Arxiv
24 May 2020, 12:58 | PARLAMENT
Deputatdan XAHİŞ: “Naxçıvana reyslər bərpa edilsin - Oğul atasının dəfninə gedə bilmir”

Naxçıvana əvvəlki qrafikdə-həftədə 4 dəfə olmasa da, xüsusi hallar üçün təyyarə reysləri bərpa olunmalıdır.

 

Bu təklifi Modern.az-a açıqlamasında Milli Məclisdə Naxçıvanı təmsil edən deputat Eldar İbrahimov səsləndirib.

 

E.İbrahimov Naxçıvanın Azərbaycanın bir parçası olduğunu vurğulayıb:

 

“Mən Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün qərarlarına əməl olunmasının tərəfdarıyam və özüm də şəksiz həmin qaydalara riayət edirəm. Hara gedirəmsə, mütləq tibbi maskadan istifadə edirəm, sosial məsafə saxlayıram. Bunu etməklə təkcə özümü yox, həm də ətrafımdakıları qoruyuram. Hər bir vətəndaşın da borcudur ki, qaydalara riayət etsin. Çünki yumşalmaya gediləndən sonra yoluxanların sayında artım var.

 

Amma Naxçıvanın ölkənin tərkib hissəsi olduğunu unutmamalıyıq. Bu günlərdə mənə Naxçıvandan olan seçicilər tərəfindən çoxsaylı müraciətlər daxil olur. İnsanlar yaxınlarının dəfnində iştirak edə bilmir. Naxçıvan xarici ölkə, Türkiyə, İran, Rusiya deyil. Naxçıvan Azərbaycandır. Virusun təhlükəsinin də fərqindəyəm, Operativ Qərargahın qəbul etdiyi qərarlardan da məlumatlıyam. Amma bu günlərdə şahidi olduğum iki hadisə məni bu təklifi səsləndirməyə vadar edir.

 

Təsəvvür edin ana Naxçıvanda vəfat edib, oğul Bakıdan onun dəfninə gedə bilmədi. Digərinin də atası paytaxtda vəfat etmişdi, övladları Naxçıvandan Bakıya gələ bilmədi. Bu dəhşətli haldır, valideynin ölür və sən onun son nəfəsində yanında ola bilmirsən. İnanın onlar mənə zəng etdilər və biz bir-birimizə qoşulub ağladıq. Bu, elə bir haldır ki, sözlə ifadə etməkdə çətinlik çəkir insan”.

 

Deputat deyib ki, heç olmasa xüsusi hallar üçün həftədə 1-2 reys təşkil edilməlidir:

 

“Mən demirəm kimsə xeyir işə gedir, onun üçün reys açsınlar, heç ona icazə verməsinlər. Amma şər iş, yas elədir ki, hamımızın başına gələ bilər. Belə hallarda insanları anlamaq lazımdır.

 

Bakıdan Naxçıvana, Naxçıvandan Bakıya gedənləri həm burda, həm orda karantində saxlamaq artıqdır. Yoxlasınlar, adam sağlamdırsa, onu niyə karantində saxlasınlar, axı biz bir ölkəyik, Naxçıvana qarşı ayrı-seçkilik edilməməlidir. Mayın 31-dən Naxçıvana yolların açılması müzakirə edilir deyiblər, amma açılıb-açılmayacağı da dəqiq bilinmir.

 

Buna görə də həm Naxçıvanı təmsil edən deputat, həm də bir vətəndaş kimi Operativ Qərargahdan xahiş edirəm ki, bu kimi halları nəzərə alıb, daimi olaraq yox, həftədə 2 dəfə olmaqla reysləri bərpa etsinlər”.

