Modern.az

Nazirliyin səyyar mikroavtobusları Masallıda

Nazirliyin səyyar mikroavtobusları Masallıda

30 May 2020, 17:17

Kənd Təsərrüfatı Nazirliyinin səyyar mikroavtobusları Masallı rayonunda səyyar xidmətə başlayıb.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları və Aqrar İnkişaf Könüllüləri Qızılağac, Yeddioymaq, Qarğalıq, Səmidxan və Şıxlar kəndlərində yazlıq əkinlərin bəyanı və arı ailələrinin qeydiyyata alınması ilə bağlı fermerlərə səyyar xidmət göstəriblər. Xidmətdən ümumilikdə 200-dən çox fermer yararlanıb.



Səyyar xidmət zamanı fermerlərə tibbi maskalar paylanıb, dezinfeksiya tədbirləri görülüb, növbənin təşkili zamanı sosial məsafə prinsipinə riayət edilib. Masallıda fermerlərə səyyar xidmət davam etdiriləcək.



Nazirliyinin səyyar xidmət mikroavtobusları Şəmkir, Şəki, Xaçmaz, Kürdəmir və Bərdə rayonlarında da xidməti davam etdirir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir