Modern.az

Səməd Seyidov parlamentdə Qazaxın su problemini qaldırdı - VİDEO

Səməd Seyidov parlamentdə Qazaxın su problemini qaldırdı - VİDEO

2 İyun 2020, 12:04

“Burada dəfələrlə deputat həmkarlarım və mən təmsil etdiyimiz rayonların su problemini qaldırmışıq”.

 

Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı deputat Səməd Seyidov deyib. O bildirib ki, Qənirə Paşayeva, Ramil Həsən, Jalə Əliyeva təmsil etdikləri rayonlarda olan suvarma problemindən danışıblar:

 

“Mənim təmsil etdiyim Qazax rayonununda da bu problem var. Vətəndaşların ən çox müraciət etdiyi problemlər suvarma ilə bağlıdır. Aidiyyəti qurumları bu məsələni həll etməyə çağırıram. Artıq "Azərsu"ya müraciət etmişik”.

 

Spiker Sahibə Qafarova isə bildirib ki, su məsələsi bütün rayonların problemidir:

 

“Bu, mənim təmsil etdiyim Şəmkir rayonunda da var. Bununla bağlı işlər görəcəyik”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır