Arxiv
15 Aprel 2020, 12:35 | AKTUAL
“Evdə qal və Hüseyn Cavidin əsərlərini oxu” - Şairin ev muzeyindən çağırış...

Nazirlər Kabineti yanında Operativ Qərargahın 14 mart 2020-ci il tarixli qərarına əsasən, respublikanın bütün elmi-tədqiqat müəssisələri o cümlədən  AMEA nəzdində fəaliyyət göstərən Hüseyn Cavidin Ev Muzeyi fəaliyyətini dayandırıb və 2020-ci il üçün nəzərdə tutulmuş elmi-tədqiqat planına uyğun olaraq görüləcək işlərin qismən həyata keçirtmək məqsədilə  işlərini onlayn rejimdə davam etdirir.


Modern.az xəbər verir ki, muzeyin rəsmi internet saytı www.huseyncavid.az online formada öz ziyarətçilərini qəbul edir. Dolğun informasiya ilə zəngin platformada muzey haqqında geniş məlumat əldə etmək, “virtual muzey” pəncərəsindən muzeydə saxlanılan eksponatlarla tanış olmaq mümkündür. Eləcə də Cavid yaradılığı ilə məşğul olan alimlərə elektron sorğu vasitəsilə muzeyin nəşrlərinin elektron variantı təqdim olunur.

Hüseyn Cavid yaradıcılığını sosial şəbəkələrdən də təbliği işi yüksək səviyyətə həyata keçirilir. Muzeyin rəsmi Facebook səhifəsində  kiçik videoçarxlar, muzeydə saxlanılan  fotoşəkillərin tarixçələri, Hüseyn Cavidin əsərlərindən parçalar, şairin sözlərinə bəstələnmiş musiqilər nümayiş olunur. Muzeyin rəsmi Facebook səhifəsində rəhbərliyin tərtib etdiyi növbətçilik qrafiki ilə əməkdaşlar suallara cavab verir. Muzeyin əməkdaşları karantin müddətində elmi işlərini ev şəraitində davam etdirərək, 2020-ci ildə elmi-tədqiqat işlərinin əhatəli planına əsasən Hüseyn Cavid və ümumiyyətlə cavidlər irsinin toplanması, təbliği və tədqiqi sahəsində mühüm işlər görürlər. Belə ki “Cavidşünaslıq” araşdırmalar toplusunun 20-30-cu cildləri üzərində işlər davam etdirilir. Onu da qeyd edək ki, coxcildli “Cavidşünaslıq” araşdırmalar toplusunun 1 cildi  ingilis dilli məqalələrdən ibarət olacaq.

Eləcə də, plana uyğun olaraq muzeyin direktoru filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı “Azərbaycan ədəbi fikri və Hüseyn Cavid” monoqrafiyasının 3-cü cildinin üzərində işləri davam etdirir. Bu il Hüseyn Cavidin “Knyaz” əsərinin yazılmasının 90 ili, “Uçurum” əsərinin yazılmasının 100 ili tamam olur. Bu münasibətilə həmin əsərlər yenidən nəşrə hazırlanır. Eyni zamanda “Xəyyam” və “Şəhla” əsərlərinin yazılmasının 85 illiyi tamam olur bu münasibətlə Hüseyn Cavidin ev muzeyinin əməkdaşları tərəfindən həmin əsərlər haqqında ədəbi-tarixi xronika hazırlanır. “Topal Teymur” əsərinin yazılmasının 95 illiyi münasibətilə əsər hal-hazırda ingilis dilinə tərcümə olunur və mövcud vəziyyət bitdikdən sonra nəşrə təqdim ediləcək.

Hüseyn Cavidin ev muzeyi sosial izolyasiya çağırışına qoşularaq, vətəndaşlara “Evdə Qal və Hüseyn Cavidin əsərlərini oxu” deyir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə səfirliyindən Laçın TƏBRİKİ 1 Dekabr 2020, 09:52 Koçaryan yenidən hakim qarşısına çıxarılır 1 Dekabr 2020, 09:46 Dəmir yolu körpüsünün tikintisi yekunlaşdı - FOTO 1 Dekabr 2020, 09:40 Hakimlər Paşinyanla görüşməkdən imtina etdi 1 Dekabr 2020, 09:34 Neft yenidən ucuzlaşdı 1 Dekabr 2020, 09:28 Rusiya sülhməramlıları Laçın dəhlizində - VİDEO 1 Dekabr 2020, 09:22 Dollar yeni aya bu məzənnə ilə BAŞLADI 1 Dekabr 2020, 09:17 “Ermənilər burada ölülərlə döyüşürdü” - “Dojd” telekanalı Füzulidə + VİDEO 1 Dekabr 2020, 09:12 Azərbaycanın 5 şahmatçısı reytinqində irəlilədi 1 Dekabr 2020, 09:06 Gücü və şücaəti ilə düşməni qorxuya salan qəhrəman şəhidlərimiz - VİDEO 1 Dekabr 2020, 09:00 Trampın müşaviri istefa verdi 1 Dekabr 2020, 08:24 Bakıda yük avtomobilləri toqquşub - ölən var 1 Dekabr 2020, 08:10 Türkiyə Müdafiə Nazirliyindən Laçın PAYLAŞIMI 1 Dekabr 2020, 01:40 Paytaxtda “Opel” yandı 1 Dekabr 2020, 01:00 “Barselona” yeni prezidentini bu tarixdə seçəcək 1 Dekabr 2020, 00:55 İraqda daha bir SEPAH komandiri öldürüldü 1 Dekabr 2020, 00:42 Setyen "Barselona"nı məhkəməyə verdi 1 Dekabr 2020, 00:29 Azərbaycan Ordusu Laçına daxil oldu - RƏSMİ - VİDEO 1 Dekabr 2020, 00:15 Laçın bu gün Azərbaycana qaytarılır 1 Dekabr 2020, 00:01 Britaniyada daha 12 min nəfərdə yoluxma aşkarlandı 30 Noyabr 2020, 23:54 Paşinyanın istefasını tələb edən onlarla etirazçı saxlanıldı 30 Noyabr 2020, 23:47 Baş nazir koronavirusa yoluxdu 30 Noyabr 2020, 23:35 Tələbələrin ölümü ilə nəticələnən qəzanın görüntüləri yayıldı - VİDEO 30 Noyabr 2020, 23:23 Azərbaycan Gürcüstana humanitar yardım göndərdi 30 Noyabr 2020, 23:10 İtaliyada koronavirusla bağlı son vəziyyət 30 Noyabr 2020, 22:59 Türkiyədə koronavirusdan rekord ölüm 30 Noyabr 2020, 22:44 Sonuncu erməni Laçını tərk etdi - VİDEO 30 Noyabr 2020, 22:30 Çempionlar Liqası matçını ilk dəfə qadın hakim idarə edəcək 30 Noyabr 2020, 22:18 Türkiyədə qadağalar sərtləşdirildi - Ərdoğan məhdudiyyətləri açıqladı 30 Noyabr 2020, 22:05 OPEK qərarını verdi 30 Noyabr 2020, 21:58 Teledərslərin sabaha olan CƏDVƏLİ 30 Noyabr 2020, 21:46 “Barselona” Messinin bu hərəkətinə görə cərimələnəcək 30 Noyabr 2020, 21:35 “AzerTelecom”un layihəsi beynəlxalq konfransda müzakirə edilib - FOTO 30 Noyabr 2020, 21:29 Ermənistanda növbəti etiraz aksiyası 30 Noyabr 2020, 21:21 Gürcüstanda zəlzələ 30 Noyabr 2020, 21:07
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?