Arxiv
26 May 2020, 11:07 | AKTUAL
Ölkəmizdə yeni texnologiyaların tətbiqi yeni uğurlar deməkdir - Deputat

"İndi bəşəriyyət elm və texnologiyaların sürətli inkişafının yeni mərhələsinə qədəm qoyub. Davamlı inkişafa yol açan əsas amillərdən biri məhz yeni texnologiyaların inkişafından, tərəqqisindən keçir. İnkişaf etmiş ölkələrin iqtisadi, sosial və mədəni inkişafı, dövlət idarəçiliyinin təkmilləşdirilməsi, bütövlükdə ictimai həyatının demokratikləşməsi elmin müasir texnologiyaların inkişafı ilə zəncirvari bağlılığından faydalanır. Bəşəriyyətin gələcəyinə gedən yolun dünyamıza rəngləndirən, işlərimizi asanlaşdıran müasir texnologiyaların verdiyi üstünlüklərlə daha hamar olduğu heç kimdə şübhə doğurmur".

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. O qeyd edib ki, qloballaşan dünyanın bir parçası kimi ölkəmizdə də yeni texnologiyalar cəmiyyətin bütün sahələrində, dövlət idarəetməsindən tutmuş vətəndaşların fərdi istehlakınadək hər yerdə geniş tətbiq olunur, insanların rifahına xidmət edir.

 

"Koronavirus pandemiyasının dünyamızı təhdid etdiyi, bir vaxtda müasir texnologiyaların aktuallığına bir daha əmin olduq. Dünyada enerji təhlükəsizliyinin formalaşmasına töhfəsini əsirgəməyən Azərbaycan texnoloji inkişafda, müasir texnologiyaların ölkəmizə gətirilməsi prosesində də irəlidədir. Genişmiqyaslı beynəlxalq tədbirlər çərçivəsində dünyanın texnoloji gündəliyinin dəfələrlə Azərbaycanda müzakirə olunması bu sahədə malik olduğumuz imkanların təqdimatına böyük töhfə olmaqla yanaşı dövlətimizin başçısı İlham Əliyevin müasir texnoloji yeniliklərə daim açıq olduğunun bariz nümunəsidir.

CISCO şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramer, vitse-prezidenti Qay Ditrix, “Signify” şirkətinin baş icraçı direktoru Erik Rondolat, MDB üzrə baş meneceri Erik Benedetti və şirkətlərin digər nümayəndələri ilə ölkəmizin Prezidenti İlham Əliyev arasında keçirilən videokonfransda COVID-19 virusu ilə mübarizə sahəsində müasir texnologiyaların əhəmiyyəinə də toxunulub.

May ayının 22-də işıqlandırma avadanlıqları, sistemləri və xidmətləri sahəsində dünyada birinci yerdə olan “Signify” şirkətinin təşəbbüsü ilə keçirilən videokonfransda kənd təsərrüfatında, o cümlədən heyvandarlıq, quşçuluq və əkinçilik sahələrində məhsuldarlığın əhəmiyyətli dərəcədə artırılması, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, su istehlakının azaldılması və s. kimi sahələrdə də yeni texnologiyaların tətbiqinin yeni uğurlara yol aça biləcəyi qeyd edilib. Azərbaycanda yeni elektron kənd təsərrüfatı sisteminin həyata keçirildiyini qeyd edən Azərbaycan Prezidenti İlham Əliyev “bu sahədə aparılan islahatlar sayəsində biz daha çox gəncin kənd təsərrüfatı üzrə mütəxəssis olmaq istədiyini və Aqrar Universitetdə bu peşəni seçmək istəyən gənclərin sayının artdığını” da diqqətə çatdırıb.

“Azərbaycan yeni texnologiyalara, innovasiyalara hazırdır. Biz artıq bunun üçün əhəmiyyətli insan kapitalı yaratmışıq və bizim dövlət xidmətləri, sosial xidmətlərlə bağlı texnologiyalarımız bu gün bəzi başqa ölkələr tərəfindən istifadə olunur”- söyləyən ölkə Prezidentimiz Azərbaycanın dinamizmə, tərəqqiyə, iş yerlərinə və rifaha gətirib çıxaran yeni texnologiyalara tam açıq olduğunu da vurğulayıb.

Dövlətimizin başçısının rəhbərliyi və siyasi iradəsi ilə həyata keçirilən islahat və layihələr postpandemiya dövründə də müasir texnologiyaların tətbiqi Azərbaycanın daha da müasirləşməsinə təkan verəcək".

