Arxiv
23 May 2020, 13:59 | AKTUAL
Sanitar tələbləri pozan obyektlər - SİYAHI

İqtisadiyyat Nazirliyi fəaliyyətinə icazə verilmiş iş və xidmət sahələrində Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə monitorinqlər keçirir.

 

Nazirliyin və onun tabelyindəki qurumların əməkdaşlarının, habelə aidiyyəti dövlət qurumlarının nümayəndələrinin daxil olduğu 14 monitorinq qrupu mayın 22-də Bakı şəhərində fəaliyyət göstərən iş və xidmət sahələrində, o cümlədən marketlər, bərbərxana və gözəllik salonları, apteklər və s. obyektlərdə, istehsal müəssisələrində zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunması vəziyyətini araşdırıb.

Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, monitorinqlər Bakının bütün rayonlarını əhatə etməklə qida məhsullarının ticarəti üzrə 3, ictimai iaşə üzrə 36, qida məhsulları istehsalı üzrə 7, qeyri-qida məhsulları istehsalı üzrə 6, xidmət və digər ticarət sahələri üzrə 191 olmaqla 243 obyektdə keçirilib:

 

"Nəzarət tədbirlərinın keçirildiyi 133 obyektdə zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə tam əməl olunmadığı aşkara çıxarılıb. Monitorinq aparılan obyektlərin 16-də təmizlik və dezinfeksiya işlərinə riayət edilməməsi, 62-də əl dezinfektantları üçün nəzərdə tutulmuş dispenserlər ilə təmin olunmaması, 27-də sosial məsafənin qorunmaması, 12-də işçi heyətin qoruyucu vasitələrlə təmin edilməməsi, 15-də ticarət obyektinin daxilində maska və digər fərdi qoruyucu vasitələrdən istifadə olunmaması və s. hallara rast gəlinib.

 

Suraxanı rayonunda “Maşallah Market”də və “Urfa Lahmacun” iaşə obyektində, Binəqədi rayonunda “Panda Kids”, “Optimal Electronics” mağazalarında, “Garden Haus” restoranında, Sabunçu rayonunda “Moda Kids” mağazasında, “The Late Beauty” gözəllik salonunda və "Mufamed" MMC-yə məxsus aptekdə, Səbail rayonunda “Derimod” mağazasında, Nizami rayonunda Emin Məmmədova məxsus kafedə və "Dokta" MMC-yə məxsus “Dokta Aptek”də, Yasamal rayonunda “OBA” marketdə və s. ticarət və xidmət obyektlərində zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması halları müəyyən edilib".

" Monitorinqlər zamanı sahibkarlarla maarifləndirici söhbətlər aparılıb, müvafiq metodiki göstərişlər paylanılıb, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə tam əməl olunması, qabaqlayıcı profilaktik tədbirlərin görülməsi zərurəti bir daha diqqətə çatdırılıb.

Monitorinqlər davam edir",-deyə rəsmi məlumatda qeyd edilib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İran Avropanı kəskin tənqid etdi   6 İyun 2020, 20:10 “Bayer Leverkuzen” - “Bavariya” oyununda altı qol vuruldu 6 İyun 2020, 20:04 Dünyada koronavirusa yoluxanların sayı 7 milyona çatır 6 İyun 2020, 19:55 ÜST maska istifadəsi ilə bağlı yeni təlimatları AÇIQLADI 6 İyun 2020, 19:51 Braziliyada koronavirusdan 1 sutkada 1005 nəfər öldü 6 İyun 2020, 19:44 Gəncə və Goranboy sakinlərində narkotik aşkarlandı 6 İyun 2020, 19:33 Azay Quliyev seçicilərlə videogörüş keçirib - Foto 6 İyun 2020, 19:30 Daha bir bölgə Haftardan alındı - Liviya ordusu hücuma keçdi 6 İyun 2020, 19:22 Neft hasilatının azaldılması bir ay uzadıldı - OPEC+ 6 İyun 2020, 19:14 Moldovada COVID-19-a yoluxanların sayı 9,5 mini ötdü 6 İyun 2020, 19:05 İndoneziyada helikopter qəzası - 4 ölü 6 İyun 2020, 18:58 Dünya neft ehtiyatları 1,5 milyard barel artdı 6 İyun 2020, 18:47 Zərdabda 1 tondan artıq çətənə bitkisi məhv edildi 6 İyun 2020, 18:38 Ölkədə koronavirusla bağlı testlərin sayı açıqlandı - RƏSMİ 6 İyun 2020, 18:33 Qazax sakini evində ölü tapıldı 6 İyun 2020, 18:29 Karantin rejimini pozan 900 nəfər cərimələndi - DYP 6 İyun 2020, 18:25 "Nikol Paşinyan da dindirilməlidir" - Vanetsyan 6 İyun 2020, 18:24 Kürdəmirdə 20 yaşlı gənc göldə batıb 6 İyun 2020, 18:15 Azərbaycanda koronavirusdan sağalanların sayı 4000-i ötdü 6 İyun 2020, 18:06 Azərbaycanda koronavirus ANTİREKORDU - 379 yeni yoluxma, 2 ölüm 6 İyun 2020, 17:56 "COVİD-19"un vətənində SON DURUM 6 İyun 2020, 17:48 Sərt karantin rejimin tətbiq olunduğu rayon və şəhərlərin deputatları DANIŞDI 6 İyun 2020, 17:40 Bakıda oğul atasını bıçaqladı 6 İyun 2020, 17:31 Nazirlik regionlarda yüksəksürətli internet üçün işləri davam etdirir 6 İyun 2020, 17:23 DİM onlayn imtahanların ilk sınağını keçirdi 6 İyun 2020, 17:14 Qəbələ və Oğuza dolu yağır - Faktiki hava 6 İyun 2020, 17:06 Rəsmi Tbilisi: “Azərbaycanlılarla gürcülər arasında nifaq salmaq istəyirlər” 6 İyun 2020, 16:58 “Taliban” 38 əfqan əsgərini azad etdi 6 İyun 2020, 16:49 Deputat: "İnsan haqlarından danışan Avropa Şurası Ermənistanın pozucu siyasətinə göz yumur" 6 İyun 2020, 16:40 Ermənilər Zəngəzurdan Qarabağa 3-cü yol çəkir – XƏRİTƏ 6 İyun 2020, 16:32 Gürcüstanda azərbaycanlı polis öldü 6 İyun 2020, 16:25 “Vətəndaşların fəaliyyət istiqaməti NK-nın qərarı ilə təsdiqlənməsə və icazəsi aktivləşdirilsə, cərimələnə bilərlər” - RƏSMİ 6 İyun 2020, 16:17 Mirtağı Əsədov Gürcüstanda DTX-ya çağrıldı 6 İyun 2020, 16:08 Dalana dirənən Ermənistan rəhbərliyi vəziyyətdən çıxış yolu axtarır - Fərid Şəfiyev 6 İyun 2020, 16:00 Gəncədə narkotacir saxlanıldı   6 İyun 2020, 15:52