Modern.az

Bakıda polis əməliyyat keçirdi - saxlanılanlar var 

Bakıda polis əməliyyat keçirdi - saxlanılanlar var 

30 May 2020, 09:20

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

 

Modern.az-ın məlumatına görə, Xətai rayon Polis İdarəsinin Post-Patrul Xidməti və 35-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 128-ci maddəsilə məhkum olunmuş, 1985-ci il təvəllüdlü Azər Məmmədov saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 0,472 qram heroin aşkar edilərək götürülüb.

 

Daxil olan əməliyyat məlumatı əsasında Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları da rayon ərazisində keçirdikləri əməliyyat əsasında Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 234-cü maddəsilə məhkum olunmuş 1980-ci il təvəllüdlü Əfqan Ağayevi və 1985-ci il təvəllüdlü Həmid Meybullayevi saxlayıb. Üzərlərinə baxış keçirilərkən Ə.Ağayevdən 15, 530 qram, H.Meybullayevdən isə 0,168 qram heroin aşkar edilərək götürülüb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir