Arxiv
6 May 2020, 14:31 | ƏDƏBİYYAT
Tonyükük yazısı qədim Ortaq Türk dilinin ilk böyük əsəridir!!!

Bu il UNESCO Monqolustan və Altay çöllərində  böyük türk tarixinə şahidlik edən  Tonyükük yazısının 1300 illiyini qeyd edir. Bu münasibətlə  aprel ayının 24-də  Beynəlxalq Türk Akademiyası “Böyük Çöl mədəniyyəti: Tonyükük mirası və Çağdaş Türk dünyası” adlı  onlayn konfrans keçirdi. Konfrasda 15-dən artıq ölkənin  türkoloqları, türkologiya elmi üzrə mütəxəssisləri çıxış edərək, Tonyükük ilinin 1300 illiyinə həsr olunmuş  məruzələr və təkliflərini səsləndirdilər. 
ABŞ-ın Miçiqan Universitetinin  proffesoru, böyük türkoloq Timur Kocaoğlu həmin konfransda “Orhun yazılarındakı ortaq türk yazı dili və sonrası” adlı məruzəsi çox böyük maraqla qarşılandı.  Timur Kocaoğlunun  həmin məruzəsi oxucularımız və türkologiya elmi ilə maraqlananlar, türkoloqlar, dilçilər üçün maraqlı olacağını nəzərə alaraq, türk dilindən tərcümə edib, diqqətinizə çatdırmaq istəyirəm.
Aida Eyvazlı.

Timur Kocaoğlu,
Miçiqan universitetinin professoru:

“Orhun yazılarındakı ortaq türk yazı dili və sonrası”

Tonyükük kitabəsinin   Güney üzü, 8-ci sətir:

”Yağımız tégre oçoq tég érti. Biz aş tég értimiz”—türk dilinə çevirəndə bu sözlər belə məna verir: “Düşmənimiz ocaq kimiydi. Biz yemək kimiydik”

Tonyükük kitabəsinin  Güney üzü, 13-cü sətir:

Yuyqa érkli tupulğalı uçuz érmiş

Yinçke érklig üzgeli uçuz

Yuyqa qalın bolsar tupulğuluq alp érmiş

Yinçge yoğun bolsar üzgülük alp érmiş...

İndiki türk dillərində:

Yuxa kimi olanı bölmək asan imiş,

Zəif olanı qoparmaq asan imiş.

Yuxa qalın olarsa bölmək çətin olar

İncə və qalın olarsa qoparmaq çətin olar.

1300 il bundan əvvəl yazılmış  bu sətirlərə baxanda və onları təhlil edəndə gördüyümüz bu  nümunə bizə bu yazıların ədəbi bir dildə yazıldığını, bu ədəbi dilində həmin dövrdə müxtəlif türk birliklərinin, tayfalarının Ortaq Türk dili olduğunu,  bu OrtaqTürk yazı dilinin Kül Tekin və Bilgə Xaqandan qalan  daş məktublarda da işlənməsinin və zəngin ədəbi bir dildə yazılmasının şahidi oluruq.


Tonyükük daş kitabəsi- Ortaq  Türk dilinin yazı dilidir. Birinci və İkinci Göytürk dövləti, daha doğrusu Göytürk İmperatorluğunda  çox sayda Türk boyları var idi:

başda Aşina sülaləsi olmaqla, bu dövlət  bir neçə böyük Türk boyunun qurduğu bir “Birlik”(İttifaq) idi. Başmil, Karluk, Uyğur, Oğuz, Qırğız. Bu birlikdə bərqərar idilər. Birliyin  qədim və əsil adı da TÜRK idi.


Bu birliyin içərisində çox sayda ayrı-ayrı Türk boyları birləşirdi.


Türk boyları:
Apar, az, Basmil, bayırqu, Bozoqz, Çigil, Kümül, Qarluq, Qay, Qırğız, Qurıqan, Doqquz Oğuz,  On Ög, Sir, Tarduz, Tatar, Tongra, Töles, Türgiş, Uyğur, Yağma və başqaları...


 Yad boylar:
Kitan, Məncüd,Soğdağ, Tabğaç, Tangut, Tatabi, Toqar...


VI-XI yüzildə yaşayan bu tük boylarının danışıqlarında kimində az, kimisində isə çox səs birləşməsi, dil və ləhcə ayrılıqları, bir-birindən ayrı danışıq dilləri var idi.


