Modern.az

Avropalı diplomat: Amerika dövrünü Asiya dövrü əvəzləyir

Avropalı diplomat: Amerika dövrünü Asiya dövrü əvəzləyir

26 May 2020, 18:44

Avropa İttifaqı diplomatiyasının rəhbəri Jozep Borrel Almaniyada səfirlərlə keçirdiyi videokonfrans zamanı “gözümüzün qarşısında Amerika dövrü bitir və Asiya dövrü başlayır”- fikrini səsləndirib.

Modern.az xəbər verir ki, çıxışı zamanı o, Asiyanın getdikcə  iqtisadiyyat, təhlükəsizlik və texnologiyalar sahəsində daha əhəmiyyətli rol oynayacağını bildirib. Diplomat analitiklərin bunu çoxdan proqnozlaşdırdığını, koronovirusun isə bu prosesi daha da süətləndirdiyini deyib.

“XX əsr Amerika əsri oldu, əgər XXI əsr Asiya əsri olarsa, onda pandemiya bu prosesin baş verməsində həlledici rol oyanamaqla yadda qalacaq” – Borrel vurğulayıb. Avropalı diplomat Vaşinqton və Pekin arasındakı rəqabətin çoxşahəli sistemi iflic vəziyyətinə saldığını, həm də beynəlxalq təşkilatlarda veto və fikir ayrılıqlarının artmasına səbəb olduğunu qeyd edib. Onun sözlərinə görə, dünya getdikcə daha da rəqəmsallaşır və onu idarə etmək asanlaşır. Əsas məsələ kimin rəqəmsal şəbəkəni tənzimləməsi və standartları müəyyən etməsidir. Jozep Borrel hesab edir ki, dünyada sərbəstlik, firavanlıq azala, bərabərsizlik, parçalanma arta bilər.                

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır