Modern.az

Moskvada banka hücum edən şəxs saxlanılıb

Moskvada banka hücum edən şəxs saxlanılıb

Aktual

23 May 2020, 16:57

Moskvada naməlum şəxs banka hücum edərək ordakı şəxsləri girov götürüb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, naməlum şəxs Mokvada "Zemlyanoy Val" küçəsində yerləşən "Alfa-bank"ın ofisinə hücum edərək oradakı ən azı beş nəfəri girov götürüb. 

 

Binanı partlatmaqla hədələyən qara maskalı şəxs əlindəki torbada partlayıcı qurğunun olduğunu iddia edib. 

Son məlumata görə, bank binasına hücum edən şəxs artıq təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?