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İslam Səfərlinin başına gələn ƏHVALAT - Mircəfər Bağırov niyə QƏZƏBLƏNMİŞDİ..  10 İyul 2020, 14:00 DYP: “Sürücülərin icazəsini radarlarla müəyyənləşdirə bilirik” - VİDEO 10 İyul 2020, 13:50 Kliniki Tibbi Mərkəzin həkimi koronavirusa yoluxdu   10 İyul 2020, 13:44 Azərbaycana çəyirtkə dəstələrinin "hücumu" başladı - VİDEO 10 İyul 2020, 13:38 Şamaxılı Mahmud ağa - Məşhur mesenatın məzarı niyə baxımsızdır? - Tədqiqatçı-alimdən ÇAĞIRIŞ 10 İyul 2020, 13:33 Pandemiya dövründə bu işdə çalışanlar yüksək maaş alıb 10 İyul 2020, 13:27 Kapital Bank-ın dəstəyi ilə Qarabağ əlillərinə və şəhid ailələrinə evlər VERİLDİ   10 İyul 2020, 13:22 Hərbi Prokurorluqda yeni TƏYİNAT 10 İyul 2020, 13:16 Sabah Bakıya yağış, rayonlara dolu yağacaq - PROQNOZ 10 İyul 2020, 13:10 Hesablama Palatası “Dövlətqaçqınkom”u da yoxladı 10 İyul 2020, 13:05 Rusiyada koronavirusdan ölənlərin sayı 11 mini KEÇDİ 10 İyul 2020, 12:59 Azərbaycanın üzv olduğu razılaşmanın CIĞAL ÜZVLƏRİ 10 İyul 2020, 12:53 Pambıq əkinlərində suvarma problemləri və həlli yolları müzakirə olundu - FOTO 10 İyul 2020, 12:48 Prezidentin köməkçisi pandemiya dövründə Azərbaycana gətirilən vətəndaşların sayını açıqladı 10 İyul 2020, 12:43 Hesablama Palatası Səhiyyə Nazirliyində nöqsanlar AŞKARLADI 10 İyul 2020, 12:37 Palata Nazirlikdə əsassız pensiya təyinatları AŞKARLADI 10 İyul 2020, 12:34 Baş prokuror sabiq deputatın oğluna yeni vəzifə verdi 10 İyul 2020, 12:31 Milli komandamızın yeni baş məşqçisi bu 3 nəfərdən hansı olacaq? 10 İyul 2020, 12:27 Goranboyda vətəndaşlara pulsuz maska paylanılıb - FOTO 10 İyul 2020, 12:24 Novruz Aslanov seçicilərin problemləri ilə maraqlandı   10 İyul 2020, 12:21 Dövlət Agentliyi Ağstafanın mərkəzi bazarında yoxlama apardı - FOTO 10 İyul 2020, 12:17 Baş prokurorun müavini videokonfransda iştirak etdi 10 İyul 2020, 12:12 Daşkəsənə istirahətə gedənlər CƏRİMƏLƏNDİ 10 İyul 2020, 12:06 AZAL sərnişinlərə müraciət etdi 10 İyul 2020, 12:02 “Koronavirusa yoluxmuş həkim Cavid Paşayevin vəziyyəti ağırlaşıb” - Rəşad Mahmudov 10 İyul 2020, 12:00 Azərbaycanın bu bölgəsində virusa yoluxanların sayı 146-ya ÇATDI 10 İyul 2020, 11:55 Sabiq deputatlar niyə maddi sıxıntıdan ŞİKAYƏTLƏNİRLƏR?.. 10 İyul 2020, 11:49 Neftin barreli 150 dollara satılacaq - PROQNOZ 10 İyul 2020, 11:47 Oğurluq edib, sonra evi yandıran şəxslər saxlanıldı - FOTO 10 İyul 2020, 11:41 Mehriban Əliyeva virusa yoluxmuş daha bir həkimlə bağlı TAPŞIRIQ VERDİ 10 İyul 2020, 11:35 Pərvin Kərimzadə: Bu günkü reallıqlar işğalçı Ermənistanın faşist niyyətini təsdiq edir   10 İyul 2020, 11:30 BMT nümayəndəsi əhaliyə çağırış etdi - “Bunu Azərbaycan üçün edin” 10 İyul 2020, 11:25 Yaponlar bu dərmanın koronavirusa qarşı faydasız olduğunu SÜBUT ETDİ 10 İyul 2020, 11:20 Azərbaycanda daha bir həkim koronavirusdan öldü - FOTO 10 İyul 2020, 11:15 Hacıqabulda reydlər davam edir - FOTO 10 İyul 2020, 11:09