Arxiv
18 May 2020, 16:12 | PARLAMENT
Ülvi Quliyev: “Bu virusa birlikdə qalib gəlmək olur”

Koronavirusla bağlı tətbiq edulən xüsusi karantin rejiminin qaydaları mayın 18-dən Bakı, Gəncə, Sumqayı, Lənkəran şəhərlərində və Abşeron rayonunda da yumşaldılıb. Son günlər bu virusa yoluxanların sayının artığını nəzərə alıb, iddia etmək olarmı ki qaydaların yumşaldılması insanların biganəliyinə, xəstələrin çoxalmasına gətirə bilər?

Milli Məclisin deputatı Ülvi Quliyev hesab edir ki, insanlarımız məhz indi - xüsusi karantin rejimi qaydalarının yumşaldığı müddətdə özlərini əvvəlkindən də çox qorumalıdırlar:

“Xüsusi karantin rejiminin yumşaldılması o demək deyil ki, bu virus da itib. Yaddan çıxarmayaq ki, koronavirusun yayılma sürəti və miqyası genişdir, buna görə ehtiyatı əldən vermək olmaz. İndiki məqamda insanların işə-gücə getməsi halları artıb, evdən çıxanlar çoxalıb, bu baxımdan qorunmaq daha çox vacibdir. Bilmək lazımdır ki, özünü qorumaq ailə üzvlərini, övladlarını, valideynlərini, dostlarını qorumaq deməkdir. Koronavirus elə bir məsələ deyil ki, yalnız özünə cavabdeh olasan. Ümumdünya Səhiyyə Təşkilatının bu məsələ ilə bağlı tövsiyələri var. Mütləq həmin tövsiyələrə əməl etmək lazımdır”.

Deputat koronavirus dövründə Azərbaycanda görülən işlərə də münasibət bildirib:

“Müşahidələr göstərdi ki, Azərbaycan dövləti öz insanlarını daha yaxşı qoruyur. Öz vətəndaşlarının sağlamlığı dövlət üçün bir nömrəli məsələdir. Bunu inkişaf etmiş Avropa ölkələrindəki anoloji halla müqayisə edəndə, daha yaxşı görmək olar. Ona görə də insanlar dövlətimizin onların sağlamlığının qorunması istiqamətində yürütdüyü siyasətə dəstək verməlidirlər. Biz özümüzü qorumaqla həm yaxınlarımızı, həm cəmiyyətimizi, həm də dövlətimizi qorumuş oluruq. Ona görə mən insanlarımızı karantin qaydalarının yumşaldığı dövrdə də nizam-intizamlı, məsuliyyətli  olmağa, vacib olmadıqda evdən çıxmamağa çağırıram. Əgər evdən çıxırlarsa, tibbi maskalardan istifadə etsinlər, sosial məsafəni gözləsinlər. Prezidentimizin qeyd etdiyi kimi, bu virusa birlikdə qalib gəlmək olur”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dolların yeni aya olan MƏZƏNNƏSİ 31 May 2020, 17:35 "Dərs vaxtı"nın iyunun 1-nə olan CƏDVƏLİ 31 May 2020, 17:29 İyun ayının hava PROQNOZU 31 May 2020, 17:24 Ünvanlı sosial yardımın artıq ödənişini könüllü qaytarmayanlar məhkəməyə veriləcək 31 May 2020, 17:18 Parlamentin yaz sessiyası başa çatdı 31 May 2020, 17:16 Milli Məclisdə 9 şöbə ləğv olunub - Spiker açıqladı 31 May 2020, 17:10 Estoniyada Assosiasiya prezidenti Azərbaycanın diaspora qayğısına qiymət verdi 31 May 2020, 17:06 Azərbaycanda daha 248 nəfər koronavirusa yoluxdu - 2 nəfər öldü 31 May 2020, 17:03 Bu ölkədə koronavirusa yoluxanların sayı 500 mini keçdi 31 May 2020, 17:00 Qüdrət Həsənquliyevdən deputatlara ETİRAZ: “İmkan verin işləyək” 31 May 2020, 16:57 Azərbaycanda hərbi xidmətə çağırış başa çatdı 31 May 2020, 16:52 Azərbaycan I divizionu bərpa olunmayacaq 31 May 2020, 16:41 Dünya kubokunun azərbaycanlı qalibi Ramil Səfərova şahmat əsəri YAZDI 31 May 2020, 16:40 ABŞ-ın 25 şəhərində komendant saatı elan olundu 31 May 2020, 16:38 “Türkiyədən Azərbaycana aviabiletlərin qiyməti çox yüksəkdir” - Deputat 31 May 2020, 16:32 Keçmiş prokurorun cinayət işi məhkəməyə göndərildi 31 May 2020, 16:26 Fənn olimpiadalarının final turunun keçirilmə tarixi dəyişdirildi 31 May 2020, 16:20 Sahibə Qafarova sərəncam verdi - Milli Məclis 2 gün iclas keçirəcək 31 May 2020, 16:15 “İmkanı yoxdur, 30 qəpik verib maska alsın, daha 50 manat cərimə olunmasın” 31 May 2020, 16:11 Milli Məclis maska taxmamağa görə cərimələri TƏSDİQ ETDİ 31 May 2020, 16:06 Koronavirusla bağlı Azərbaycanda hər hansı sirr yoxdur - Spiker 31 May 2020, 16:00 Azərbaycan Premyer Liqasının bərpa olunacağı tarix açıqlandı - RƏSMİ 31 May 2020, 15:55 Bu dövlət rüsumu ləğv EDİLDİ 31 May 2020, 15:50 Nazirlik “Sədərək” və “Binə” ticarət mərkəzlərinin rəhbərlərilə görüşdü 31 May 2020, 15:45 Vitse-spikerdən deputatlara: “Danışanda yüz ölçüb, bir biçmək lazımdır” 31 May 2020, 15:42 “Məni susdura bilməyəcəksiniz” - Fəzail Ağamalı 31 May 2020, 15:39 Roma Papası İlham Əliyevi təbrik etdi 31 May 2020, 15:35 Azərbaycanla Türkmənistan arasında səfirlikər üçün torpaq sahəsi ilə bağlı saziş təsdiqləndi 31 May 2020, 15:33 “Atəşkəs dövründə 34 uşaq erməni terrorunun qurbanı olub” - Hicran Hüseynova 31 May 2020, 15:30 Karantin həkimlərindən TƏBİB-ə ETİRAZ: “Niyə bizi də düşünən yoxdur?” 31 May 2020, 15:25 Əli Hüseynli Vahid Əhmədova irad tutdu: “Siz burada nahaq yerə...” 31 May 2020, 15:21 Deputatlar koronavirus testindən keçirilir 31 May 2020, 15:15 Aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti yenidən uzadıldı - AZAL 31 May 2020, 15:10 Dünyada və Azərbaycanda orta aylıq əmək haqqı – STATİSTİKA 31 May 2020, 15:05 Koronovirus Venesiya kinofestivalına mane ola bilməyəcək 31 May 2020, 14:59