Arxiv
3 İyun 2020, 10:33 | TƏHSİL
DİM pandemiya zamanı imtahan binalarına giriş qaydalarını açıqladı - VİDEOÇARX

Dövlət İmtahan Mərkəzi tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun imtahanların keçirilməsi qaydaları ilə bağlı maarifləndirici videoçarx hazırlanıb.

 

DİM-dən Modern.az-a verilən məlumata görə, video imtahan mərkəzlərində (zallarında) imtahan müddətində əməkdaşların və iştirakçıların sağlamlığının qorunması məqsədi ilə hazırda koronavirus (COVID-19) infeksiyasına dair aparılan elmi araşdırma faktlarına əsaslanaraq hazırlanıb.

 

Videoçarxda deyilir ki, bu il COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində bir sıra kütləvi tədbirlərə, o cümlədən Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanlara bir müddət ara verilmişdi: “Lakin həyat davam edir. Məhz buna görə də bizlər yeni şəraitə uyğunlaşmalı və həyatın normal axışını bərpa etmək üçün zəruri tədbirləri həyata keçirməliyik. Bu il orta məktəblərin buraxılış imtahanları, eləcə də ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarının pandemiya şəraitinin tələblərinə uyğun şəkildə həyata keçirilməsi nəzərdə tutulub.

 

Dövlət İmtahan Mərkəzi imtahan kampaniyası müddətində virusun yayılmasının qarşısını almaq məqsədilə imtahan binalarında bir sıra profilaktik tədbirlər həyata keçirir. Binaların və otaqların dezinfeksiyası, havalandırılması, müvafiq yerlərdə əl dezinfektantları üçün dispenserlərin quraşdırılması, hər bir otağa düşən iştirakçı sayının sosial məsafə prinsipinə uyğun şəkildə tənzimlənməsi, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə təmin olunması və onların təlimatlandırılması bu tədbirlərdən bəziləridir. 

 

Lakin bu tədbirlərin tam səmərəli olması üçün imtahan iştirakçıları da özlərinin və başqalarının sağlamlığına məsuliyyətlə yanaşmalı və ümumi imtahan qaydaları ilə yanaşı, müvafiq profilaktik qaydalara da riayət etməlidirlər.

 

Hər bir imtahan iştirakçısı imtahandan əvvəl imtahana buraxılış vərəqəsi ilə bir yerdə sağlamlıq haqqında bəyannaməni çap edib imzalamalı və onu digər sənədlərlə birlikdə imtahan nəzarətçisinə təqdim etməlidir”.

 

Həmçinin qeyd edilir ki, imtahan iştirakçısı özündə COVID-19 infeksiyasının əlamətlərini müşahidə etdiyi halda evdən çıxmamalı və 103 təcili tibbi yardım xidmətinə müraciət etməli, imtahan müddətində özündə yüksək temperatur və ya üşütmə kimi əlamətlər hiss edənlər isə bu barədə mütləq imtahan nəzarətçisinə məlumat verməlidirlər. Bundan başqa, hər bir iştirakçı bütün imtahan prosesi boyu qoruyucu maska geyinməlidir.

 

İmtahan iştirakçıları imtahan binasına daxil olmaq üçün yoxlamadan keçərkən sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən sənədi, üst tərəfini DİM əməkdaşının görəcəyi şəkildə ona tərəf uzatmalı və tələb olunduğu təqdirdə müvəqqəti olaraq maskasını çıxardaraq üzünü göstərməlidir. Başqa heç bir halda maskanı çıxartmaq olmaz.

 

Qeyd olunanlarla yanaşı imtahan günü imtahan binasına gələn iştirakçıların aşağıdakı qaydalara riayət etməsi zəruridir:

 

- əlləri sabunla yumaq və ya xüsusi maye ilə dezinfeksiya etmək;

- imtahan binasının daxilində və ya qarşısında sıx toplaşmamaq;

- əllə görüşməmək və insanlarla ən az 2 metr məsafə saxlamaq;

- asqırarkən və ya öskürərkən ağzı salfet və ya dirsəyin iç tərəfi ilə örtmək;

- istifadə etdikləri hər hansı ləvazimatı bir-birinə ötürməmək.

 

İmtahan binasında hərəkət edərkən divarlara və əşyalara təmas etməmək, yuyulmamış və ya dezinfeksiya olunmamış əllərlə üzə toxunmamaq məsləhət görülür.

 

Psixoloji məqamlar

 

Məlumdur ki, bəzi insanlar imtahan zamanı qısa müddətə də olsa, müəyyən təlaş keçirə bilərlər. İnsan təlaş və ya həyəcan hissi keçirdikdə nəbzi və nəfəs alması sürətlənir. Üzdə maska olduqda bu hal nəfəs almağa qismən çətinlik yarada bilər.

 

Bu tip halların qarşısını almaq üçün evdə məşq etməyiniz, o cümlədən maska geyinərək test tapşırıqları və məsələlər həll etməyiniz, eləcə də imtahandan bir gün əvvəl ağır yeməklərdən uzaq durmağınız, sağlam qidalanmağınız, vaxtında yatmağınız məsləhətdir. 

 

Bundan başqa, imtahana münasibəti və düşüncələri müsbət şəkildə nizamlamaq, o cümlədən imtahan nəticələrinə ifrat mənalar yükləməmək, öz dəyərinizi imtahan nəticələrinə bağlamamaq, başqaları ilə rəqabətə girməmək, realist olmaq, qorxu və şübhələrinizi paylaşmaq, pozitiv düşünmək və pozitiv təlqinlər etmək imtahan təlaşını aradan qaldırmaq üçün effektiv metodlardır:

 

“İmtahan günü ən yaxşı bildiyiniz mövzuları yadınıza salaraq özünüzə inamı artırın. İmtahan zamanı diqqətinizi tapşırıqlara yönəldin və çətinlik yarandıqda əvvəlcə yaxşı bildiyiniz sualları cavablandırın. Bu beyninizdə stress mərkəzinin sakitləşməsinə, müsbət emosiyalar yaranmasına, beynin məntiqi düşüncəyə cavabdeh hissəsinin aktivləşməsinə səbəb olacaq və potensialınızdan maksimum istifadə etməyinizə yardım edəcək”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Böyük Britaniyada koronavirus qurbanlarının sayı artıb 3 İyul 2020, 00:57 Leyla Əliyeva üçün özəl gün  3 İyul 2020, 00:44 Lerikdə məktəb direktorunun müavini qəzada öldü 3 İyul 2020, 00:27 İtaliyada koronavirusdan ölənlərin sutkalıq sayı 30 nəfərədək azaldı 3 İyul 2020, 00:13 Aeroport şossesində piyada vuruldu 2 İyul 2020, 23:54 Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı artdı - FOTO 2 İyul 2020, 23:40 İstanbuldan daha 19 həkim Bakıya gətirildi - FOTO 2 İyul 2020, 23:23 Rusiya koronavirus dərmanının ixracına başladı 2 İyul 2020, 23:09 Neftin qiyməti 43 dolları ötdü 2 İyul 2020, 22:50 Amerikanı 5.5 bal gücündə zəlzələ silkələdi 2 İyul 2020, 22:39 Rusiyada azərbaycanlı iş adamı və anası koronavirusdan öldü 2 İyul 2020, 22:25 Türkiyədə koronavirusdan ölənlərin sayı 5 167 nəfərə çatıb 2 İyul 2020, 22:11 İsmayıllıda 3 uşaq atası özünü asdı 2 İyul 2020, 21:56 ABŞ-da yeni ANTİREKORD: Bir gündə 50 min insan virusa yoluxdu 2 İyul 2020, 21:39 Həftə sonu ictimai nəqliyyatın hərəkəti DAYANDIRILIR 2 İyul 2020, 21:35 Meksikada silahlı hücumda 24 nəfər öldü 2 İyul 2020, 21:16 ATU baş epidemioluqun açıqlamasına aydınlıq gətirib 2 İyul 2020, 21:06 “Məqsədimiz Azərbaycandan Əfqanıstana enerji dəhlizini yaratmaqdır” - Əfqanıstan Prezidenti 2 İyul 2020, 20:59 Bu hallarda evdən çıxmağa SMS icazə tələb olunmur 2 İyul 2020, 20:48 “Hava nəqliyyatının səmərəliliyinə görə Azərbaycan dünyada 12-cidir” - İlham Əliyev 2 İyul 2020, 20:44 Bərbərxana və gözəllik salonları işləməyəcək - RƏSMİ 2 İyul 2020, 20:33 Evdən çıxmağa üç halda icazə VERİLƏCƏK 2 İyul 2020, 20:26 Azərbaycanda 5 nəfərdən artıq qruplarda toplanmaq QADAĞAN EDİLİR 2 İyul 2020, 20:14 Bakı metrosu yenidən fəaliyyətini dayandırır - RƏSMİ 2 İyul 2020, 20:08 SMS-lə icazə tətbiq edilən rayonların SAYI ARTIRILDI 2 İyul 2020, 20:04 Sərt karantin rejimi UZADILDI 2 İyul 2020, 20:00 Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi açıqlanıb 2 İyul 2020, 19:29 AFFA yeni hakimləri təsdiq edib 2 İyul 2020, 18:56 Balakəndə ayı balalarını satan şəxslər SAXLANILDI 2 İyul 2020, 18:50 Azərbaycanda aktiv koronaviruslu xəstələrin sayı 8 mini KEÇDİ 2 İyul 2020, 18:42 Azərbaycanda daha 572 nəfər koronavirusa yoluxdu, 8 nəfər öldü 2 İyul 2020, 18:31 Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu vətənə döndü -FOTO 2 İyul 2020, 18:22 İŞİD-in 1 milyard dollarlıq narkotiki İtaliyada ələ keçdi 2 İyul 2020, 18:13 Naftalanda növbəti monitorinq keçirilib - FOTO 2 İyul 2020, 18:05 Əhəd Abıyev operativ qərargahın növbəti iclasını keçirib - FOTO 2 İyul 2020, 18:00