Modern.az

Qazaxda 68, Tovuzda 71 nəfər cərimələndi - Karantin rejimini pozduğuna görə

Qazaxda 68, Tovuzda 71 nəfər cərimələndi - Karantin rejimini pozduğuna görə

Aktual

9 Aprel 2020, 18:54

Xüsusi karantin rejimi ilə bağlı tədbirlər davam etdirilir.

 

DİN-in  Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Modern.az-a verilən məlumata görə,  xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət etmək məqsədilə Qazax rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmət apararaq, sakinlər arasında profilaktiki tədbirlər həyata keçirərək, mümkün qədər evdə qalmağı, zəruri hallarda evdən çıxdıqda isə tibbi maska, əlcəkdən istifadə etməyi, dezinfeksiya edici vasitələrdən istifadə etməyi tövsiyə edirlər.

 

Bundan başqa rayon ərazisində mütamadi olaraq aparılan reydlər zamanı xüsusi karantin rejiminin tələblərini pozan şəxslər aşkarlanaraq barəsində müvafiq qanunlara uyğun olaraq tədbirlər görülüb. Belə ki, araşdırmalar zamanı 68 sakin İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə ediliblər. Əlavə olaraq 1 şəxs barəsində rayon məhkəməsinin qərarı ilə inzibati həbs seçilib.

 

Tovuz  rayonunda da xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsində RPŞ-nin əmkdaşları gücləndirilmiş iş rejimində nəzarət edir. Belə ki, bu günə qədər polis əməkdaşlarının keçirdikləri reydlər zamanı 71 rayon sakini barədə xüsusi karantin rejiminin tələblərini pozduğuna görə inzibati qaydada tədbir görülüb.

 

T.İSMAYIL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir