Modern.az

Bakıda avtomobil maneəyə çırpıldı: xəsarət alanlar var

Bakıda avtomobil maneəyə çırpıldı: xəsarət alanlar var

Aktual

27 May 2020, 22:19

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat baş verib.

Modern.az xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Minik avtomobili idarəetmədən çıxaraq beton maneəyə çırpılıb. Hadisə nəticəsində avtomobildə olan 1984-cü il təvəllüdlü Ağayev Rüstəm Təyyar oğlu və 1997-ci il təvəllüdlü Osmanova Elyanura Fəxri qızı xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onlara bədənin küt travması, döş qəfəsinin əziyi diaqnozları qoyulub. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir. (Report)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi