Modern.az

Azərbaycanda koronavirusla bağlı son STATİSTİKA

Azərbaycanda koronavirusla bağlı son STATİSTİKA

Aktual

27 May 2020, 21:14

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 27-nə olan statistik göstəriciləri açıqlayıb.

Modern.az  xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 4 325 test edildiyi bildirilib.

Məlumata görə, yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədarindiyədək 280 663 test aparılıb.

Qeyd edək ki, bu gün Azərbaycanda daha 165 nəfər koronavirusa yoluxub, 78 nəfər sağalıb, 2 nəfər isə vəfat edib.

Bununla da ölkəmizdə koronavirusa yoluxanların sayı 4 568 nəfərə, sağalanların sayı 2 897 nəfərə, ölənlərin sayı isə 54 nəfərə çatıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı