Modern.az

Jalə Əliyeva: "Azərbaycana münasibətdə onların ədalət tərəzisinin gözü kordur"

Jalə Əliyeva:

Aktual

27 May 2020, 15:34

"Avropa İnsan Hüquqları Məhkəməsi 26 may tarixli iclasında “Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı” adlı qərar qəbul edib. Həmin qərar da Azərbaycan zabiti Ramil Səfərovla, 2004-cü ildə Macarıstanda yaşanmış hamıys məlum olayla bağlıdır. Qeyd edim ki, bu qərarın Azərbaycan üçün ciddi hüquqi anlam və əhəmiyyət daşımadığı qənaətindəyəm. Bu qərar heç bir hüquqi məsuliyyət yaratmır və yarada da bilməz".

 

Bu fikirləri Modern.az-a Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədr müavini, professor Jalə Əliyeva bildirib.

Onun sözlərinə görəi, bu qərar əslində və heç də gerçəklikləri, reallıqları təftiş etmir:

"Gerçəkliklər və reallıqlar da odur ki, Qarabağ od-alovunu canında, ruhunda yaşamış, çiyinlərində daşımış, hələ uşaq, yeniyetmə yaşlarındaykən erməni qəddarlıqlarını görmüş, dogma ata-baba yurdundan zorla didərgin salınmış Azərbaycan gəncinin, Azərbaycan zabitinin nələr yaşadığını, daxilində hansı fırtınlar qopduğunu Avropa Məhkəməsindəkilər bilməyə bilər, ancaq bunu yaşayan bizlər çox yaxşı bilir və olduğu kimi də qiymətləndiririk. Əslində Avropa Məhkəməsi, onun arxasında dayanan dairələr bu məkanda, bu coğrafiyada, eləcə də dünyamızda həqiqətən əsl haqq-ədalət carçıları, təəssübkeşləridirlərsə, son 32 ildə Azərbaycan xalqının, Azərbaycan türklərinin - indiki Ermənistan adlanan dövlətdə, həm də Azərbaycanımızın özündə - başına gələn və gətirilən erməni vandalizminə, erməni barbarlığna, ermənilərin insanlıq, bəşər əleyhinə olan cinayətkarlıq əməllərinə qiymət verməliydilər. Ən azı Xocalı soyqırımına, sivil dünyanın gözləri önündə törədilmiş bu dəhşətli qətliama ədalətli qiymət versələr, onu soyqırımı aktı kimi tanısalar, hərbi canilər olan Sarkisyanları, Koçaryanları, Ohanyanları və digər əli qanlı "yan" ları məşhər ayağına çəksəydilər nəticədə 2004-ci ildə də məlum hadisə yaşanmazdı… Amma təəssüflər ki, bunlar olmadı, edilmədi və… Ona görə Avropa Məhkəməsi ədalətdən danışa bilməz və onun Ramil Səfərovla bağlı hər hansı qərarı da bizim üçün Qarabağ uğrunda haqlı savaşımızda heç bir anlam kəsb edə, heç bir əngəl, maneə ola, bizi yolumuzdan geri döndərə bilməz.

 

Bununla bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəyanatında da vurğulandığı kimi, bütün bəlaların kökündə Ermənistanın Azərbaycana qarşı təcavüz siyasəti və bu siyasətin hələ də öz həllini tapmamış nəticələri durur. Bu baxımdan da, iki xalq arasındakı düşmənçiliyə son verilməsinin yeganə yolu münaqişənin nəticələrinin aradan qaldırılması, yəni Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazilərindən işğalçı qüvvələrin çaxırdılması və bu ərazilərdən didərgin salınmış yüz minlərlə insanın fundamental hüquqlarının təmin edilməsidir. Kaş ki, Avropa Məhkəməsi Ermənistanın Azərbaycana qarşı həyata keçirtdiyi təcavüz siyasətini və Ramil Səfərovun məhz bu təcavüz siyasətinin qurbanına çevrilən bir milyondan artıq məcburi köçkündən biri olduğunu da qeyd edəydi… Amma… təəssüf ki, Azərbaycana münasibətdə onların Ədalət Tərəzisinin gözü hələ də kor olaraq qalır".

Jalə Əliyeva məsələnin nə üçün bu cür cərəyan etməsinin hər kəsə yaxşı məlum olduğunu qeyd edib:

"Onlar üçün heç bir dəyər, heç bir ülvi hiss, vətən, dövlət, xalq təəssübkeşliyi deyilən anlam yoxdur. Onları ancaq və ancaq öz çirkin və cılız şəxsi maraqları düşündürür. Qulluqlarında dayandıqları, alətlərinə çevrildikləri dairələrin əmr qullarıdırlar, aldıqları əmrə uyğun da hərəkət edirlər. Həmin dairələrin kimliyi hər kəsə bəllidir-ermənipərəst antiAzərbaycan dairələr, mərkəzlər… Ancaq bilsinlər və unutmasınlar ki, nə edirlər-etsinlər, heç nəyə nail ola bilməyəcəklər… Hər zaman olduğu kimi, bundan sonra da məğlubiyyətə məhkum olacaqlar, daim xalqın nifrəti ilə qarşılanacaqlar… Azərbaycan xalqı və dövləti nə onlara, nə də antiAzərbaycan dairələrə məğlub olacaq, əksinə, həm bu cəbhədə, həm də hərb meydanında qələbə, zəfər qazanacaqdır.

 

Ramil Səfərova gəlincə, o, bu xalqın dəyərli, qiymətli oğullarındandır. 2004-cü ildən bu yana Azərbaycan xalqı və dövləti öz oğlunu necə qoruyubsa, ona necə sahiblənibsə, bundan sonra da elə o şəkildə qoruyacaq, o şəkildə də sahiblənəcək".

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi