Modern.az

Ağstafada ağır qəza: 2 yaralı var

Ağstafada ağır qəza: 2 yaralı var

31 May 2020, 21:45

Ağstafa rayonunun Poylu kəndində "VAZ" markalı minik avtomobilinin körpüdən aşması nəticəsində xəsarət alanlardan ikisinin kimliyi məlum olub.

Modern.az xəbər verir ki, "VAZ" markalı avtomobilin idarəetmədən çıxaraq körpüdən aşması nəticəsində 2 nəfər, Yenigün kənd sakini, 1981-ci il təvəllüdlü İbrahimov Vidadi Vaqif oglu və Qaçaq Kərəm kənd sakini, 1979-cu il təvəllüdlü Abdullayev Həsən İsrafil oğlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Hadisə zamanı avtomobildə olan daha bir nəfər isə yüngül xəsarət alıb. Ona ambulator yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı