Modern.az

OPEC+ ölkələrinin nazirləri bu tarixdə görüşəcək

OPEC+ ölkələrinin nazirləri bu tarixdə görüşəcək

Aktual

31 May 2020, 21:10

OPEC+ ölkələrinin nazirləri iyunun 9-10-na planlaşdırılan görüşün daha əvvəlki tarixə keçirilməsini müzakirə edirlər.

Modern.az xəbər verir ki, nazirlərin görüşü iyunun 4-də keçirilə bilər.

Qeyd olunur ki, tərəflər ötən ay qəbul edilmiş neft hasilatının azaldılması barədə sazişin müddətinin artırılmasını tezləşdirmək üçün bu cür qərar veriblər.

Əvvəlki cədvələ əsasən, iyunun 4-5-də OPEC+ texniki komitəsinin iclası, iyunun 8-də nazirlər monitorinq komitəsinin, 9-10-da isə OPEC və təşkilata daxil olmayan ölkələrin nazirlərinin görüşü keçirilməli idi.

Xatırladaq ki, OPEC+ ölkələri neft hasilatının təxminən 10 milyon barel/sutka azaldılması barədə razılıq əldə etmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir