Arxiv
13 Aprel 2020, 15:31 | PARLAMENT
10 cinayət əməli Məcəllədən çıxarılır - Milli Məclisdə yeni layihə

Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclası keçirilib. 

 

Modern.az xəbər verir ki, iclasda Prezident İlham Əliyev tərəfindən cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması ilə bağlı təqdim edilən layihə komitə üzvləri tərəfindən  müzakirə edilib.

 

Sözügedən komitənin üzvü  Kamal Cəfərov  layihənin məruzəçisi kimi aşağıdakı məsələləri diqqətə çatdırıb:

 

“Milli Məclisə cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması ilə bağlı təqdim edilən layihə Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ilə verilmiş tapşırığın icrası çərçivəsində hazırlanıb.

Bu layihə cənab Prezidentin humanist siyasətinin növbəti təzahürü olmaqla, həyata keçirilən sistemli və genişmiqyaslı hüquqi islahatların tərkib hissəsidir. Təklif edilən dəyişikliklər cinayət təqibi və cəzaların icrası sahələrində hüquqi islahatların növbəti mərhələsidir. Belə ki, ölkə başçısının 2017-сi il 10 fevral tarixli Sərəncamının icrası və 2017-ci il 20 oktyabr tarixli 816-VQD nömrəli Azərbaycan Respublikasının Qanununun qəbulu ilə əlaqədar olaraq bu günə qədər 9 mindən artıq şəxs cinayət məsuliyyətindən azad edilib, 3 minə qədər şəxsin cəzası yüngülləşdirilib, 800-ə qədər şəxs azadlıqdan məhrum etmə cəzasından azad edilib. Belə böyük bir rəqəm isə istənilən əfv və amnistiya ilə azad edilən şəxslərin sayından dəfələrlə çoxdur”.

 

Kamal Cəfərov Milli Məclisə təqdim edilən yeni layihədə 200-ə yaxın dəyişikliyin təklif olunduğunu bildirib:

 

“35 cinayətin dekriminallaşdırılması nəzərdə tutulur, 10 cinayət əməli Cinayət Məcəlləsindən çıxarılır, 25 cinayət əməlinə görə məsuliyyət yaradan hədd artırılır. 3 cinayətə görə zərərçəkmiş şəxslə barışma və ziyanın ödənilməsi şərti ilə cinayət məsuliyyətindən azad etmə müəyyən olunur. 30 cinayətə görə sanksiyalara azadlıqdan məhrum etməyə alternativ cəzalar (cərimə, islah işləri və azadlığın məhdudlaşdırılması) daxil edilir. 60 cinayətə görə cərimə və ya azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi nəzərdə tutulur.

Məhkumluğun götürülməsi ilə bağlı mövcud hüquqi boşluq da aradan qaldırılır. Bu dəyişikliyə qədər, məhkəmə şəxsin məhkumluğunun götürülməsi barədə qərar qəbul edirdi. Lakin həmin şəxsin əlavə cəzası bəzi hallarda üzərində qalırdı. Yeni dəyişiklik imkan verir ki, məhkəmə şərti məhkum etməni ləğv edən zaman məhkumu tamamilə və ya qismən əlavə cəzadan azad etsin.

Hazırda zərəçəkmiş şəxsə dəymiş ziyanın iştirakçılıqla törədildiyi hallarda cinayət iştirakçıları tərəfindən ödənilməsi qaydası müəyyən edilməmişdi, məhkəmə təcrübəsinə uyğun aparılırdı. Dövlət büdcəsinə ödənişi isə hər bir cinayət iştirakçısı ödəməli idi. Təklif edilən dəyişiklik isə hakimə imkan verir ki, həm ziyan, həm də dövlət büdcəsinə ödəniş cinayət iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında, belə iştirakın əhəmiyyətindən vurulmuş zərərin həcminə və xarakterinə görə məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə ödənilsin”.

 

Deputat hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınmasının 3 növünün olduğunu diqqətə çatdırıb:  

 

“Onlardan ən ağırı olan qalan hissəni çəkmək üçün müvafiq müəssisəyə gönədərilməsi müddəası ilə ləğv edilir.

