Arxiv
29 May 2020, 19:30 | QARABAĞ
Tural Gəncəliyev Qarabağ separatçılarının rəhbərinə CAVAB VERDİ

“Ermənistan tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş Qarabağ bölgəsində yaradılmış qondarma rejimin "başçısı" Araik Arutunyan bildirib ki, əgər Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin erməni icmasının öz müqəddəratını təyinetmə hüququnu tanıyarsa və təhlükəsizlik təminatı verərsə, münaqişə mərhələli şəkildə həll edilə bilər”.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev deyib.

 

“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri olaraq bildirmək istəyirəm ki, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllini və Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin hər iki icmasının sülh şəraitində birgə yaşamasını və inkişafını fəal şəkildə dəstəkləyirik.

 

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni icması 1975-ci il Helsinki Yekun Aktında nəzərdə tutulmuş öz müqəddəratını təyinetmə prinsipindən bölgənin azərbaycanlı icması ilə birlikdə bərabərhüquqlu şəkildə və Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində istifadə edə bilər. Öz müqəddəratını təyinetmə prinsipi heç bir halda ölkələrin ərazi bütövlüyünün pozulması, işğal faktının legitimləşdirilməsi, yaxud ərazilərin ilhaqı ilə nəticələnə bilməz.

 

Təhlükəsizlik təminatı ilə bağlı səslənən fikirlərə gəldikdə isə qeyd etməliyəm ki, Ermənistan – Azərbaycan münaqişəsindən ən çox əziyyət çəkən məhz əraziləri işğal olunmuş Azərbaycan Respublikası və mənim kimi öz doğma yurdlarından didərgin salınmış yüzminlərlə azərbaycanlı məcburi köçkünlərdir”, - o bildirib.

 

Onun sözlərinə görə, Azərbaycan Dağlıq Qarabağ bölgəsinin erməni icması üçün yeganə təhlükəsizlik riski işğala əsaslanan hazırki status-kvonun Ermənistan tərəfindən qorunub saxlanılması siyasətidir:

 

“Ermənistan Silahlı Qüvvələrinin mərhələli həllin tərkib hissəsi kimi Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və azərbaycanlı məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki erməni icması üçün heç bir təhlükə yaratmayacaq. Ermənistanın və qondarma rejimin təhlükəsizliklə bağlı iddiaları münaqişənin həllini yubatmaq və nəticədə Azərbaycan ərazilərinin işğalını uzatmaq üçün bəhanədən başqa bir şey deyildir.

 

Bundan əlavə nəzərə alınmalıdır ki, Ermənistan – Azərbaycan münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun hər üç həmsədr ölkəsi BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir və onlar əldə olunacaq sülh sazişinə cavabdeh olacaqlar. Elə təkcə bu amil Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində təhlükəsizliyin təmin edilməsi ilə bağlı çox önəmli bir məqamdır.

 

Buna görə də Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq bir daha erməni icmasını icmalararası dialoq təklifimizə səs verməyə çağırırıq.

 

Son olaraq bildirmək istərdim ki, zaman-zaman kriminal məsələlərdə adı hallanmış oliqarx A.Arutunyan öz açıqlamaları ilə “siyasət” və “idarəetmə”də nə qədər savadsız, təsadüfi və oyuncaq bir fiqur olduğunu göstərir. Onun Azərbaycanı hədələməsi isə istehza və gülüş doğurur. Əslində, bu qondarma “başçı”nın özü də yaxşı dərk edir ki, bölgənin erməni icmasının Azərbaycanın suverenliyindən kənar heç bir gələcəyi yoxdur. Tam ümidvarıq ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni icması tezliklə belə kriminal ünsürlərin “hakimiyyəti”ndən azad olunacaqdır.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi ölkəmiz öz ərazi bütövlüyünü təmin edəcək və işğaldan azad edilmiş bütün torpaqlarda bərpa işləri aparılacaqdır”, T. Gəncəliyev qeyd edib. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda jurnalistin evindən oğurluq 14 İyul 2020, 23:51 DİN vətəndaşları toplaşmalardan çəkinməyə çağırdı 14 İyul 2020, 23:39 Orduya dəstək üçün gənclər Şəhidlər xiyabanına toplaşır - CANLI YAYIM 14 İyul 2020, 23:20 Düşmənin daha bir hərbi obyekti məhv edildi - VİDEO 14 İyul 2020, 23:06 Türkiyədə COVİD-19 qurbanlarının sayı 5 402-yə çatdı 14 İyul 2020, 22:52 Alman mediası cəbhədəki vəziyyətdən yazdı 14 İyul 2020, 22:36 İtaliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir 14 İyul 2020, 22:23 Əsgərin könlündə taxt quran GENERAL - Polad Həşimovla bağlı XATİRƏLƏR 14 İyul 2020, 22:20 Azərbaycanlı hakerlər daha 30-ya yaxın erməni saytını dağıdıblar 14 İyul 2020, 22:11 “Mən atəşkəs yox, qisas istəyirəm...” - Şəhid polkovnikin xanımı şəhid generaldan yazdı 14 İyul 2020, 21:59 Şəhid mayor Namiq Əhmədov dəfn olunub 14 İyul 2020, 21:46 Türk Şurası Ermənistanın təxribatını sərt şəkildə pislədi - BƏYANAT 14 İyul 2020, 21:38 Ermənilərin Tovuzu atəşə tutduğu uzunmüddətli atəş nöqtəsi məhv edildi - VİDEO 14 İyul 2020, 21:22 Ərdoğandan Azərbaycana DƏSTƏK 14 İyul 2020, 21:14 Bakıda şəhid polkovnikin cənazəsinin qarşılayan yürüş... 14 İyul 2020, 20:58 NATO cəbhədəki durumla bağlı Minsk qrupuna çağırış etdi 14 İyul 2020, 20:47 Heç nəyə və heç kimə baxmadan Qarabağı azad etməliyik! 14 İyul 2020, 20:40 Azərbaycanda daha 543 yoluxma, 6 ölüm 14 İyul 2020, 20:31 Karantin qaydasını pozan müğənni Nura Suri cərimələndi 14 İyul 2020, 20:22 Cəbhədə vəziyyət yenidən gərginləşdi – Düşmən Tovuzu atəşə tutdu 14 İyul 2020, 20:13 Ermənistan FHN əhalinin təxliyəsinə hazırlaşır 14 İyul 2020, 20:04 Azərbaycan diasporu  Ermənistanın məkrli niyyətini pisləyir   14 İyul 2020, 19:54 “Azəriqaz”dan borclu olmadığını iddia edən abonentə CAVAB 14 İyul 2020, 19:45 Ermənistan artilleriyasının idarəetmə məntəqəsi məhv edildi - VİDEO 14 İyul 2020, 19:36 Şəhid generalımızın nəşi doğulduğu rayona gətirildi 14 İyul 2020, 19:27 Azərbaycandan Avropa Parlamentinə MÜRACİƏT 14 İyul 2020, 19:18 DTX-dan ordu ilə bağlı yalan məlumat yayanlara XƏBƏRDARLIQ 14 İyul 2020, 19:09 Məmmədyarovun iranlı həmkarı ilə telefonla DANIŞDI  14 İyul 2020, 19:00 Ünvanlı sosial yardıma edilən dəyişiklilər qüvvəyə mindi  14 İyul 2020, 18:51 Yeni dərs ili üçün 339 adda dərslik çap olunacaq 14 İyul 2020, 18:42 Ermənilərin atəşə tutduğu kəndin elektrik xətləri bərpa edildi - Fotolar+Video 14 İyul 2020, 18:33 Pandemiya dövründə İƏT-in fəaliyyət istiqamətlərinə həsr olunmuş virtual mediaforum keçirilDi- FOTO 14 İyul 2020, 18:25 Ermənistan ordusunun daha 2 hərbçisi məhv edildi - ADLAR 14 İyul 2020, 18:18 Dolların məzənnəsi sabit qaldı 14 İyul 2020, 18:12 "Azərbaycanın yanında durmağa davam edəcəyik” - Türkiyənin Müdafiə naziri 14 İyul 2020, 18:06