Türk toplumlarının və tayfalarının bir-birindən ayrı türk danışıq dilləri olsa da, Göytürk dövlətində tək bir Ortaq Türk Yazı dili var idi. Bu Ortaq Türk Yazı dili: Qarkuq, Uyğur, Qıpçaq danışıq dillərinə daha yaxın, Oğuz və başqa türk boylarının danışıq dilindən isə daha uzaq idi.


Qaşqarlı Mahmud “Divani Lüğət Türk”-də rəngarəng türk boylarının fərqli danışıq dillərini  təhlil edərkən, Qaraxanlı Dövlətindəki Hakaniyə Türk yazı və danışıq dilini “ən gözəl türkcə”- deyə tərif etmişdi. Bununla belə oğuzca danışıq dilinin ayrı duil bilgisi özəlliklərini də göstərmişdi.


Göytürk dövlətindəki Türk yazı dili bu dövlətin 745-ci ildəki məğlubiyyəti ilə aradan qaldırılmadı. Göytürk  dövləti süquta uğrasa da onun yazı dilini-yəni  Ortaq Türk Yazı dilini  ondan sonra gələn Uyğur Xaqanlığı, Qırğız Xaqanlığı, Qaraxanlı Dövləti dildəki xüsusi vurğu və sözləri dəyişməklə, dialektləri yeniləməklə işlək dil kimi saxladılar.  Bu dövrlərdəki yazı dili ayrı bir Türk boyunun fərqli danışıq dili xüsusiyyətlərini saxlamaqla, yamsılamaqla  dəyişmədi. Bu durum Xarəzm Dövləti və Əski Qıpçaq dilində yazılan əsərlərdə də özünü qoruyub saxladı.


Lakin, Qaraxanlı və Xarəzm dövlətləri çökəndən və 150 illik Moğol Hökmdralığı başlayandan sonra, Türk yazı dilində fərqli dəyişikliklər oldu.  Bir tərəfdən Xorasan, İran və Şimali Ərəbistannda yerləşən səlcuqlar da bu dönəmlərdə öz hakimiyyətləri dönəmində türk yazısı yerinə, fars yazısını gətirdilər, onu rəsmi dil etdilər, bununla da Türk Yazı dilinə  basqı başlandı.


Türküstanda-Orta Asiyada Əmir Teymur hakimiyyətə gələndən sonra, onun hökmdarlığı dövründə  monqol hakimiyyətini yıxıb, qurduğu Teymurilər dövlətində Türk dilini yenidən dövlət dili elan etdi.  Sonradan, bəzi tarixçilərin “Cağatay dili” dediikləri Türk Yazı dili , yeni bir yazı dili deyildi, Göytürklərdən bu günə qədər və Qaraxanlılar dövründə “Kütadğu Bilig”lə yüksələn Ortaq Türk yazı dili idi.  XIV-XXI yüzilliklərdə yenidən yaşamağa və işlənməyə başladı.


Qızıl Orda dövlətində  və Şimali Afrikada yazılmış  kitabələrə   “qədim qıpçaq” dilində yazılıb, deyilsə də, bu da eyniylə Ortaq türk yazı dilidir.


Orta Asiyadakı bu Ortaq Yazı dili İdil-Ural, Kırım, Şimali Afrikadakı  Qıpçaq Türk yazı dilləriylə eyni qrammatik xüsusiyyətlərə sahibdrlər.


Farscanı yazı dili kimi göstərən Səlcuqlardan sonra, Anadoluda Türk bəylikləri Orta Asiyadakı Ortaq Türk Yazı dilini davam etdirmək yerinə, bütünlüklə Oğuzların danışıq dilinə uyğun olaraq yeni bir Türk Yazı dili əmələ gətirdilər. Bu da  indiki Anadolu Türkcəsidir. Beləcə XIV-XV-ci yüzillərdə iki ayrı Türk yazı dili inkişaf etməyə başladı: 1) Orta Asiyada - İdil Uralda—oturuşan Ortaq Türk Yazı dili, 2) Anadoluda Oğuzcaya oxşayan Anadolu Türkcəsi.


Sonradan Osmanlı-İran savaşlarıyla bir-birindən ayrılan Oğuz boylarıyla bərabər Anadolu Türkcəsi də iki yerə bölünmüş oldu: Anadoluda Anadolu Türkcəsi Yazı dili işlənirkən,  Azərbaycanda Azərbaycan Türkcəsi Yazı dili işlənməyə başladı.


XVI və XX  əsrlər aralığında isə, müxtəlif mədəni və siyasi məqsədlərlə daha çox sayda Türk boylarının bir-birindən ayrı yazılan dillərinin  yayılmasının  şahidi oluruq.  Sözümün sonunda onu vurğulamaq istəyirəm ki, nə qədər ki, hələ başqa bir  Ortaq Türk yazısını ortaya çıxarmamışq, Tonyükük yazsıısı qədim Ortaq Türk dilinin ilk böyük əsəri adlanır!!!

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ünvanlı sosial yardımın artıq ödənişini könüllü qaytarmayanlar məhkəməyə veriləcək 31 May 2020, 17:18 Parlamentin yaz sessiyası başa çatdı 31 May 2020, 17:16 Milli Məclisdə 9 şöbə ləğv olunub - Spiker açıqladı 31 May 2020, 17:10 Estoniyada Assosiasiya prezidenti Azərbaycanın diaspora qayğısına qiymət verdi 31 May 2020, 17:06 Azərbaycanda daha 248 nəfər koronavirusa yoluxdu - 2 nəfər öldü 31 May 2020, 17:03 Bu ölkədə koronavirusa yoluxanların sayı 500 mini keçdi 31 May 2020, 17:00 Qüdrət Həsənquliyevdən deputatlara ETİRAZ: “İmkan verin işləyək” 31 May 2020, 16:57 Azərbaycanda hərbi xidmətə çağırış başa çatdı 31 May 2020, 16:52 Azərbaycan I divizionu bərpa olunmayacaq 31 May 2020, 16:41 Dünya kubokunun azərbaycanlı qalibi Ramil Səfərova şahmat əsəri YAZDI 31 May 2020, 16:40 ABŞ-ın 25 şəhərində komendant saatı elan olundu 31 May 2020, 16:38 “Türkiyədən Azərbaycana aviabiletlərin qiyməti çox yüksəkdir” - Deputat 31 May 2020, 16:32 Keçmiş prokurorun cinayət işi məhkəməyə göndərildi 31 May 2020, 16:26 Fənn olimpiadalarının final turunun keçirilmə tarixi dəyişdirildi 31 May 2020, 16:20 Sahibə Qafarova sərəncam verdi - Milli Məclis 2 gün iclas keçirəcək 31 May 2020, 16:15 “İmkanı yoxdur, 30 qəpik verib maska alsın, daha 50 manat cərimə olunmasın” 31 May 2020, 16:11 Milli Məclis maska taxmamağa görə cərimələri TƏSDİQ ETDİ 31 May 2020, 16:06 Koronavirusla bağlı Azərbaycanda hər hansı sirr yoxdur - Spiker 31 May 2020, 16:00 Azərbaycan Premyer Liqasının bərpa olunacağı tarix açıqlandı - RƏSMİ 31 May 2020, 15:55 Bu dövlət rüsumu ləğv EDİLDİ 31 May 2020, 15:50 Nazirlik “Sədərək” və “Binə” ticarət mərkəzlərinin rəhbərlərilə görüşdü 31 May 2020, 15:45 Vitse-spikerdən deputatlara: “Danışanda yüz ölçüb, bir biçmək lazımdır” 31 May 2020, 15:42 “Məni susdura bilməyəcəksiniz” - Fəzail Ağamalı 31 May 2020, 15:39 Roma Papası İlham Əliyevi təbrik etdi 31 May 2020, 15:35 Azərbaycanla Türkmənistan arasında səfirlikər üçün torpaq sahəsi ilə bağlı saziş təsdiqləndi 31 May 2020, 15:33 “Atəşkəs dövründə 34 uşaq erməni terrorunun qurbanı olub” - Hicran Hüseynova 31 May 2020, 15:30 Karantin həkimlərindən TƏBİB-ə ETİRAZ: “Niyə bizi də düşünən yoxdur?” 31 May 2020, 15:25 Əli Hüseynli Vahid Əhmədova irad tutdu: “Siz burada nahaq yerə...” 31 May 2020, 15:21 Deputatlar koronavirus testindən keçirilir 31 May 2020, 15:15 Aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti yenidən uzadıldı - AZAL 31 May 2020, 15:10 Dünyada və Azərbaycanda orta aylıq əmək haqqı – STATİSTİKA 31 May 2020, 15:05 Koronovirus Venesiya kinofestivalına mane ola bilməyəcək 31 May 2020, 14:59 Bərdədə heyvan leşləri su kanalına atıldı - VİDEO 31 May 2020, 14:52 Qənirə Paşayevadan Ramil Səfərova dəstək - “Yüz minlərlə soydaşın yanındadır” 31 May 2020, 14:46 Jurnalistin anası vəfat etdi 31 May 2020, 14:45