Modern.az

Azərbaycanda içməli su problemi yaranıb - Komitə sədrindən açıqlama

Azərbaycanda içməli su problemi yaranıb - Komitə sədrindən açıqlama

3 İyun 2020, 14:25

“Su Məcəlləsi haqqında qanun”un yenindən işlənməsinə ehtiyac var”.

 

Bu barədə Modern.az-a Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib. O bildirib ki, sudan istifadə zamanı maarifləndirmə işləri aparılmalıdır:

 

“Hətta, su ilə bağlı maarifləndirmə işlərini videoçarxlarla həyata keçirtmək olar. Təbii ki, parlamentdə bir çox qurumlarla söhbətlər aparırıq. Hesab edirəm ki, hadisələrə elmi tərəfdən də yanaşmaq lazımdır. Ekologiya ilə bağlı məsələlərin müzakirəsini Bakı Dövlət Universitetinin, Neft və Sənaye Universitetinin, Azərbaycan Texniki Universitetinin rəhbərliyi ilə danışıqlar aparmışıq. Orada uyğun fakültələr, ixtisas sahibləri var. Pandemiya səbəbindən görüşlərimiz məhdud formada olub. Ancaq bu görüşlər davamlı olacaq”.

 

Komitə sədri deputatı olduğu rayonda da problemlərin olduğunu dilə gətirib:

 

“Bakıda və rayonların əksəriyyətində içməli su problemi mövcuddur. Konkret olaraq deputatı olduğum rayonda insanlar suyu pulla alırlar. 30 manatdan 60 manata qədər civarında suya pul ödəyib evə gətirirlər. Bu kimi problemlər var. Təbii ki, bu da ekoloji problemdir. Su ehtiyatlarının azalması fonunda baş verir. Düşünürəm ki, su ehtiyatlarından səmərəli istifadə olunmalıdır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub