Modern.az

Azərbaycan, ABŞ və İsrail səfirləri erməni radikalların hədəfində - ARAŞDIRMA

Azərbaycan, ABŞ və İsrail səfirləri erməni radikalların hədəfində - ARAŞDIRMA

Analitika

23 May 2020, 20:46

Pul və digər vasitələrlə ələ aldıqları bəzi konqresmenlərin dəstəyinə baxmayaraq erməni radikal təşkilatlarının, xüsusən də ABŞ-da yerli lobbist kimi qeydiyyatda olan Amerika erməni milli komitəsinin, (ANCA) deyəsən, son vaxtlar işləri bir o qədər də yaxşı getmir. Məsələn, ötən il ABŞ Konqresindəki Azərbaycana qarşı qanunvericilik təşəbbüsləri iflasa uğradı, ABŞ hökuməti işğal edilmiş torpaqlarımızda qanunsuz mina təmizləmə fəliyyəti aparan layihəyə maliyyəni dayandırdı və bu radikaların səylərinə baxmayaraq, ABŞ tərəfi Azərbaycana dəstəyini davam etdirməkdədir. Ötən həftə ABŞ Prezidenti cənab Donald Trampın Azərbaycan Prezidenti cənab İlham Əliyevə ölkəmizin suverenliyi və müstəqilliyin dəstəkləyən və iki dövlət aarsında tərəfdaşlığı təşviq edən məktubundan sonra erməni radikalları daha da aqressivləşib.



Onlar indi o qədər aqressivləşiblər ki, Azərbaycanla yanaşı ABŞ və İsrail səfirlərini də hədəfə almağa başlayıblar. Səbəb isə çox sadədir – hər üç rəsmi sülh və dostluq yönümündə çağırışlar etmiş və bu, radikal ermənilərin gündəliyinə uyğun gəlməmişdir. Məsələn, bu radikal təşkilat ABŞ-ın Ermənistandkı səfiri Lin Treysini erməni və Azərbaycan xalqlarının sülhə hazırlamağa çağırdığına görə hədəfə almış və ona qarşı kampaniyaya başlamışdır. Görünür ki, bu yolla xanım səfiri radikallar qorxutmağa çalışır. Düzdür, L.Treysinin ölkəsinin mövqeyini qoruduğuna görə qorxub-qorxmayacağı hələ bəlli deyil, amma aydın olan odur ki, doğru fikir və ölkəsinin mövqeyini ifadə etdiyinə görə erməni radikalları hətta çörəyini yedikləri ABŞ-ın rəsmisini belə hədələməkdən çəkinmir.
 

 

Erməni radikallarının digər savadsız hədəfi İsrailin Azərbaycandakı səfiri cənab Corc Dikdir. Səbəb isə sadədir: cənab səfirin sadəcə İsrail xalqının Azərbaycana dostluğu və xoş münasibətini ictimai şəkildə ifadə etməsi erməni radikallarının ölkəmiz barədə ABŞ-da yaymağa çalışdığı yalanlara uyğun gəlməyib.

 

 

Buna görə İsrail diplomatını hədəfə alan radikal ermənilər özləri də bilmədən rasist və anti-semitizm yönümündə şərhlər verməklə bir daha öz iç üzlərini biruzə veriblər. Maraqlıdır ki, bəzi yəhudi əsilli ekspertlər erməni radikallarının belə davranışına etiraz edərək erməni lobbistlərinin anti-semit davranışına barmaq göstərmişlər.

 

 


Erməni radikalların Azərbaycan rəsmilərinə qarşı kampaniya artıq bir ənənədir və bu kampaniyanın dərəcəsi ölkəmizin əldə etdiyi uğurlara mütənasibdir. Məsələn, nüfuzlu dərgilərdə ölkəmiz barədə dərc edilən yazıları və onların müəllifini hədəfə almaqla guya ...

 

 



Bəs erməni radikalları nə istəyir və onların belə davranışı nə ilə izah oluna bilər? Birinci suala cavab çox sadədir – erməni radikalları ona çalışır ki, olduqları ölkə erməni xulyalarını təbliğ etsinlər və həmin dövləti bu ambisiyalara alət etsinlər. Məsələn, ABŞ-da erməni radikallarının gündəliyi belədir – ABŞ-ın regiona dair siyasəti erməni prizmasından baxılsın və Türkiyə, Azərbaycan və bəzən hətta Gürcüstanla münasibətlərinin dinamıkasını onlar diqtə etsin. Başqa sözlə, onlar ABŞ-ın milli maraqlarını öz dar radikal erməni gündəliyinə tabe etdirməyə çalışırlar.


Bəs onların belə davranışı nə ilə izah oluna bilər? Bu sualın cavabı rasizmə əsaslanan radikal ideologiyadır. Bəs bu radikal ideologiya nəyi təbliğ edir? Nasistlərlə əlbir olmuş Qaregin Njdenin əsasını qoyduğu bu ideologiya erməniləri “yüksək” irqə aid etməklə “böyük ermənistan” xulyasının reallaşdırılmasına çağırır. Məlumdur ki, Ermənistanda qəhrəmanlaşdırılan nasist tərəfdarı Q.Njdeyə görə bu dövlət beynəlxalq tənqidlərə məruz qalmaqdadır. Azəraycan Prezidenti cənab İlham Əliyev də erməni baş naziri N.Paşinyanın bu mövzuda dərsini verib. Həmin o Q.Njde radikal erməni siyasi partiyası və ANCA kimi çoxsaylı törəmə təşkilatları olan daşnaksütünün üzvü olub. Hətta həmin kriminalının ABŞ-da nasist ideologiya əsasında yaratdığı təşkilat – erməni gənclər federasiyası – bu gün də fəaliyyət göstərir.

“Yüksək irq” xulyası rasizmin əsas əlamətidir. Rasizm isə həm ideologiyadır, həm də xəstəlik. Ona görə ideologiyadır ki, bir qrup radikal şəxsin özünü digərlərindən yuxarı tutmasını aşılayır və bunu həyata keçirmək üçün zorakılığı təbliğ edir. Xəstəlikdir ona görə ki, həmin qrup digərlərindən qorxur, onlara nifrət edir və düşmənçilik saxlayır. Azərbaycan Silahlı Qüvvələrinin son təlimləri də erməni radikallarının qorxularını, deyəsən lap artırıb. Bu ideoloji xəstəliyin əsas göstəricilərindən biri, onun mahiyyətcə müsbət əmələ zidd olmasıdır.

Təəssüf ki, il bütün dünyada rasizmin ən kəskin forması olan nasizm üzərində qələbənin 75-ci ildönümü qeyd edilsə də, bu ideoloji xəstəliyi bəzi radikal qruplar hələ də yaşadır və radikal erməni qrupları da buna bir nümunədir. Daşnak partiyası və onun ANCA kimi törəmə təşkilatları rasistlərə uyğun olaraq nifrət, düşmənçilik və zorakılığı təşviq etməklə pullu ermənilərdən vəsait alaraq varlandığı halda, bu ideologiyanın qurbanına çevrilmiş Ermənistan bu gün miskin vəziyyətdə yaşamaqdadır. Bu da təbiidir, çünki heç rasizm və düşmənçilik heç bir cəmiyyəti rifah və dayanıqlı inkişafa apara bilmir.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...