Arxiv
17 May 2020, 11:33 | ÖLKƏ
Rüşvətxorların yüksək çinli havadarları - Prezident kimlərə MESAJ VERDİ...

Prezident İlham Əliyevin son vaxtlar rüşvət və korrupsuyaya bulaşmış məmurlara yönəlik verdiyi mesajlar müxtəlif yollarla rəhbər vəzifələrə soxulmuş həmin şəxslərlə mübarizənin sərt və amansız olacağını göstərir.
 
“Mən bunu bir neçə dəfə demişəm ki, xoşagəlməz hallara, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə amansız olacaq. Bugünkü mənzərə bunu göstərir. Artıq beş icra hakimiyyəti başçısı həbs olunub və bütün o videomateriallar, ondan sonra istintaq materialları göz qabağındadır...
...Tutulan o beş icra hakimiyyəti başçısının beşi də çirkin əməllərlə məşğul olub...”.

Modern.az-ın məlumatına görə, dövlət başçısı mayın 13-də  etdiyi çıxışı zamanı aztəmiantlı insanlara ayrılmış yardımların mənimsəniləsini vicdansızlıq və qatı cinayət adlandırıb.

“...gözləri doymur. Bu, bir xəstəlikdir və bu xəstəliyin müalicəsi artıq işə salınıb. Mən bir neçə dəfə xəbərdarlıq etmişəm, açıq demişəm ki, əgər əyri yoldan düz yola dönməsəniz, sonunuz pis olacaq, cəza tədbirləri tətbiq ediləcək”.

İlham Əliyev rüşvətxor məmurlara havadarlıq edən yüksək vəzifəli şəxslərə də mesaj verib:

“Bəziləri hesab edirdilər ki, kimsə onlara kömək göstərəcək, onların havadarları, onlara uzun illər ərzində dəstək verən yüksək vəzifəli şəxslər. Mən demişəm ki, bu, olmayacaq.

...Hər addım cinayət, hər addım rüşvət. Buna son qoyulacaq! Heç kimdə şübhə olmasın! Bizim iradəmiz möhkəmdir, heç kim bizim iradəmizə təsir edə bilməz. Xalq da cinayətkarları, rüşvətxorları, gözü doymayanları yox, bizi dəstəkləyir. Mən bu dəstəyi hər gün hiss edirəm”.


Prezident açıq şəkildə bildrib ki, xoşagəlməz hallar təkcə yerli icra orqanlarında deyil, mərkəzi icra orqanlarında – nazirliklərdə, dövlət komitələrində də var:

“...siqnallar var, məlumatlar daxil olub. Demişdim, xəbərdarlıq etmişdim, əl çəkin bu işlərdən, əl çəkin! Hesab edirdilər ki, bunlara aid deyil. İndi isə bunun acı nəticələrini yaşayırlar”.

Prezident sonuncu xəbərdarlığında məmurları dürüstlük və şəffaflığa çağırıb:

“...ədalət hər bir dövlət məmurunun iş prinsipi olmalıdır. İş prinsipi bu olmalıdır, rüşvət yox, yalan yox, talançılıq yox, saxtakarlıq yox, vicdansızlıq yox! Dürüstlük, şəffaflıq, xalqa xidmət, ədalət – budur, prinsiplər! Bir daha deyirəm, əgər kimsə hələ də hesab edir ki, kimsə onlara kömək edəcək, səhv edir. Tutulan dövlət məmurlarının acı həyatını yaşamaq istəmirlərsə, düz yola qayıtsınlar”.

İlham Əliyevin sözlərinə görə, artıq tapşırıq verilib ki, vəzifəli şəxslərin fəaliyyətinin səmərəliliyi və buraxılan nöqsanlar ilə bağlı təhlillər aparılsın..
 

Hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, sabiq deputat, eks-icra başçısı Musa Musayevin fikrincə, xoşa gəlməyən halların baş verməsinin əsas səbəbkarları keçmiş kommunistlərin və komsomolçuların sırasından, eləcə də başqa partiyalardan hakimiyyətə transfer olunmuş kadrlardır:

“1987-1993 -cü illərdə bizlər Heydər Əliyevin müdafiəsinə qalxanda bu insanlar başqa respublikalarda və başqa qurumlarda qaçıb gizlənmişdilər. Bu tip adamlar fürsətdən istifadə edərək, iqtidarda təmsil olunan bəzi vəzifə sahiblərinin köməkliyi və dəstəyi ilə hakimiyyətin yuxarı eşalonunda özlərinə yer eləmiş və məqsədli şəkildə Heydər Əliyevçilərə, YAP-ı yaradanlara qarşı gizli mübarizə apararaq, öz arzu və istəklərinə çatıblar”.

Musa Musayev deyir ki, 1987-1993 -cü illər ərzində Heydər Əliyevi müdafiə edənlər, 1992-ci ilin aprelində "Yaş senzi mitinqləri”nin təşkilatçıları, 1992-ci ilin oktyabrında Heydər Əliyevə müraciət edən 91 nəfər ziyalı, 1992-ci ilin noyabrında YAP-ı yaradanlar, 1994-cü ilin oktyabrında dövlət çevrilişinin qarşısının alınmasında sinəsini qabağa verənlər, 1995-ci ilin martında ikinci dövlət çevrilişinin qarşısının alınmasında fəal iştirak edənlər yavaş-yavaş vəzifələrdən uzaqlaşdırılıblar:


“Ulu öndərə, cənab Prezidentimiz İlham Əliyevə sadiq və sədaqətli insanlar barədə yanlış, qərəzli məlumatlar verib,  onların hakim komandadan, YAP-nın Siyasi Şurasından və rəhbər struklardan uzaqlaşdırılmasına nail oldular. Nəticələr isə göz qabağındadır! Mən inanıram ki, yaxın zamanda bəzi məsələlər aydınlıq gətiriləcək, bəzi qərəzli və satqın vəzifəli şəxslərin, o cümlədən YAP-nın rəhbər struklarında özlərinə yuva qurmuş əqidəsiz və mövqesiz adamlar ifşa ediləcək, öz layiqli cəzalarını alacaqlar! İslahatlar dalğası Prezident Adminstrasiyasında, YAP-da və digər qurumlarda davamlı olmalıdır! Hər bir bir cinayətkar və rüşvətxor öz cəzasını almalıdır, bunu bütün Azerbaycan xalqı tələb edir. Azərbaycan xalqı cənab Prezidentin arxasındadır, əgər lazım gələrsə, Onun və Dövlətimizin müstəqilliyi yolunda şəhid olmağa hazırıq!”.


A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ötən günün "yol terroru" - 6 qəza, 6 ölü, 1 yaralı 29 May 2020, 13:00 Beyləqanda ağır qəza - ata öldü, oğlu yaralandı   29 May 2020, 12:53 Azərbaycan özünün daxili imkanları ilə koronovirusla mübarizədə böyük nailiyyətlər əldə edib - Şeyx 29 May 2020, 12:45 Müəllimlərin nəzərinə - iş yerini dəyişməsi üçün sənəd qəbulunun vaxtı açıqlandı 29 May 2020, 12:37 Cavanşir Feyziyev seçicilərlə görüşüb - FOTO 29 May 2020, 12:30 Bakıda marşrut avtobusu piyadanı vuraraq öldürdü 29 May 2020, 12:23 MİDA gələn aydan güzəştli mənzillərin satışına başlayacaq 29 May 2020, 12:14 Ermənistanda bir gündə daha 460 nəfər koronavirusa yoluxdu 29 May 2020, 12:06 Kolleclərə 47734 nəfər sənəd verdi 29 May 2020, 11:57 Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq 29 May 2020, 11:48 Prezident fərman İMZALADI 29 May 2020, 11:40 ADU tələbə qəbulu elan etdi 29 May 2020, 11:32 Qonşusunun evindən oğurluq edən şəxs TUTULDU 29 May 2020, 11:23 Niyazi Bayramov Gəncənin bir sıra ərazilərində olub - FOTO 29 May 2020, 11:15 Jurnalistin anası koronavirsudan vəfat etdi - FOTO 29 May 2020, 11:06 KOVİD-19-un ən çox yayıldığı ölkələrin SİYAHISI 29 May 2020, 10:58 Ali məktəblərə sənəd verən abituriyentlərin sayı AÇIQLANDI 29 May 2020, 10:50 Valideynlər Gömrük Akademiyasına təşəkkür etdilər 29 May 2020, 10:43 Azərbaycan nefti bahalaşdı 29 May 2020, 10:35 Bu rayonlarda peşə tədrisi mərkəzləri açılacaq 29 May 2020, 10:28 Meşədə narkotik becərən Oğuz sakinləri tutuldu 29 May 2020, 10:20 Cümhuriyyət varislərinin iştirakı ilə beynəlxalq videokonfrans keçirilib - FOTO 29 May 2020, 10:13 Azərbaycan Türkiyədən avtomobil idxalını artırıb 29 May 2020, 10:05 Fond bağlanan bankların kreditorlarına yenidən müraciət etdi 29 May 2020, 09:58 Ali məktəbə qəbulda abituriyentlər ixtisas seçimində nələrə diqqət yetirməlidirlər? 29 May 2020, 09:50 Ermənilər atəşkəsi 25 dəfə pozub 29 May 2020, 09:44 DİM müraciət yaydı: bəzi ixtisaslara qabiliyyət imtahanları keçirilməyəcək 29 May 2020, 09:38 Qubada “UAZ” dərəyə aşdı – 1 nəfər öldü 29 May 2020, 09:28 Dünyanın ən yaşlı kişi sakini vəfat etdi 29 May 2020, 09:20 Tramp sosial şəbəkələrin izlənilməsinə dair sərəncam imzaladı 29 May 2020, 09:13 Gəncədə xidməti otaq yandı 29 May 2020, 09:05 Jurnalist Eynulla Fətullayevə ağır itki ÜZ VERDİ 29 May 2020, 08:50 “Koronavirus ən azı 1 il bizimlə olacaq” - Türkiyədən gəlmiş həkimlə MÜSAHİBƏ 29 May 2020, 08:40 “Bəzi məqamlarda çoxarvadlılıq vacibdi” - Şeyxin internetdə olmayan MÜSAHİBƏSİ 29 May 2020, 08:26 Kirovun Bakıdakı manyak sərsəmləməsi - inqilabi-seksual çıxışı 29 May 2020, 08:24