Modern.az

İtaliya çempionatı iyunun 20-də bərpa olunacaq

İtaliya çempionatı iyunun 20-də bərpa olunacaq

28 May 2020, 23:34

İtaliyada koronavirus səbəbindən dayandırılan futbol üzrə ölkə çempionatı iyun ayının 20-də bərpa olunacaq.

Modern.az xəbər verir ki, bu barədə ölkənin idman naziri Vinçenso Spadafora deyib.

Qeyd edək ki, çempionat mart ayının əvvəlində koronavirusun yayılması ilə bağlı dayandırılıb.

İtaliya çempionatının turnir cədvəlində 26 oyunda 63 xal qazanan Turinin "Yuventus" klubu liderdir. İkinci yerdə 26 oyundan sonra 63 xalla Romanın "Lasio" komandası, üçüncü yerdə isə 25 oyunda 54 xal qazanan Milanın "İnter" komandası gəlir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı