Arxiv
12 May 2020, 14:32 | PARLAMENT
Keçmiş deputat martın 23-dən bəri evdən çölə çıxmır: “Prezidentin əmrini gözləyirəm”

“Mənim işləyən vaxtım deyil. Təqaüd yaşındayam. Evdə oturmuşam. Tanrının verdiyi ömrü yaşayıram”.

Bu fikirləri Modern.az-a Milli Məclisin Salyandan olan keçmiş deputatı Əliağa Hüseynov hazırki fəaliyyətindən danışarkən deyib.

Keçmiş deputat ehtiyatda olan general kimi hər zaman kolleqalarına dəstək olduğunu bildirib:

“2009-cu ildən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışam. Ehtiyatda olan generalam. Son vaxtlar gənclərlə məlum səbəblərə görə görüşə bilmirəm. Ancaq hər zaman onlara dəstək oluram. Hesab edirəm ki, gənclərə doğru yol göstərmək lazımdır. Gənclikdə doğru addım atmaq olmur. Ona görə də həyat təcrübəmizdən tutmuş iş təcrübəmizə qədər hər bir gəncə yardım əlimizi uzatmalıyıq. İndi evdə oturmuşam. Heç bir işlə məşğul deyiləm. Memuar yazmağımı soruşursuz. Hələ ki xatirə yazmaq barədə düşünmürəm. Zaman göstərər”.


Əliağa Hüseynov Milli Məclisdə vaxtilə deputat olduğu dairədən seçilən Jalə Əhmədova barədə də danışıb:

“Salyanda doğulmuşam. Ora mənim vətənimdir. İndi deputat deyiləm. Bu o demək deyil ki, salyanlılarla ünsiyyətim yoxdur. Vaxtilə Salyan rayon İcra Hakimiyyətinin başçısı olmuşam. İndi də salyanlılarla münasibətim var. Hətta Salyandan deputat seçilən Jalə xanımla tez-tez telefon əlaqəsi yaradırıq. Sağ olsun ki, Jalə xanım mənə də diqqət yetirir. Salyanla bağlı nə sualı olsa, mənə müraciət edir. Mən də bir salyanlı olaraq fikirlərimi bildirirəm. Şükürlər olsun ki, hər şey qaydasındadır”.

Keçmiş deputat karantin günlərində evdən çölə çıxmadığını da vurğulayıb:

“Cənab prezidentin qoyduğu qaydalara hər birimizin əməl etməsi borcumuzdur. Martın 23-dən evdən heç yerə çıxmamışam. Evdə oturmuşam və qaydalara riayət edirəm. Cənab prezidentin gələcək əmrlərini gözləyirəm”.
 

Ehtiyatda olan general-leytenant Əliağa Hüseynov uzun müddət Azərbaycan Respublikasının baş hərbi komissarı vəzifəsində çalışıb. 2009-cu il 10 noyabr tarixində Prezidentin sərəncamı ilə o, həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb və 2009-cu il 11 noyabr tarixində Salyan rayon İcra Hakimiyyətinə başçı təyin olunub.  7 noyabr 2010-cu ildə Azərbaycan Respublikası IV çağırış Milli Məclisinin deputatı seçilib. Bununla əlaqədar icra başçısı vəzifəsindən azad edilən Ə.Hüseynov 2015-ci ildə V çağırış Milli Məclisin də üzvü seçilib. 2020-ci ildəki növbədənkənar parlıament seçkilərində isə namizədliyini irəli sürməyib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Zirə"dən əzmkar qələbə 26 Sentyabr 2020, 22:13 İstanbulda meşə yanğını 26 Sentyabr 2020, 21:58 Müğənni yeni adaya sahibləndi 26 Sentyabr 2020, 21:39 İranda kütləvi dini tədbirlər qadağan edildi 26 Sentyabr 2020, 21:24 Böyük Britaniya ÜST-yə maliyyə dəstəyini 30 faiz artırır 26 Sentyabr 2020, 21:11 Göyçayda ər arvadını bıçaqladı 26 Sentyabr 2020, 20:57 Kiçik Qızılağac körfəzinə balıq körpələri buraxılıb - VİDEO 26 Sentyabr 2020, 20:46 Prezidentə qarşı sui-qəsd 26 Sentyabr 2020, 20:34 "Səbail" və "Sabah" matçından sonra insident yaşandı 26 Sentyabr 2020, 20:23 Avropa Birliyinin enerji təhükəsizliyi üçün ən böyük zərbə - Deputat yazır 26 Sentyabr 2020, 20:09 Baş nazirin müavini cəbhə xəttinə yollandı 26 Sentyabr 2020, 20:00 “Payız-qış mövsümü problem yarada bilər” - TƏBİB rəsmisi 26 Sentyabr 2020, 18:40 Gürcüstan Müsəlmanları İdarəsinin müftisi İSTEFA VERDİ 26 Sentyabr 2020, 18:25 Daha bir ölkə Lukaşenkonu prezident kimi tanımadı 26 Sentyabr 2020, 18:12 Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə yeni mətbuat katibi təyin olundu 26 Sentyabr 2020, 18:00 Orxan Quluzadədən ata yurdunun işğal gününə həsr olunmuş Qarabağ - Zəfər layihəsi - VİDEO 26 Sentyabr 2020, 17:54 İmişli və Tərtər sakinlərindən ov tüfəngləri götürüldü 26 Sentyabr 2020, 17:48 “Təmiz sahil, təmiz Xəzər” devizi ilə təmizlik aksiyası keçirildi - FOTOLAR 26 Sentyabr 2020, 17:40 Bakıda 553 küçə dezinfeksiya olundu - FOTO 26 Sentyabr 2020, 17:33 İctimai nəqliyyatda kart sistemi bütün ölkə üzrə tətbiq olunacaq - Nazirlik 26 Sentyabr 2020, 17:25 COVID-19 qurbanlarının sayı 1 milyona çatır 26 Sentyabr 2020, 17:17 Ərdoğandan “Mavi Vətən” mesajı 26 Sentyabr 2020, 17:08 “Qarabağ”ın “Legiya” ilə oyun üçün iştirak ərizəsi 26 Sentyabr 2020, 17:00 Azərbaycanda daha bir sinif koronavirus səbəbindən distant təhsilə keçdi 26 Sentyabr 2020, 16:54 Goranboyda ağır qəza - ölən var 26 Sentyabr 2020, 16:46 Bir ailənin 3 üzvünü bıçaqlayanlar saxlanıldı 26 Sentyabr 2020, 16:38 Lənkəranda usta faciəli şəkildə öldü - VİDEO 26 Sentyabr 2020, 16:30 Daha 10 şagird və 2 təhsil işçisi koronavirusa YOLUXDU 26 Sentyabr 2020, 16:22 Bakıda qəza sıxlığa səbəb oldu - FOTO 26 Sentyabr 2020, 16:15 Sərhəddən tapança keçirmək istədilər - FOTO 26 Sentyabr 2020, 16:08 Xaricdən sifariş verənlərin NƏZƏRİNƏ - VİDEO 26 Sentyabr 2020, 16:00 Prezident Çin Xalq Respublikasının Sədrini təbrik etdi 26 Sentyabr 2020, 15:52 Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşdü 26 Sentyabr 2020, 15:45 DTX əməliyyat keçirdi - həbs olunanlar var - VİDEO 26 Sentyabr 2020, 15:38 Azərbaycanda daha 108 nəfər koronavirusa yoluxdu - 2 nəfər öldü 26 Sentyabr 2020, 15:30