Arxiv
4 İyun 2020, 14:24 | ÖLKƏ
Əli Əsədov karantin rejiminin sərtləşdirilmə səbəbini AÇIQLADI- MÜRACİƏT - VİDEO

Azərbaycan Respublikasının Baş Naziri, Operativ Qərargahın rəhbəri Əli Əsədov iyunun 4-də ölkəmizdə koronavirusa yoluxma hallarının kəskin artması ilə bağlı əhaliyə müraciət edib.

Modern.az-ın məlumatına görə, müraciətdə deyilir:

“Hörmətli həmvətənlər!

Məlum olduğu kimi, 2020-ci ilin əvvəlindən başlayaraq dünyada cərəyan edən və fevral ayından Azərbaycana da idxal olunan koronavirus infeksiyasının qarşısının alınması məqsədilə dövlət və hökumət tərəfindən ilk günlərdən təxirəsalınmaz və qətiyyətli tədbirlər görülüb və görülməkdədir. Profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmışdır. Operativ Qərargah “Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanuna uyğun olaraq martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan etmişdir, kütləvi tədbirlər ləğv edildi, ölkəmizin quru sərhədləri bağlanıldı, şəhər və rayonlararası gediş-gəliş dayandırıldı. Xəstəliklə mübarizənin gücləndirilməsi məqsədilə xüsusi karantin rejimi mərhələli şəkildə sərtləşdirildi. Bu müddət ərzində epidemiyanın Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə dövlət başçısının tapşırıqlarına uyğun olaraq bütün sahələr və istiqamətlər üzrə lazımi tədbirlər görülüb və görülməkdədir. Atılmış bütün addımların əsas məqsədi vətəndaşlarımızın sağlamlığının və həyatının qorunmasıdır.

Görülmüş tədbirlər müsbət nəticələr vermişdir və bu, statistik göstəricilərdə də öz əksini tapmışdır. Həkimlərin tövsiyələri və statistik göstəricilərə əsaslanaraq, aprelin 27-dən Operativ Qərargah mərhələli şəkildə yumşaldılma tədbirlərinə başlamışdır. Karantin dövrü ərzində istər həkimlərin, istərsə də digər rəsmi şəxslərin müraciətlərində mütləq olaraq sanitariya-epidemioloji və gigiyenik qaydalara riayət edilməsi əsas tələb kimi qoyulmuşdur. Əhalimizin böyük hissəsi görülmüş işləri yüksək qiymətləndirərək həmrəylik göstərdi və ilkin olaraq həmin tövsiyələrə və tələblərə riayət edirdi. Lakin təəssüflə qeyd etməliyəm ki, son yumşaldılma tədbirləri zamanı vətəndaşlarımızın böyük bir hissəsi müəyyən olunmuş qaydalara və təcrid tövsiyələrinə riayət etmədi. Bunun nəticəsi olaraq son günlər infeksiyaya yoluxanların sayı kəskin artmışdır.

Bunlara əsaslanaraq və tibbi qərargahın müraciəti ilə Operativ Qərargah bu gün qərar qəbul edib. Qərara əsasən 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aktiv yoluxma hallarındakı artımı səbəbindən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq. Qərarda göstərilən tələblərə riayət olunması məcburidir və mütləqdir.

Xəstəliyin yoluxma halları digər şəhər və bölgələrdə artacağı hallarda sərt tədbirlər gələcəkdə həmin bölgələrdə də təkrarən tətbiq olunacaqdır.

Qərarın icra olunmasına nəzarət Daxili İşlər Nazirliyinə həvalə olunmuşdur.

Sonda bir daha bildirmək istəyirəm ki, görülən bütün tədbirlərin ali məqsədi vətəndaşlarımızın sağlamlığının və həyatının qorunmasıdır”.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dünyada koronavirusdan yoluxanların sayı 12 milyonu ÖTDÜ 9 İyul 2020, 08:51 Gənclər və idman komitəsi üzvlərinin əsl ixtisası - Hüquqşünas, iqtisadçı, müəllim... 9 İyul 2020, 08:36 Müdafiə naziri koronavirus şübhəsi ilə özünü təcrid qərarına gəldi 9 İyul 2020, 08:21 Koronavirusdan ölüm faizini azaldan üsullar tapıldı 9 İyul 2020, 08:13 Gəncədə gənc oğlan özünü asdı 9 İyul 2020, 00:43 Baş Qərargah rəisləri arasında telefon müzakirəsi 9 İyul 2020, 00:28 Türkiyə millisi ilk dəfə Sivasda  oyun  keçirəcək 9 İyul 2020, 00:15 Neftin qiyməti 14 dollar olsa, nə olardı? - Millət vəkili yazır 8 İyul 2020, 23:56 Klinikanın şöbə müdiri koronavirusa yoluxdu 8 İyul 2020, 23:43 Daha 186 azərbaycanlı  Vətənə gətirildi - FOTO 8 İyul 2020, 23:26 Xaçmazda qadın özünü yandırıb 8 İyul 2020, 23:14 ABŞ-a məxsus təyyarə vuruldu 8 İyul 2020, 23:01 59 nəfər COVİD-19 xəstəsi süni tənəffüs cihazına qoşulub - FOTO 8 İyul 2020, 22:44 ASAN xidmət-də yeni təyinat olub 8 İyul 2020, 22:27 “Şahdağ” Milli Parkındakı yanğın söndürüldü - YENİLƏNİB 8 İyul 2020, 22:12 Türkiyədə koronavirusdan ölənlərin sayı 5 300-ü ötdü 8 İyul 2020, 22:00 Əhaliyə pulsuz hüquqi yardım göstəriləcək 8 İyul 2020, 21:46 COVID-19 sahəsində çalışan bir qrup xarici mütəxəssis Azərbaycana gəldi - FOTO 8 İyul 2020, 21:13 Ekspres xətlər üzrə avtobusların iş qrafiki DƏYİŞDİRİLDİ 8 İyul 2020, 21:02 Avstriyada uçqun oldu: ölənlər var 8 İyul 2020, 20:51 Dünyada koronavirusa yoluxanların sayı 12 milyonu ötdü 8 İyul 2020, 20:39 Daha 534 obyektdə monitorinq aparıldı 8 İyul 2020, 20:22 Prezident koronavirusla bağlı vəziyyətin bir aya yaxşılaşacağını açıqladı 8 İyul 2020, 20:06 Deputat İqbal Məmmədovdan Nazirliyin layihəsinə dəstək - FOTO 8 İyul 2020, 19:58 Məktəbliləri daşıyan avtobus gölə düşdü - 21 nəfər öldü 8 İyul 2020, 19:50 Prezidentinin Administrasiyasında rəhbər vəzifələrdə işləmiş şəxslər pensiyaya bu qaydada çıxacaqlar 8 İyul 2020, 19:42 Sahibə Qafarova ilə Türkiyə BMM-nin sədri arasında telefon danışığı olub 8 İyul 2020, 19:33 Sumqayıtda koronavirus xəstəsi küçəyə çıxıb gəzdi - VİDEO 8 İyul 2020, 19:24 Toy məclislərinin keçirilməsinə icazə verdi - Dağıstanda 8 İyul 2020, 19:15 Sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunan rayonların sayı ARTIRILDI 8 İyul 2020, 19:08 Təhsil Naziri müəllimlərin suallarını cavablandırdı - FOTO 8 İyul 2020, 19:00 Baş Prokurorluq Nərminin işi ilə bağlı yeni MƏLUMAT YAYDI 8 İyul 2020, 18:52 İki qadının ölümünə səbəb olan baş həkimin oğlu həbs olundu 8 İyul 2020, 18:45 Təlimlərə cəlb olunan qoşunlar geri qaytarılır - FOTO 8 İyul 2020, 18:37 Azərbaycanda daha 542 nəfər koronavirusa yoluxdu - 9 nəfər öldü 8 İyul 2020, 18:29