Arxiv
3 İyun 2020, 18:33 | AKTUAL
Nazirlik yoxlama apardı - 2785 obyektdə nöqsan aşkarlandı: “Araz market”, “Dokta Aptek”, “Bazar Store”...

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə İqtisadiyyat Nazirliyinin monitorinqləri davam edir.

 

Nazirliyin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, iyunun 2-də keçirilmiş monitorinqlər zamanı Suraxanı rayonunda “Hacının təndiri” ictimai iaşə obyektində, “Yek market”də, Binəqədi rayonunda “Ordubad quru meyvələri”, “Özbəkistan quru mevələri” mağazalarında, Sabunçu rayonunda “Dokta Aptek”də, Xəzər rayonunda "Al Market"də, Rafiq Şükürova məxsus mağazada, Xətai rayonunda “Təndir və kabablar” ictimai iaşə obyektində, “Kashmir”, “Nərmin Parfume” və “Senil Butik” mağazalarında, “Çay evi”ndə, Yasamal rayonunda “Qoç Ət” ictimai iaşə obyektində, “Bijuteriya” mağazasında, Şəkidə Cumay Məmmədov, Ramil İsmiyev, Yusif Qaffarov, Qara İdrisov, İlham Sədiyev, Rüstəm Hüseynova məxsus avtomobil ehtiyat hissələri mağazalarında, “Ucuzluq mağazası”nda, “Bazar Store”da, “Fontan kafesi”ndə, İsmayıllı rayonunda “Zeytun Aptek”də, “Araz Market”də, “Uğur Uşaq Geyimləri” mağazasında, Şabran rayonunda "Qayalı market"də, "Centron Home", "Emtu", "Optimal" mağazalarında, "Qala" restoranında, Cəlilabad rayonunda “Furqan market”də, “Vahid” və “Furqan Electronics” mağazalarında, Pərviz Həsənova məxsus bərbərxanada, Bərdə rayonunda “Əli inşaat” və “Texno Mart” mağazalarında, “Mak studio” və “Xatun studio” xidmət obyektlərində, Tərtər rayonunda "Zülfüqaroğlu" MMC-yə məxsus “Ticarət Mərkəzi”ndə, həmçinin “Soliton” mağazasında, “Çay evi”ndə və sair ticarət və xidmət obyektlərində ümumilikdə gün ərzində monitorinq aparılan 400 obyektin 208-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.

 

Mayın 22-dən iyunun 2-dək 2785 sahibkarlıq subyektində monitorinq keçirilib və 1349 obyektdə zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.

 

 

Nazirliyin əməkdaşları sahibkarlarla maarifləndirici söhbətlər aparıb, Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə tam əməl olunması, qabaqlayıcı profilaktik tədbirlərin görülməsi zərurətini bir daha diqqətə çatdırıblar.

 

Monitorinqlər davam edir.

 

İqtisadiyyat Nazirliyi 2785 obyektdə monitorinq aparıb: Pozuntular aşkarlanıb (FOTO) - Gallery Image İqtisadiyyat Nazirliyi 2785 obyektdə monitorinq aparıb: Pozuntular aşkarlanıb (FOTO) - Gallery Image İqtisadiyyat Nazirliyi 2785 obyektdə monitorinq aparıb: Pozuntular aşkarlanıb (FOTO) - Gallery Image İqtisadiyyat Nazirliyi 2785 obyektdə monitorinq aparıb: Pozuntular aşkarlanıb (FOTO) - Gallery Image İqtisadiyyat Nazirliyi 2785 obyektdə monitorinq aparıb: Pozuntular aşkarlanıb (FOTO) - Gallery Image    
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Paşinyan ordu rəhbərliyini topladı 15 İyul 2020, 00:22 Düşmənin döyüş texnikası belə məhv edildi – VİDEO 15 İyul 2020, 00:06 Bakıda jurnalistin evindən oğurluq 14 İyul 2020, 23:51 DİN vətəndaşları toplaşmalardan çəkinməyə çağırdı 14 İyul 2020, 23:39 Orduya dəstək üçün gənclər Şəhidlər xiyabanına toplaşır - CANLI YAYIM 14 İyul 2020, 23:20 Düşmənin daha bir hərbi obyekti məhv edildi - VİDEO 14 İyul 2020, 23:06 Türkiyədə COVİD-19 qurbanlarının sayı 5 402-yə çatdı 14 İyul 2020, 22:52 Alman mediası cəbhədəki vəziyyətdən yazdı 14 İyul 2020, 22:36 İtaliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir 14 İyul 2020, 22:23 Əsgərin könlündə taxt quran GENERAL - Polad Həşimovla bağlı XATİRƏLƏR 14 İyul 2020, 22:20 Azərbaycanlı hakerlər daha 30-ya yaxın erməni saytını dağıdıblar 14 İyul 2020, 22:11 “Mən atəşkəs yox, qisas istəyirəm...” - Şəhid polkovnikin xanımı şəhid generaldan yazdı 14 İyul 2020, 21:59 Şəhid mayor Namiq Əhmədov dəfn olunub 14 İyul 2020, 21:46 Türk Şurası Ermənistanın təxribatını sərt şəkildə pislədi - BƏYANAT 14 İyul 2020, 21:38 Ermənilərin Tovuzu atəşə tutduğu uzunmüddətli atəş nöqtəsi məhv edildi - VİDEO 14 İyul 2020, 21:22 Ərdoğandan Azərbaycana DƏSTƏK 14 İyul 2020, 21:14 Bakıda şəhid polkovnikin cənazəsinin qarşılayan yürüş... 14 İyul 2020, 20:58 NATO cəbhədəki durumla bağlı Minsk qrupuna çağırış etdi 14 İyul 2020, 20:47 Heç nəyə və heç kimə baxmadan Qarabağı azad etməliyik! 14 İyul 2020, 20:40 Azərbaycanda daha 543 yoluxma, 6 ölüm 14 İyul 2020, 20:31 Karantin qaydasını pozan müğənni Nura Suri cərimələndi 14 İyul 2020, 20:22 Cəbhədə vəziyyət yenidən gərginləşdi – Düşmən Tovuzu atəşə tutdu 14 İyul 2020, 20:13 Ermənistan FHN əhalinin təxliyəsinə hazırlaşır 14 İyul 2020, 20:04 Azərbaycan diasporu  Ermənistanın məkrli niyyətini pisləyir   14 İyul 2020, 19:54 “Azəriqaz”dan borclu olmadığını iddia edən abonentə CAVAB 14 İyul 2020, 19:45 Ermənistan artilleriyasının idarəetmə məntəqəsi məhv edildi - VİDEO 14 İyul 2020, 19:36 Şəhid generalımızın nəşi doğulduğu rayona gətirildi 14 İyul 2020, 19:27 Azərbaycandan Avropa Parlamentinə MÜRACİƏT 14 İyul 2020, 19:18 DTX-dan ordu ilə bağlı yalan məlumat yayanlara XƏBƏRDARLIQ 14 İyul 2020, 19:09 Məmmədyarovun iranlı həmkarı ilə telefonla DANIŞDI  14 İyul 2020, 19:00 Ünvanlı sosial yardıma edilən dəyişiklilər qüvvəyə mindi  14 İyul 2020, 18:51 Yeni dərs ili üçün 339 adda dərslik çap olunacaq 14 İyul 2020, 18:42 Ermənilərin atəşə tutduğu kəndin elektrik xətləri bərpa edildi - Fotolar+Video 14 İyul 2020, 18:33 Pandemiya dövründə İƏT-in fəaliyyət istiqamətlərinə həsr olunmuş virtual mediaforum keçirilDi- FOTO 14 İyul 2020, 18:25 Ermənistan ordusunun daha 2 hərbçisi məhv edildi - ADLAR 14 İyul 2020, 18:18