Modern.az

Türkiyədə 161 min insan COVİD-19-a yoluxdu

Türkiyədə 161 min insan COVİD-19-a yoluxdu

28 May 2020, 21:48

Türkiyədə son sutka ərzində daha 30 nəfər koronavirusdan ölüb.


Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.


Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 4 461 nəfərə çatıb:

"Bu gün ölkədə koronavirus testindən keçən 33 559  nəfərdən  1 182-nin cavabı pozitiv çıxıb. Bununla da yoluxanların ümumi sayı  160 979  nəfərə çatıb. Müalicə olunan 1 576  xəstə isə bu gün evə buraxılıb. İndiyədək  124 369  nəfər koronavirusdan müalicə olunub".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir