Arxiv
9 May 2020, 11:16 | ƏDƏBİYYAT
“Azərbaycanlı və erməni yazıçılar birgə sülh çağırışı etsə də, bunu heç kim eşitməyəcək” - Seyran Səxavət  

Bir neçə müddətdir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində xalq diplomatiyasının prinsipləri çərçivəsində Azərbaycan və Ermənistandan olan yazıçıların bir araya gəlməsinin, sülh çağırışları səsləndirməsinin məsələnin həllinə müsbət nəticə verə biləcəyi ilə bağlı fikirlər səsləndirilir. Sosial şəbəbələrin Azərbaycan və Ermənistan seqmentində bunun əksinə düşünənlər də var.

 

Bir qrup hesab edir ki, Dağlıq Qarabağda doğulan hər iki millətin nümayəndələri dialoqa cəlb edilsə daha yaxşı olar. Bəziləri isə hər iki tərəfdən sayılıb-seçilən bütün yazıçıların sülh prosesində fəal olmasının daha yaxşı nəticələr verə biləcəyinə ümid edir.

 

Ermənistandan olan yazıçılar da zaman-zaman bu barədə fikirlər səsləndiriblər. Qarşı tərəfdən olan yazıçılar məsələyə o qədər də isti mövqe sərgiləməyib və ya açıq fikir bildirməkdən çəkinib.

 

Doğulduğu kəndi işğal altında olan yazıçı Seyran Səxavət Modern.az-a açıqlaasında bildirib ki, Azərbaycan və Ermənistandan olan şair və yazıçılarının xalq diplomatiyası prinsipləri əsasında danışıqlar masasına otura və danışa bilərlər: “Amma bu heç nəyi dəyişməyəcək. 25 ildir ən müxtəlif səviyyələrdə danışıqlar aparılıb, buna baxmayaraq, heç bir dəyişiklik, irəliləyiş yoxdur. Dağlıq Qarabada doğulan Levon Adyan adlı erməni yazıçı ilə yaxınlığım olub. Bir-birimizi tərcümə də etmişik. Mən onun əsərlərini azərbaycan dilinə, o mənim yazılarımı erməni dilinə çevirib. O vaxt Azərbaycandakı bütün yazıçılar onun xətrini çox istəyirdi. Levon indi Peterburqda yaşayır. Tutaq ki, o beş-altı erməni yazıçı gətirdi. Beş-altı Azərbaycan yazıçısını da mən apardım.  Danışdıq, sülh istədik, qan tökülməsinin əleyhinə olduğunu  bildirdik, bəs sonra? Biz yazıçıların müzakirə aparmasının, sülh istəməsinin indiki dünyanın, böyük dövlətlərin maraqlarına nə dəxli var?! Lap istəyirsiniz 100 yazıçı Ermənistandan, bir o qədər də Ermənistandan gəlsin. Hər iki millətə sülh lazım olduğunu xorla desələr də xeyri olmayacaq”.

 

Seyran Səxavət bildirib ki, onların dedikləri “milçək vızıltısı”na bənzəyəcək: “Heç kəs mənimlə bunun mübahisəsini edə bilməz. Yəni, hər iki tərəfin yazıçlarının sülh çağırışı etməsinin heç bir əhəmiyyəti olmayacaq. Azərbaycanlı və erməni yazıçılar birgə sülh çağırışı etsə də bunu heç kim eşitməyəcək. Qrant Martirosyan adlı erməni yazıçısı və digər yazarlarla münasibətim olub. Onların dilindən bir dəfə də münaqişənin sülh yolu ilə həll edilməsi ilə bağlı nəsə eşitməmişəm. Əksinə, İşxanyan adlı erməni yazıçı bir dəfə dedi ki, bu iki qonşu xalq hegemon dövlətlərin maraqlarının, siyasətinin qurbanıdır. Bu yerdə xalq hara, diplomatiya hara. Xalq kimdir ki, onun diplomatiyasi nə ola... Dövlət müharibə etsə xalq uzaq başı dövlətini dəstəkləyə bilər. Ordusunu əsgərlə təmin etməlidir. Ordusunu yedirtməlidir. Öz ordusuna dəstək olmayan xalq, başqa dövlətin ordusunu yedirtmək məcburiyyətində qalır. Xalq bunu edə bilər. Yazıçıların münaqişə həll etmək gücləri yoxdur. Boş şeylərdir. Bu dünyada yazıçı, şair sayan yoxdur. Koronavirus pandemiyası da göstərdi ki, bu dünyada mənəm-mənəm deyənlərin hamısı qorxaqlardır. 21-ci əsrdə iki azərbaycanlı və iki erməni yazıçısının münaqişəni sülh yolu ilə həllinə təşəbbüs göstərməsi, müzakirə aparması ancaq vaxt uzatmaq olar. Bu o deməkdir ki, Qarabağdan əlinizi üzün. Qarabağ münaqişəsi ancaq hərbi yolla həll edilə bilər. Ermənilər döyüşə-döyüşə torpaqlarımızı əlimizdən aldılar. Biz də öz torpaqlarımızı döyüşə-döyüşə onlardan geri almalıyıq. Bir rus məsələsində deyilir ki, nə ilə xəstələnmisənsə, onunla da müalicə olunmalısan. Nə xalq diplomatiyası? İndiki dünyada xalqların fikirləri nəzərə alınmır. Üç-dörd böyük dövlətin rəhbərləri bütün məsələləri həll edir”.

 

Tural Turan

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Milli Məclisdə 9 şöbə ləğv olunub - Spiker açıqladı 31 May 2020, 17:10 Estoniyada Assosiasiya prezidenti Azərbaycanın diaspora qayğısına qiymət verdi 31 May 2020, 17:06 Azərbaycanda daha 248 nəfər koronavirusa yoluxdu - 2 nəfər öldü 31 May 2020, 17:03 Bu ölkədə koronavirusa yoluxanların sayı 500 mini keçdi 31 May 2020, 17:00 Qüdrət Həsənquliyevdən deputatlara ETİRAZ: “İmkan verin işləyək” 31 May 2020, 16:57 Azərbaycanda hərbi xidmətə çağırış başa çatdı 31 May 2020, 16:52 Azərbaycan I divizionu bərpa olunmayacaq 31 May 2020, 16:41 Dünya kubokunun azərbaycanlı qalibi Ramil Səfərova şahmat əsəri YAZDI 31 May 2020, 16:40 ABŞ-ın 25 şəhərində komendant saatı elan olundu 31 May 2020, 16:38 “Türkiyədən Azərbaycana aviabiletlərin qiyməti çox yüksəkdir” - Deputat 31 May 2020, 16:32 Keçmiş prokurorun cinayət işi məhkəməyə göndərildi 31 May 2020, 16:26 Fənn olimpiadalarının final turunun keçirilmə tarixi dəyişdirildi 31 May 2020, 16:20 Sahibə Qafarova sərəncam verdi - Milli Məclis 2 gün iclas keçirəcək 31 May 2020, 16:15 “İmkanı yoxdur, 30 qəpik verib maska alsın, daha 50 manat cərimə olunmasın” 31 May 2020, 16:11 Milli Məclis maska taxmamağa görə cərimələri TƏSDİQ ETDİ 31 May 2020, 16:06 Koronavirusla bağlı Azərbaycanda hər hansı sirr yoxdur - Spiker 31 May 2020, 16:00 Azərbaycan Premyer Liqasının bərpa olunacağı tarix açıqlandı - RƏSMİ 31 May 2020, 15:55 Bu dövlət rüsumu ləğv EDİLDİ 31 May 2020, 15:50 Nazirlik “Sədərək” və “Binə” ticarət mərkəzlərinin rəhbərlərilə görüşdü 31 May 2020, 15:45 Vitse-spikerdən deputatlara: “Danışanda yüz ölçüb, bir biçmək lazımdır” 31 May 2020, 15:42 “Məni susdura bilməyəcəksiniz” - Fəzail Ağamalı 31 May 2020, 15:39 Roma Papası İlham Əliyevi təbrik etdi 31 May 2020, 15:35 Azərbaycanla Türkmənistan arasında səfirlikər üçün torpaq sahəsi ilə bağlı saziş təsdiqləndi 31 May 2020, 15:33 “Atəşkəs dövründə 34 uşaq erməni terrorunun qurbanı olub” - Hicran Hüseynova 31 May 2020, 15:30 Karantin həkimlərindən TƏBİB-ə ETİRAZ: “Niyə bizi də düşünən yoxdur?” 31 May 2020, 15:25 Əli Hüseynli Vahid Əhmədova irad tutdu: “Siz burada nahaq yerə...” 31 May 2020, 15:21 Deputatlar koronavirus testindən keçirilir 31 May 2020, 15:15 Aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti yenidən uzadıldı - AZAL 31 May 2020, 15:10 Dünyada və Azərbaycanda orta aylıq əmək haqqı – STATİSTİKA 31 May 2020, 15:05 Koronovirus Venesiya kinofestivalına mane ola bilməyəcək 31 May 2020, 14:59 Bərdədə heyvan leşləri su kanalına atıldı - VİDEO 31 May 2020, 14:52 Qənirə Paşayevadan Ramil Səfərova dəstək - “Yüz minlərlə soydaşın yanındadır” 31 May 2020, 14:46 Jurnalistin anası vəfat etdi 31 May 2020, 14:45 Mübariz Mənsimovun şirkəti müflis olub? - “Palmali Holding”dən AÇIQLAMA 31 May 2020, 14:41 Şəkidəki ayını tutub Altıağac milli parkına apardılar - VİDEO - YENİLƏNİB 31 May 2020, 14:33