Modern.az

Tanınmış akademik dünyasını dəyişdi

Tanınmış akademik dünyasını dəyişdi

9 Aprel 2020, 23:59

Petrologiya sahəsində tanınmış alim, "Şöhrət" ordenli, əməkdar geoloq, əməkdar elm xadimi, akademik Arif İsmayılzadə vəfat edib.

AMEA-dan  Modern.az-a verilən məlumata görə, akademik bu gün 82 yaşında dünyasını dəyişib.



Arif İsmayılzadə 1937-ci il avqustun 14-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1959-cu ildə Azərbaycan Sənaye İnstitutunun Geoloji-kəşfiyyat fakültəsini (indiki Azərbaycan Dövlət Neft Akademiyası) mühəndis-geoloq ixtisası üzrə bitirib. 1968-ci ildə geologiya-mineralogiya elmləri namizədi, 1990-cı ildə elmlər doktoru alimlik dərəcələrini alıb, 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilib.

Alim 1959-cu ildən Geologiya İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya rəhbəri vəzifələrində çalışıb.

1996-cı ildən Ali Attestasiya Komissiyasının Yer elmləri şöbəsinin eksperti olub.

2005-ci ildə AMEA Geologiya İnstitutunun Petrologiya və metallogeniya seksiyasının rəhbəri təyin edilib. 2007-2013-cü illərdə AMEA Yer Elmləri Bölməsinin akademik-katibi olub.

1995-ci ildən Azərbaycan Geoloqları Milli Komitəsinin icraçı-katibi idi.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu