəziyyətdən dərs almalıdırlar.

Öz dövründə Aytəkə bi babamız deyirdi: “Əgər vaxtında işini dürüst tutsan,elin muradı görəcək, ər muradı gələcək. Necə də hikmətli  sözlərdir.  Bəli, bizə məhz indi  bütün insanlığın yaradılışını dəyişə bilən , əngəl yaratmayan  yeni siyasət gərəkdir.

Hər bir çətinlik insana ondan çıxış yolu axtarmaq üçün fürsət verir, bu zaman yeni fikirlərin oyanır, iş üsulunu yenidən təkmilləşdirmək haqqında düşünürsən. Bu da elm və texnologiyanın sayəsində formalaşaraq yeni sağlam həyat tərzi yaradır.  Artıq biz kreativ əmək münasibətlərinin yarandığının, hətta yeni formalaşan peşələrin  şahidiyik. İndi insanlar kabinetlərindən ayrılıb işlərini bacardıqları qədər tək odalarından idarə edirlər.  Bütün bunlar bir günün hazırlığı deyil, demək ki, belə münasibətlərin yaranması üçün də əvvəlcədən hərtərəfli tədbirlər alınıb.

Çətinliklər  ruhu möhkəm, özünə inamı olan insanda inam yaradır. Ona görə də  bu gün biz hər cür ruhdan düşməni, həyəcanı, passivliyi kənara atıb, olduğumuz yerdə bütün dünya ilə birlikdə özümüzü möhkəmləndirib , böhrandan  çıxış yoilu axtarmalıyıq.

Müdrik Töle bi deyirdi: “Birlik olmayan yerdə dirilik yoxdur”. Elə bir zirvə yoxdur ki, onu  birliyin kamalı və əzmi ilə fəth etməyəsən. Bizim üçün ata-babalrımızın əsrlər boyu qoyub getdikləri, arzuladıqları  məqsədə- elmizin azadlığına  biz 30 il bundan əvvəl yetişdik. Qazaxıstan bizim  yüzlərlə millətlə birlkdə sülh, dostluq  və həmrəylik şəraitində  birgə  yaşadığımız ümumi evimizidir. Müxtəlifliyimiz – rəqabət və qlobal   dünya şərtləri qarşısında dayana bilməyimizdir. Əldə etdiyimiz nəaliyyətlərin hamısında müstəqillik illərində qazandığımız xalqımızın bilriyidir. Qoy Allah  bizi birliyimizdən və diriliyimizdən ayırmasın.

İlk növbədə mən üzümü yaşlılara və ziyalılara tutaraq deyirəm: xalqı birliyə, mərhəmətə, xeyriyyə işləri görməyə, sağlam həyat keçirməyə çağırın.  “Xoşbəxtliyin əzəli həmrəylikdir” kəlamını unutmayın.  Gənclərimizi  zəhmətə, əməyə, təhsilə sövq edin.  Bu bizim gənc nəslin qarşısındakı ümdə borcumuzdur.

Gənc nəsilə isə demək istəyirəm ki: müstəqillik illərində dünyaya gələnlər  indi 30 yaşa dolublar. Siz cəmiyyətimizin ən energili  hissəsisiniz. Sizdən əvvəlki nəsil sizin üçün hər şey etdi, indi  öz gücünüzü və  qabiliyyətinizi göstərmək sizin növbənizdir. Çalışın yaxşı işlər görün.  Yamanlıq, pis  vərdişlərdən uzaq durun.  Vətəninizə layiqli övlad olun, böyüklərə hörmət edin, bir-birinizə dost olun, kiçiklərə qayğı göstərin. Ulu Abayın bu sözünü heç vaxt yadınızdan çıxarmayın: “Birini qazax, birini dost bilməsən – bütün işlərin boşa gedər”.

Üzümü sahibkarlara tuturam:  Siz müstəqilliyimizə söykənərək öz işlərinizi qurdunuz, yaratdınız, indi ona görə ayaq üstə dayana bilirsiniz.  İndi isə özünüzə  “Mən öz ölkəm üçün nə etmişəm” sualını verməyin vaxtı gəlib.

Mənim müraciətimdən sonra sahibkarlar öz soydaşlarına maddi və pul yardımı edirlər. İnanıram ki,  bu xeyirxah əməllər gələcəkdə də böyülk vüsət alacaq.

Uğur və xeyirxahlıq o məkana gəlir ki, orada nəsillərə və ənənələrə hörmət var.  Bu müqəddəs amal hər bir Qazaxıstan vərəndaşının könlündə və qəlbində olmalıdır.

Mənim taleyimə  çox ağır günlərdə heç zaman namusunu satmayan, birliyindən dönməyən, qolları və qucağı açıq,  geniş qəlbli xalqa rəhbər olmaq kimi xoşbəxtlik yazıl.  Ona görə də bu ağır şəraitdə özümün müdrik və səxavətli xalqıma minnətdarlığımı bildirirəm. Biz müstəqilliyimizin ilk illərində  çox böhranlar və çətinliklər gördük.  Bütün bunlar haqqında mən dəfələrlə açıq və aydın bəhs etmişəm. Siz mənə böyük etimad göstərdiniz, bu da mənə işləməyə güc və qüvvət  verdi. Ona görə də sizə bir daha minnətdaram!

Millətin sağlamlığı və məmləkətin təhkükəsizliyi bir-birindən  ayrılmaz, əkiz anlayışlardır.  Dövlət bütün çətinliklərin dəf olunması üçün üzərinə düşən  hər bir işin öhdəsindən gəlir. Vətənimizin bir vərəndaşı da , bir adamı da dəstəksiz, qayğısız qalmayacaq.

Biz bir elik, bir yurduq. Mən heç vaxt xalqımdan ayrı olmadım, bu yolda da sizinlə  BİRGƏyəm!

Biz birgəyik! Çətinliklər qarşısında  belimiz əyilməyəcək, birliyimizi və həmrəyliyimiz bir xalq kimi qoruyacağıq. Yalnız  belə olduqda müstəqilliyimizi saxlaya və “Əbədi el”in layiqli övladı ola bilərik!


Nursultan Nazarbayev,

Qazaxıstan Respublikasının Birinci prezidenti- Elbaşı.


Tərcümə etdi: Aida Eyvazlı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı AZALDI 7 Avqust 2020, 22:45 Təyyarə qəzasında 14 nəfər öldü - YENİLƏNİB 7 Avqust 2020, 22:32 Xəzərdə batan yeniyetmənin meyiti tapıldı 7 Avqust 2020, 22:13 Hacıqabulda SOCAR-a məxsus kəmərdə partlayış - YENİLƏNİB 7 Avqust 2020, 21:59 İri ticarət mərkəzləri bağlı qaldı   7 Avqust 2020, 21:47 Açıq havada idman oyunlarına İCAZƏ VERİLDİ 7 Avqust 2020, 21:22 Karantin rayonlarına giriş-çıxışla bağlı YENİ QAYDALAR 7 Avqust 2020, 21:17 Baş Nazirdən 190 manat birdəfəlik ödəmə ilə bağlı QƏRAR 7 Avqust 2020, 21:01 10 avqustdan bu qadağalar götürülür - RƏSMİ 7 Avqust 2020, 20:51 SOCAR-da Prezidentin çıxışından irəli gələn vəzifələr müzakirə edildi 7 Avqust 2020, 20:43 Paytaxtda zəncirvari qəza: 7 avtomobil toqquşdu 7 Avqust 2020, 20:28 “Qobu park-3”-ə köçkünlərin yerləşdirilməsi başa çatır 7 Avqust 2020, 20:16 Azərbaycanla Türkiyənin qırıcları birgə havaya qalxdı – Təlimdən VİDEO 7 Avqust 2020, 19:21 Bakı-Pirşağı-Sumqayıt xəttinə əlavə qatarlar buraxılır 7 Avqust 2020, 19:13 Bu şəhərdə hər kəs pulsuz koronavirus testindən keçəcək 7 Avqust 2020, 19:03 Saxta arayış satan baş həkim tutuldu 7 Avqust 2020, 18:44 Yol Polisi Bakını tərk etmək istəyən sürücülərə MÜRACİƏT ETDİ 7 Avqust 2020, 18:31 Avropada maska taxmayanları nə qədər cərimə edirlər? - MƏBLƏĞLƏR 7 Avqust 2020, 18:27 Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsinə başlanılır 7 Avqust 2020, 18:18 Sabah qruplarına müəllim axtarılır 7 Avqust 2020, 18:15 Deputat növbədənkənar sessiyanın xalqa faydasından danışdı 7 Avqust 2020, 18:06 Bakı yollarında 2 kilometrlik tıxaclar yaranıb - FOTOLAR 7 Avqust 2020, 18:00 Putin və Lukaşenko ilə “vaqnerçilət”in taleyini müzakirə edib 7 Avqust 2020, 17:55 Bu il yanğınlarda 23 nəfər həlak olub 7 Avqust 2020, 17:40 Abituriyentlərin nəzərinə: Qabiliyyət imtahanında iştirak üçün qeydiyyat başlayıb 7 Avqust 2020, 17:35 Məhkəmə Əli Kərimlinin sürücüsünə iş kəsdi 7 Avqust 2020, 17:34 Peşə məktəblərinə tələbə qəbulunun vaxtı açıqlandı 7 Avqust 2020, 17:28 Dolların manata qarşı məzənnəsi açıqlandı 7 Avqust 2020, 17:12 Milli Məclisin sədr müavini UFC-nin rəhbərinə müraciət etdi 7 Avqust 2020, 17:01 Azərbaycana 30 kq narkotik vasitə gətirən şəxs yaxalandı - VİDEO 7 Avqust 2020, 16:53 Yoluxma sayı 129-a düşdü: 421 sağalma, 4 ölüm 7 Avqust 2020, 16:44 2020-ci il tarixə bəşəriyyətin sınaq ili kimi yazılmaqdadır 7 Avqust 2020, 16:43 “Bakubus” sürücü axtarır 7 Avqust 2020, 16:39 Azərbaycanda məscid, kilsə və sinaqoqların sayı AÇIQLANDI 7 Avqust 2020, 16:37 Hakimliyə namizədlər yazılı imtahan veriblər 7 Avqust 2020, 16:29