 

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə mart ayından etibarən Bakı-Naxçıvan-Bakı aviareysləri dayandırılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Paytaxtda daha iki gün ictimai nəqliyyat işləməyəcək 26 Sentyabr 2020, 00:04 Soyğunçuluq edən şəxsin əlavə cinayəti üzə çıxdı 25 Sentyabr 2020, 23:55 Təyyarə qəzasında ölü sayı artdı - VİDEO, YENİLƏNİB 25 Sentyabr 2020, 23:36 Ermənilər bu yola da əl atdı 25 Sentyabr 2020, 23:18 ÜST-dən XƏBƏRDARLIQ: koronavirusdan 2 milyon insan ölə bilər 25 Sentyabr 2020, 23:01 Ucarda yük avtomobili yandı 25 Sentyabr 2020, 22:33 “Çempionat yeni başlayıb, heç də asan olmayacaq” - Qurban Qurbanov 25 Sentyabr 2020, 22:21 İsrail xaricə uçuşları dayandırdı 25 Sentyabr 2020, 22:04 Türkiyədə koronavirusdan daha 73 insan öldü 25 Sentyabr 2020, 21:52 Qadın keçmiş əri tərəfindən bıçaqlandı 25 Sentyabr 2020, 21:35 Nüfuzlu televiziyada Qarabağ münaqişəsi ilə bağlı sənədli film yayımlandı - VİDEO 25 Sentyabr 2020, 21:22 ABŞ səfirliyi amerikalıları Abşerondan kənara çıxmamağa çağırıb 25 Sentyabr 2020, 21:09 Deputat kafedə müştərini döydü – VİDEO 25 Sentyabr 2020, 20:49 İranda təyyarə qəzası 25 Sentyabr 2020, 20:32 Baş Prokurorluqdan İnstaqradakı sual-cavabla bağlı açıqlama 25 Sentyabr 2020, 20:19 Məşhur aviaşirkət mindən çox pilotu ixtisar edəcək 25 Sentyabr 2020, 20:03 Koronavirusla bağlı sürətli test yaradıldı 25 Sentyabr 2020, 19:57 Ədliyyə işçiləri və məhkumlar arasında 13 nəfərdə koronavirus aşkarlandı 25 Sentyabr 2020, 19:48 2 min nəfər vaxtından əvvəl cəzadan azad olunub 25 Sentyabr 2020, 19:39 Elektron qolbaq daşıyan məhkumların sayı açıqlandı 25 Sentyabr 2020, 19:30 Naqif Həmzəyev növbəti dəfə seçiciləri ilə görüşdü - VİDEO FOTO 25 Sentyabr 2020, 19:28 Nazirlik “Araz market” və “Al market”i CƏRİMƏLƏDİ 25 Sentyabr 2020, 19:19 Deputat Məzahir Əfəndiyev Bosniya Parlamentinə məktub göndərdi 25 Sentyabr 2020, 19:10 Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyətləri artırıldı 25 Sentyabr 2020, 19:01 Gömrüklə bağlı ən çox verilən suallar cavablandırıldı 25 Sentyabr 2020, 18:55 Tələbə köçürülməsi qaydaları dəyişdi - Baş nazirdən qərar 25 Sentyabr 2020, 18:49 Tibb Universitetinə yeni prorektor təyin olundu 25 Sentyabr 2020, 18:43 Dollar yeni həftəyə belə başlayacaq 25 Sentyabr 2020, 18:35 Deputat: “Beynəlxalq təşkilatlar Ermənistanın təxribatlarına adekvat cavab verməlidirlər” 25 Sentyabr 2020, 18:27 İlin sonunadək daha 5 yeni qəsəbə istifadəyə veriləcək - Dövlət Komitəsi 25 Sentyabr 2020, 18:20 Mikayıl Cabbarov Gəncədə sənaye müəssisələrinin fəaliyyəti ilə tanış oldu - FOTO 25 Sentyabr 2020, 18:14 Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ 25 Sentyabr 2020, 18:06 Mehmanxanalarda reydlər APARILIR 25 Sentyabr 2020, 18:00 TƏBİB-də daha bir KADR TƏYİNATI 25 Sentyabr 2020, 17:54 İki icra hakimiyyəti ləğv olunsun - MM-in Komitə sədrindən ilginc təklif 25 Sentyabr 2020, 17:48