Hazırda azadlıqdan məhrumetmənin azadlıqdan məhdudlaşdırmaya, islah işlərinə, ictimai işlərə konvertasiyası mümkündür. Lakin təcrübədə azadlıqdan məhdudlaşdırmanın islah işlərinə və ictimai işlərə konvertasiyası zərurəti yarandıqda, bunun hüquqi əsası yox idi. Bu da təcrübədə müəyyən problemlər yaradırdı. Hazırda belə bir konvertasiya imkanı müəyyən edilir. Bu da imkan verir ki, ümumiyyətlə azadlığın məhdudlaşırılmanı daha liberal cəza növləri ilə əvəz edilsin.

Alternativ cərimə növü müəyyən edilir. Hazırda cərimə 2 üsulla müəyyən edilirdi. Birincisi 20 min manatadək cərimə və ikincisi isə cinayət nəticəsində dəymiş ziyanın 1 mislindən 10 mislinədək miqdarda cərimə. Bu isə cənab Prezident tərəfindən həyata keçirilən dekriminallaşdırma siyasətinin səmərəli icrasına imkan vermirdi. Belə ki, dekriminallaşdırma siyasəti nəticəsində mülkiyyət əleyhinə və iqtisadi cinayətlər sahəsində zərəçəkmişlə barışan və dəymiş ziyanı tamamilə ödəyən şəxs eyni zamanda dəymiş ziyanın 1 mislindən 10 mislinədək dövlətə ödəniş etməliydi. İndi alternativ cərimə təklif edilir, alternativ cərimə dəymiş ziyanın 100 faiz məbləğinədəkdir. Misal üçün mülkiyyət əleyhinə olan bir sıra cinayətlərdə məsuliyyətdən azad edilməyin 3 tələbi var idi. Birincisi barışıq, ikincisi dəymiş ziaynı tamamilə ödəmək, üçüncü tələb isə dəymiş ziyanın 1 misli miqdarında dövlətə büdcəsinə ödəniş. İndi 3-cü tələb dəymiş ziyanın 100 faizi deyil, 25 faiz miqdarında müəyyən edilir”.

 

Kamal Cəfərovun sözlərinə görə, bəzi cinayət əməllərin dekriminallaşdırılması o demək deyil ki, onları törədənlər cəzasız, məsuliyyətdən kənarda qalacaq:

 

“İqtisadi fəaliyyət sahəsində olan 18 cinayətə - qanunsuz sahibkarlıq, yalançı sahibkarlıq, qanunsuz kredit alma, kredit ödəməkdən yayınma, yalan reklam etmə, nəzarət markalarından qanunsuz istifadə, qanunsuz müflisləşmə, vergidən yayınma cinayətinə görə məsuliyyət yaradan hədd 2,5 dəfə artırılır (20 min manatdan 50 min manata). Xeyli miqdarın anlayışı dəyişməklə, yəni miqdarı 20 min manatdan 50 min manata artırılmaqla məsuliyyət yaradan hədd də artırılır və 50 min manata qədər olan pozuntular  İXM ilə cəzalandırılır. Bu sahədə olan cinayətlərin sanksiyalarından biri daha yüngül cəza ilə əvəz edilir, bəzi hallarda daha yüngül sanksiyalar əlavə edilir.

Hərbi xidmət əleyhinə cinayətlər bölməsində edilən dəyişikliklərin məqsədi orduda məhkumluqların sayının azaldılmasından ibarətdir. Belə ki, bildiyiniz kimi məhkumluqdan irəli gələn hüquqi nəticələr hərbi qulluqçuların gələcək karyerasına mənfi təsir göstərə bilər. Bununla belə orduda ciddi nizam intizamın təkmilləşdirilməsi da qorunub saxlanılması üçün Cinayət Məcəlləsində dekriminallaşdırılan əməllərə görə İnzibati Xətalar Məcəlləsində inzibati məsuliyyət müəyyən edilir.

