Arxiv
28 May 2020, 22:54 | AKTUAL
28 May Azərbaycan qədər Türkiyənin də əziz günüdür - Qənirə Paşayeva

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, siyasi elmlər doktoru Qənirə Paşayeva bu gün, 28 May Respublika Günü münasibəti ilə, iki mühüm konfransda iştirak və çıxış edib.

 

Modern.az xəbər verir ki, SOCAR AQŞ-nin təşkilatçılığı ilə, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, keçmiş səfir Hülusi Kılıç, deputatlar Məlahət İbrahimqızı, Hikmət Babaoğlu və Anar İsgəndərovun, Azərbaycandan və qardaş Türkiyədən olan digər ziyalıların qatıldığı virtual konfransda çıxış edən Qənirə Paşayeva, 28 Mayın Azərbaycan qədər Türkiyənin də əziz günü olduğunu deyib, müsəlman Şərqinin ilk cümhuriyyətinin quruculuğunu bütün türk-müsəlman xalqları üçün əlamətdar tarixi hadisə kimi dəyərləndirib.

 

Xanım Paşayeva bir milli gün və dövlət bayramı kimi ümumxalq məhəbbəti ilə hər il coşğulu şəkildə keçirilən bayramın bu il qlobal pandemiya ilə əlaqədar müəyyən məhdudiyyətlər çərçivəsində keçirildiyini, lakin sosial şəbəkələrin Azərbaycan və Türkiyə seqmentinin üçrəngli müqəddəs Azərbaycan bayrağı ilə süsləndiyini, İstanbulun məşhur Qalata Qülləsinin, İstanbulun hər iki yaxasını birləşdirən körpülərin Azərbaycan bayrağı rəngləri ilə bəzəndiyini minnətadrlıqla qeyd edib. Dünya liderlərinin, o cümlədən qardaş ölkələrin dövlət, hökumət başçılarının, nüfuzlu ziyalıların, beynəlxalq qurumların başçıları tərəfindən, eləcə də, dünya azərbaycanlılarının və vətəndaşlarımızın Azərbaycan Prezidentinin ünvanına saysız-hesabsız təbrik məktubları göndərdiyini xatırladan komitə sədri, mötəbər insanların iştirakı ilə keçirilən belə virtual konfransların da, icitmai fikrin qidalanması, qardaşlıq bağlarının güclənməsi, birliyimizin nümayişi və fikir mübadiləsi baxımından özünəməxsus dəyər daşıdığını deyib.

 

 

Bakının Binəqədi rayonunda yerləşən 283 saylı tam orta məktəbin təşkil etdiyi digər virtual konfransa məruzəçi qismində dəvət olunan millət vəkili, təhsil işçilərimizin dövlətlə, dövlətçiliklə bağlı tarixi günlərə biganə qalmamasından məmnunluğunu dilə gətirərək, 283 saylı məktəbin həmişə özünəməxsus təlim-tərbiyə, tədris göstəriciləri, uğurları ilə seçildiyini qeyd edib. Məktəbin fədakar kollektivinin, direktor Tünzalə Zeynalovanın bu uğurlarda xüsusi roluna görə təşəkkürünü çatdıran Q.Paşayeva, öncələr də, ayrı-ayrı əlamətdar hadisələr, tarixi günlər münasibəti ilə keçirilən konfranslarda məktəbin qonağı olduğunu mənuniyyətlə xatırlayıb. Bu ilki bayram tədbirinin virtual şəkildə keçirildiyini, bununla belə, bir çox idarə və müəssislələrimiz kimi, tədris ocaqlarımızın da qlobal pandemiya dövrünün gerçəkliklərinə çevik şəkildə uyğunlaşa bildiyini, “onlayn” və “teledərslər”, digər zəruri tədbirlərlə təhsil sahəsində boşluq yaranmadığını deyib.

Komitə sədri, bu məqamın özünü də, 28 May – Respublika Gününün mahiyyətinə uyğun gəldiyini bildirib. Dövlət müstəqilliyimizin gələcəyinin bugünkü gənc nəslə nəyi və necə öyrədə biləcəyimizdən çox asılı olduğunu xatırladan Q.Paşayeva, 102 il öncə ilə müqayisədə bu gün oxumağın, təlim-tərbiyə ilə məşğul olmağın dəfələrlə üstün imkanlara, dövlət təminatına əsaslandığını xüsusi qeyd edib:

 

 

“Deməli, müstəqilliyin verdiyi nemətlərin dəyərini bilməliyik. Dövlət müstəqilliyini elan etmiş, çox çətin tarixi təlatümlər içində bu müstəqilliyi dünya birliyinə qəbul etdirmiş qurucu babalarımız kimi, bu gün dövlət müstəqilliyini dünyada, regionda cərəyan edən mürəkkəb ictimai-siyasi, hərbi gərginliklərə baxmayaraq davam və inkişaf etdirən dövlət başçımız da öz səyləri ilə tarix yazır. Biləvasitə pandemiya dönəmində həyata keçirilən dövlət tədbirlərinin xalqımızın bu problemdən ən az itkilərlə çıxması üçün xüsusi əhəmiyyət daşıdığını hər birimiz görürük. Bizlərin də öz yerimizdə, məşğul olduğumuz, məsuliyyət daşıdığımız işlərdə vətəndaş məsuliyyəti hiss etməyimiz ümumi işə töhfə olmaqdadır. Bir daha hər birinizi Respublika Günü münasibəti ilə təbrik edir, hər birinizə şəxsi həyatınızda, şərəfli müəllim fəaliyyətində yeni-yeni uğurlar arzulayıram!”

 

Turan ASLAN

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Kürdəmirdə ata oğlunu güllələyərək öldürdü 12 İyul 2020, 10:38 Gürcüstanda koronavirusa yoluxanların sayı 986 nəfərə çatdı 12 İyul 2020, 10:28 Böyük Britaniyada virusdan ölənlərin sayı 44 min 798 nəfərə çatdı 12 İyul 2020, 10:22 Çində 5.1 maqnitudalı zəlzələ 12 İyul 2020, 10:18 Gəncədə yaşayış evlərini su basdı 12 İyul 2020, 10:12 ABŞ-da son sutkada 71 mindən çox insanda koronavirus aşkarlandı 12 İyul 2020, 09:59 İndoneziyada koronavirusla mübarizə üçün evkaliptdən boyunbağı hazırlandı 12 İyul 2020, 09:51 Rusiyada koronavirus üçün peyvəndin ilk sınağı başa çatdı   12 İyul 2020, 09:40 Müdafiə Nazirliyi cəbhədəki gərginliklə bağlı məlumat yaydı 12 İyul 2020, 09:35 İsveçrədə robot ərzaq köşkləri fəaliyyətə başladı 12 İyul 2020, 09:30 Dünyanın qeyri-adi memarlıq abidələri 12 İyul 2020, 09:19 Yaponiya şirkəti tərcüməçi-maska hazırladı 12 İyul 2020, 09:09 Kassirin səhvi pensiyaçını milyonçu etdi 12 İyul 2020, 09:05 Türkiyədə ən hündür körpünün açılışı oldu 12 İyul 2020, 09:00 İngiltərədə 2500 il bundan əvvələ aid insan skeleti tapıldı 12 İyul 2020, 08:51 ABŞ-da iki polis əməkdaşı öldürüldü 12 İyul 2020, 08:46 Almaniyada daha 248 nəfər virusa yoluxdu - 3 ölü 12 İyul 2020, 08:35 Məşhur hind aktyoru və oğlu koronavirusa yoluxdu 12 İyul 2020, 08:25 Tramp pandemiya dövründə ilk dəfə tibbi maskadan istifadə etdi 12 İyul 2020, 08:15 İŞİD-dən hərbçilərə qarşı terror 12 İyul 2020, 00:51 Britaniyada koronavirus qurbanlarının sayı 44 798-ə çatıb 12 İyul 2020, 00:38 Azərbaycanda prokuror koronavirusa YOLUXDU 12 İyul 2020, 00:23 Abşeronda avtomobil yandı 11 İyul 2020, 23:57 Mikroavtobus qəzasında yaralananların kimliyi bilindi - YENİLƏNİB 11 İyul 2020, 23:45 Xəzər sahilinə S-300 zenit raket kompleksi yerləşdirildi 11 İyul 2020, 23:31 Messidən daha bir tarixi rekord 11 İyul 2020, 23:19 Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı 339 nəfərə çatdı - STATİSTİKA 11 İyul 2020, 23:00 Şəhriyar Məmmədyarovdan növbəti qələbə 11 İyul 2020, 22:46 Əfsanəvi aktyor koronaya yoluxdu 11 İyul 2020, 22:29 İtaliyada koronavirusdan sutkalıq ölüm halı 7  nəfərədək azaldı 11 İyul 2020, 22:12 Baydendən Ərdoğana çağırış 11 İyul 2020, 21:56 Türkiyədə daha  21 nəfər koronavirusun qurbanı oldu 11 İyul 2020, 21:37 Daha bir həkimimiz koronovirusdan ÖLDÜ 11 İyul 2020, 21:18 Koronavirusun yayılması ilə bağlı yeni İDDİA 11 İyul 2020, 21:14 Aqrar sahəyə ayrılan vəsaiti mənimsəyən mütəşəkkil DƏSTƏ YAXALANDI - VİDEO 11 İyul 2020, 20:56