Arxiv
28 Aprel 2020, 08:43 | AKTUAL
“190 manatlıq yardıma həqiqətən çox ehtiyacımız var” - İmkansız ailə FƏRYAD ETDİ

Dünən sosial şəbəkələr vasitəsilə kömək istəyən bir ailə bu gün müzakirə obyektidir. Modern.az saytının əməkdaşı həmin ailəyə yollanaraq, onun durumu ilə maraqlanıb.

24 yaşlı Əli və Aytən İsayevlərin 4 uşağı var. Onlar darısqal bir evdə yaşayırlar. Bu evə Əlinin anası, bacısı və qardaşları da daxil 11 nəfər sığınıb.

“Atam vəfat etdikdən sonra ailənin bütün yükü mənim çiyinlərimdədir. Bacı və qardaşlarım yaşca məndən kiçikdirlər və çalışmırlar”,-deyə Əli İsayev ailənin ağır vəziyyətindən danışıb.

Onun sözlərinə görə, dünənki müraciətindən sonra bir neçə xeyirxah adam kiçik bağlamalarda ərzaq yardımı gətirib:

“Vəziyyətimiz pis idi, uşaqlar aclıqdan əziyyət çəkirdilər. Əvvəlcə qonşularımız kömək etdilər. Daha sonra isə sosial şəbəkə vasitəsilə xalqa müraciət etmək məcburiyyətində qaldıq”.

Əli İsayev deyir ki, koronavirus pandemiyası ilə əlaqədar ölkədə elan olunan karantin rejiminədək günəmuzd işləyib, ailəsini dolandırıb.  

“Gündəlik ehtiyaclarımızı qarşılayırdım. Əlim-qolum sağlam olduğu üçün heç kimdən kömək istəmirdim. Karantin dövründə elə bir vəziyyət yarandı ki, işləyə bilmədim və ortaya belə bir acınacaqlı vəziyyət çıxdı. Körpələrin durumu bizi xalqa müraciət ünvanlamağa məcbur etdi”.

Müsahibimiz deyir ki, onun müraciətindən sonra bir taksi şirkətindən zəng vurub oturaq iş təklif ediblər, lakin hələ bu, tam dəqiqləşməyib.


Əli İsayevin sözlərinə görə, işsiz kimi dövlət tərəfindən sosial yardım alıb: “280 manat sosial yardım almışıq, 140 manat kirayəpulu ödəyirik. 50-60 manat isə kommunal xərclərə gedir. Əgər öz evimiz olsaydı, vəziyyətimiz bu qədər çətin olmazdı. Yəni kirayəyə xərclədiyimiz pulla digər maddi ehtiyaclarımızı qarşılayardıq”.


Ailənin 5 ildir kənd Əhmədlidə kirayə qaldığı ev rütubət və nəmişlik qoxuyur.

“Qızım nəmişlik şəraitində qaldığı və sağlam qidalanmadığı üçün pnevmaniyaya yoluxmuşdu. Çox şükürlər olsun ki, indi yaxşıdır.
Övladlarımın biri birinci, digəri isə ikinci sinifdə oxuyur. O biriləri azyaşlıdırlar.
Həyat yoldaşımın da səhhəti işləməyə yol vermir. Ürəktutmaları var”.


Əli İsayevin arzusu daimi bir iş yerinin olmasıdır ki, evinə aylıq qazancı gətirə bilsin.

“Daimi bir işim olsaydı hər gün başqa-başqa işlər dalınca qaçmazdlm. Dövlətimizə təşəkkür edirik ki, bizə aylıq sosial müavinət verir, lakin ailədə heç kim işləmədiyi və kirayədə qaldığımız üçün o bizə yetmir. Aidiyyəti qurumlardan xahiş edirik ki, 190 manat birdəfəlik ödəmə almağımızda yardım göstərsinlər. Ona həqiqətən çox böyük ehtiyacımız var.
Qardaşımı bu çağırışda əsgər gedəcək. Allahın izniylə üç oğlumu sağlam böyüdüb vətənə xidmətə göndərmək mənim ən böyük arzumdur”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ziya Məmmədovun qardaşına yeni vəzifə verildi 28 Yanvar 2021, 16:57 Tərtərdə traktorçu MİNAYA DÜŞDÜ 28 Yanvar 2021, 16:45 Yerevanda Paşinyanın istefası tələbilə aksiya keçirilir 28 Yanvar 2021, 16:40 Diaspora Dəstək Fondu təlimlərə başlayır 28 Yanvar 2021, 16:36 Bakıda daha bir erməni terrorçuya cinayət işi açıldı 28 Yanvar 2021, 16:30 YAP “Vahid Rusiya” Partiyasına ETİRAZ ETDİ 28 Yanvar 2021, 16:24 Türkiyəli deputatlar Ermənistanın ərazi iddiasına GÜLDÜLƏR 28 Yanvar 2021, 16:18 İctimaiyyət nümayəndələri Qaradağdakı şəhid məzarlığına getdilər - AÇIQLAMA 28 Yanvar 2021, 16:12 Publisist Ənvər Börüsoy vəfat etdi 28 Yanvar 2021, 16:06 Konstitusiyasında ərazi iddiası olan ÖLKƏLƏR 28 Yanvar 2021, 16:00 Babək prospektində piyadanı maşın vurub 28 Yanvar 2021, 15:55 Yeniyetmə qıza təcavüz edən polis işdən QOVULDU 28 Yanvar 2021, 15:49 İspaniyalı jurnalistin Qarabağ XATİRƏLƏRİ: “Azərbaycan artilleriyası yaşayış yerlərini vurmurdu” 28 Yanvar 2021, 15:43 UNEC tələbələri beynəlxalq yarışın finalına vəsiqə qazanıblar 28 Yanvar 2021, 15:39 Navalnının qardaşı da həbs olundu 28 Yanvar 2021, 15:34 Karantini pozan dönərxana aşkalandı 28 Yanvar 2021, 15:28 Türk ordusu suriyalı uşaqlara hədiyyələr payladı - FOTO 28 Yanvar 2021, 15:23 Dilçilik institutunda qalmaqal - “Qaynar xətt”i BƏRPA ETDİLƏR 28 Yanvar 2021, 15:17 Səfir: “Koçaryanla Sarkisyan küçəyə 100 min nəfər çıxara bilsəydi, Paşinyanı tarixin zibilliyinə atardı...” 28 Yanvar 2021, 15:11 Navalnı məhkəməyə videokonfransla qoşuldu 28 Yanvar 2021, 15:07 Vilayət Eyvazov Xalq artistinin həyat yoldaşını işdən çıxardı - FOTO 28 Yanvar 2021, 15:02 Bakıda universitetdə tələbələrin təhsil haqqını mənimsədilər 28 Yanvar 2021, 14:56 Bakıda bu yolda yeni işıqor quraşdırıldı 28 Yanvar 2021, 14:50 Xəzər quruyacaq? - Alimdən  AÇIQLAMA  28 Yanvar 2021, 14:44 Qanunsuz valyuta dəyişən şəxs tutuldu  28 Yanvar 2021, 14:38 Serj Sarkisyan koronavirusa yoluxub 28 Yanvar 2021, 14:32 Şəhid ailələrinə xidmət üçün təlim  28 Yanvar 2021, 14:26 Mağazalarda ödəniş üçün daha bank kartlarına da gərək qalmadı 28 Yanvar 2021, 14:22 Yanacaqdoldurma məntəqələrinə xəbərdarlıq 28 Yanvar 2021, 14:16 Tərtərdə traktor minaya DÜŞDÜ 28 Yanvar 2021, 14:10 Qarabağ işçi qrupunun GÜNDƏLİYİ 28 Yanvar 2021, 14:04 Direktor: “Bu şəxslərə koronavirus peyvəndi tövsiyə olunmur" 28 Yanvar 2021, 13:58 Deputat şəhid ailələri və qazilərlə görüşdü - FOTOLAR 28 Yanvar 2021, 13:52 Gəncə Hava Limanına Nizaminin adı verilsin - deputatdan təklif 28 Yanvar 2021, 13:46 Ov etmək istəyən şəxs cəzalandırıldı 28 Yanvar 2021, 13:40