Ümumiyyətlə bəzi cinayət əməllərin dekriminallaşdırılması o demək deyil ki, onları törədənlər cəzasız, məsuliyyətdən kənarda qalacaq. Belə şəxslərin əməlləri İnzibati Xətalar Məcəlləsinə daxil olduğu üçün onlar inzibati məsuliyyətə cəlb olunacaqlar”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Neftçalada 1 nəfər dənizdə batıb 7 Avqust 2020, 13:35 SOCAR yanğınla bağlı MƏLUMAT YAYDI 7 Avqust 2020, 13:28 DİM qəbul imtahanlarının vaxtını ELAN ETDİ - QRAFİK 7 Avqust 2020, 13:22 SOCAR-ın Sumqayıtdakı zavodunda yanğın: 7 nəfər yaralanıb - YENİLƏNİB 7 Avqust 2020, 13:20 Nazir: “13 min nəfərin 190 manatlıq ödənişi dayandırılıb” 7 Avqust 2020, 12:50 Türkiyədə 53 min insanın yaşadığı ərazi karantinə alınıb 7 Avqust 2020, 12:31 Koronavirusa yoluxan məhbusların hamısı sağalıb - RƏSMİ 7 Avqust 2020, 12:26 Prezident dövlət şirkətlərini niyə tənqid etdi? - Ekspertlər: “Problem ciddidir” 7 Avqust 2020, 12:18 Azərbaycanda qızıl rekord həddə bahalaşıb 7 Avqust 2020, 12:16 Milli Məclisin növbədənkənar sessiyası başa çatdı 7 Avqust 2020, 12:05 Nazirlik rəsmisindən Xəzərlə bağlı ÇAĞIRIŞ 7 Avqust 2020, 12:05 DYP: 334 nəfər cərimələndi, 870 avtomobil postlardan geri qaytarıldı 7 Avqust 2020, 12:02 Bu il pensiya təyin olunan vətəndaşların sayı AÇIQLANDI 7 Avqust 2020, 11:57 Siyavuş Novruzov: “Keçmişi yaddan çıxartamalıyıq - vaxt vardı, Azərbaycanda yol, qaz, işıq yox idi” 7 Avqust 2020, 11:55 “Məhbuslar koronavirusla bağlı kurslara cəlb olunub” – Nazirlik 7 Avqust 2020, 11:53 “İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik qəbul edildi 7 Avqust 2020, 11:51 Milli Məclisdə Rövnəq Abdullayevlə Cahangir Əsgərov TƏNQİD EDİLDİ: “Heç telefonu qaldırmır... nəticəsi ağır olacaq” 7 Avqust 2020, 11:48 Azərbaycanda “COVİD-19” testləri niyə bahadır? - Deputat DANIŞDI 7 Avqust 2020, 11:31 4 aylıq 190 manat ödəmələr üçün 333 milyon manat xərclənəcək 7 Avqust 2020, 11:28 “Qara qitə”də koronavirusa yoluxanların sayı 1 milyonu keçdi 7 Avqust 2020, 11:27 Milli Məclis işsizliklə bağlı qanuna dəyişikliyə “hə” dedi 7 Avqust 2020, 11:26 “Məşğulluq haqqında” qanuna dəyişiklik qəbul edildi 7 Avqust 2020, 11:23 Nazir: 190 manat birdəfəlik ödəmələr yaxın günlərdə veriləcək 7 Avqust 2020, 11:21 Milli Məclis büdcə dəyişikliyini III oxunuşda qəbul etdi 7 Avqust 2020, 11:15 Milli Məclisin iclası başlayıb - 6 sənəd III oxunuşa çıxarılıb 7 Avqust 2020, 11:08 Ermənistanda virusa yoluxanların və ölənlərin sayı artdı 7 Avqust 2020, 11:06 Şəmkirçay su anbarında köməksiz qalan 2 nəfər xilas edildi 7 Avqust 2020, 10:56 Şəmkirdə 21 yaşlı gənc iş yoldaşını bıçaqladı 7 Avqust 2020, 10:44 Diaspor hərəkatının dönüş nöqtəsi: “Diaspor himni” - VİDEO 7 Avqust 2020, 10:10 Bakıda 502 güzəştli mənzil satışa çıxarıldı 7 Avqust 2020, 10:05 Ermənistan ordusu Tovuz rayonunu yenidən atəşə tutdu 7 Avqust 2020, 09:59 Beyrutdakı partlayış nəticəsində ölü sayı 150-yə çatıb 7 Avqust 2020, 09:57 Novruz Aslanovdan növbəti onlayn qəbul 7 Avqust 2020, 09:49 Z.Bünyadov prospektindəki QƏZA sıxlığa səbəb oldu 7 Avqust 2020, 09:44 D vitamini əskikliyindən yaranan 8 xəstəlik - həmçinin pnevmoniya... 7 Avqust 2020, 09:37