Arxiv
20 Aprel 2020, 12:58 | MEDİA
KİVDF-nin yeni direktoru Vüqar Səfərlinin kadrlarını işdən çıxardı

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru Əhməd İsmayılov qurumun bütün əməkdaşlarını işdən çıxarıb.

 

Modern.az "BakuPost" a istinadən xəbər verir ki, yeni direktorun bu radikal addımı ilkin araşdırmalardan dərhal sonra baş verib. İşdən çıxarılan şəxslərin kim olması, hansı prinsiplə işə götürlüməsinə nəzər yetirdikdə, Fondun indiyə qədər fəaliyyəti barədə tam təsəvvür yaranır.

 

Sayt işdən çıxarılan şəxslərin adların da yayıb.

 
  • Aygün Süleymanova – Prezidentinin Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri Əli Həsənovun müavini Tahir Süleymanovun qızı;
  •  

    2. Gülgün Zahidli – Əli Həsənovun digər müavini Ərəstun Mehdiyevin qardaşı qızı;

     

    3. Aydın Quliyev – “Bakı-Xəbər” qəzetinin baş redaktoru;

     

    4. Ramin Kərlimli – Vüqar Səfərlinin bacısı oğlu,

     

    5. Elşad Tağıyev - Vüqar Səfərlinin qohumu, həmkəndlisi

     

    6. Samir Mustafayev – Mətbuat Xidmətinin rəhbəri

     

    7. Mehrac Babayev – “Verso-M” tikinti şirkətinin sahibi, milyonçu, tikinti maqnatı.

     

    M.Babayev həm də müəyyən məsələlərə görə siyasi çevrələrdə yaxından tanınır. Milyonçu bir adamın KİVDF-də görəsən nə işi var? 

     

    Məlum olub ki, jurnalistlərin binasını qeyri-rəsmi olaraq M.Babayev tikib. Onun burada rəsmi işçi olmasının hansı zərurətdən doğmasını isə yalnız Vüqar Səfərlinin özü bilir.

     

    Bundan əlavə fondun tərkibində olan “Tikinti Şöbəsi”nin 5 əməkdaşı da işi ilə vidalaşıb.

     

    Fondda köhnə komandadan yalnız Baş mühasib vəzifəsini icra edən Təhminə Yaqubova qalıb. Bu ad bizə jurnalistlərin ev qalmaqalından tanışdı. “Vüqar Səfərli katibəsinə ev alıb” deyənlər Təhminə xanımı qəsd ediblər. Əslində isə o, ev alanda katibə deyildi. KİVDF-nın baş mühasibi və eyni zamanda “Mövqe” qəzetinin mədəniyyət şöbəsinin müdiri idi. Güman ki, evi də məhz qəzet əməkdaşı kimi alıb. Amma onu da deyək ki, T.Yaqubovanın V. Səfərlinin katibəsi kimi təqdim edilməsinin də əsası var. O, Vüqar Səfərlinin "Azərmətbuatyayımı" ASC-nin rəhbəri olan vaxt katibəsi kimi çalışıb. Fondda isə həmişə mühasibatlıq işlərilə məşğul olub.

     

    "BakuPost"un qeydi: Fondakı araşdırmaların nəticələri, maaş maxinasiyaları, üzə çıxan başqa maraqlı faktları növbəti günlərdə təqdim olunacaq.

    BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
    + Arxiv
    Bakı-Xırdalan-Sumqayıt qatarı nə vaxt işləyəcək? 28 Yanvar 2021, 09:37 Qarabağ qazisindən rüşvət alan məmurun məhkəməsi başlayır 28 Yanvar 2021, 09:31 Neft ucuzlaşdı 28 Yanvar 2021, 09:26 Milli Məclisin Hesablayıcı komissiyası yenidən təşkil olunacaq 28 Yanvar 2021, 09:22 Yaponiyada güclü zəlzələ oldu 28 Yanvar 2021, 09:16 Mərkəzi bankın bugünə olan valyuta məzənnələri 28 Yanvar 2021, 09:10 Ərdoğan bu gün Türkiyə qoşunlarının Qarabağdakı fəaliyyətini müzakirə edəcək 28 Yanvar 2021, 09:06 Bakıda intihar edənlər niyə artıb? - Psixoloq CAVAB VERİR 28 Yanvar 2021, 09:00 Çində koronavirusla bağlı son vəziyyət 28 Yanvar 2021, 08:49 Yeni Zelandiyada zəlzələ olub 28 Yanvar 2021, 08:27 Keçmiş məhkumda narkotik tapıldı 28 Yanvar 2021, 08:23 Goranboy və Qazaxda mərmilər aşkarlandı - FOTO 28 Yanvar 2021, 03:33 “Real Madrid”in vəziyyəti pisləşir 28 Yanvar 2021, 02:45 “Barselona” İspaniya Kubokunun 1/4 finalına yüksəldi 28 Yanvar 2021, 02:22 Azərbaycanlı Kubada vəfat edib 28 Yanvar 2021, 01:01 Bayden bu iki ölkəyə silah satışını dayandırdı 28 Yanvar 2021, 00:56 Kann Film Festivalı yenidən təxirə salındı 28 Yanvar 2021, 00:51 Baş həkim işdən çıxdı - FOTO 28 Yanvar 2021, 00:44 Türkiyə Super Kubokunun qalibi məlum oldu 28 Yanvar 2021, 00:35 Britaniyanın ardınca ABŞ-dan Azərbaycana ZƏFƏR TƏBRİKİ 28 Yanvar 2021, 00:22 Tehran Mənsimov Şuşa əməliyyatından danışdı 28 Yanvar 2021, 00:06 AŞPA-da azərbaycanlı deputatdan erməni həmkarına irad: “Şuşi yox, Şuşa” 27 Yanvar 2021, 23:51 AŞPA QHT-lərə məhdudiyyətlərlə bağlı qətnamə qəbul etdi 27 Yanvar 2021, 23:43 Rusiya ABŞ-a nota verdi 27 Yanvar 2021, 23:28 FED-dən uçot dərəcəsi ilə bağlı qərar 27 Yanvar 2021, 23:14 Ərdoğan amerikalı milyarderlə kosmik əməkdaşlığı müzakirə etdi 27 Yanvar 2021, 23:01 Misir Hava Yollarının yeni rəhbəri müsahibə zamanı öldü - FOTO 27 Yanvar 2021, 22:50 Naftalan sakini ayağını laqonda ilə kəsdi 27 Yanvar 2021, 22:36 Dilçilik İnstitutunun "Qaynar xətt"i yenidən işə başlayır 27 Yanvar 2021, 22:24 Səməd Seyidov AŞPA-nın yeni prezidenti ilə görüşdü - FOTO 27 Yanvar 2021, 22:13 Bakıda ata və oğlunu maşın vurdu 27 Yanvar 2021, 22:02 “Növbəti pandemiya on dəfə daha ağır ola bilər” - Bill Qeyts 27 Yanvar 2021, 21:49 Universitet tələbəsi dəm qazından öldü 27 Yanvar 2021, 21:34 Azay Quliyev Azərbaycanın “altılıq platforması” təşəbbüsündən danışdı - VİDEO 27 Yanvar 2021, 21:27 “WhatsApp”da virus yayılır 27 Yanvar 2021, 21:15